Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə351/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   347   348   349   350   351   352   353   354   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

210

normativ hüquqi aktların qeydiyyata alınması haqqında Əsasnamə»nin  3.2-ci

bəndinə görə, Ədliyyə Nazirliyi qeydiyyat üçün təqdim edilən normativ aktları

Konstitusiyaya, qanunlara, Prezidentin və Nazirlər Kabinetinin qərarlarına,

icrası üçün çıxarılan normativ akta, lazımi prosessual qaydalara uyğunluq baxı-

mından yoxlamalı, ziddiyyət müəyyən etdikdə bu aktları qeydiyyata almaqdan

imtina etməlidir. Beləliklə, qeydiyyata alınmış inzibati normativ aktlar Ədliyyə

Nazirliyinın bületenində yayımlanır və qüvvəyə minir.

474

Azərbaycandakına



oxşar sistem köhnə sovet respublikalarından Ukraynada və Belorusda tətbiq

edilir.


475

Normativ aktların Ədliyyə Nazirliyində yoxlanması qaydası hüquqi

dövlət prinsipinə uyğun sayıla bilər. Beləliklə, normativ aktda olan hüquqi nöq-

san əvvəlcədən müəyyən edilir, mübahisə yaranmazdan qabaq aradan qaldırılır.

Düzdür, ölkəmizin qanunvericiliyinə görə, bütün normativ aktlar administrativ

instansiyanın hüquq şöbəsində yoxlanmalıdır («Normativ hüquqi aktlar haqqın-

da Əsasnamə»nin II.-4-cü bəndi). Lakin unudulmamalıdır ki, administrativ

instansiyanın hüquq  şöbəsi aktın bütün qanunvericilik baxımından hüquqa

uyğunluğunu həmişə ətraflı şəkildə dəyərləndirməyə bilər.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   347   348   349   350   351   352   353   354   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə