Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə354/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   350   351   352   353   354   355   356   357   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

212

13-5 saylı “qərar” tipli aktı ilə təsdiq olunub.

479

 Şəhər İcra Hakimiyyəti norma -



tiv aktlar hazırlayaraq “sərəncam” tipli qərarla təsdiqləyir və qüvvəyə mindirir.

Bakı Şəhər İcra Hakimiyyətinin 1094 saylı 24 sentyabr 1997-ci il tarixli sərən-

camı  ilə  təsdiq  edilmiş  «Bakı  şəhərində  torpaq  sahələrinin  ayrılması  və  geri

alınması, inşaat və təmir işlərinə icazə  verilməsi üçün müraciət və bunlara ba -

xılması qaydaları haqqında Əsasnamə» buna misal ola bilər.

“Qərar”  tipli  normativ  aktlar  əsasən  kollegial  qaydada  qəbul edilən  aktlar -

dır.

480


  Nəzəriyyədə  irəli  sürülən  bu  tezis  pozitiv  əsasını  «İcra  hakimiyyəti

orqanlarının normativ hüquqi aktlarının hazırlanması, qəbul edilməsi və təsdiqi

qaydaları haqqında Əsasnamə»də tapır.

MDB  ölkələrinin

inzibati  hüququnda  “təlimat”ların  xüsusiyyətlərinə

toxunmaq lazımdır. Əsasən qurumdaxili qüvvəsi olan bu aktlar normativ hüqu -

qi akt (normativ aktlar) növünə aid edilir və icra özəlliyinə sahib akt sayılır.

481


Bunlar əsasən yuxarı instansiyaların aşağı instansiyalar üçün müəyyən davranış

qaydaları  müəyyən  edən  normalardır.  Lakin  hüquqi  nəticəsi  olmayan  davranış

norması müəyyən edən aktlar (texniki təlimatlar) normativ hüquqi akt sayılmır.

Normativ  hüquqi  akt  olan  təlimatlar  icra  olunmalıdır  və  məhkəmə  nəzarətinə

tabedirlər.  Lakin  sırf  texniki  göstəriş  və  tapşırıqlar  nəzərdə  tutan  təlimatların

(məsələn,  inventarların  yerdəyişmə  qaydalar ı)  etibarsız  sayılması  üçün

məhkəmədə  iddia  qaldırmaq  çətindir.

Bununla  belə,  müəyyən  hüquq

məhdudlaşdırması  nəzərdə  tutan  və  ya  hüquqa  zidd olaraq öhdəlik  müəyyən

edən  təlimatlar, eyni  zamanda texniki  məsələləri  tənzimləsə  belə,  ümumi

qanunvericilik çərçivəsində məhkəmə nəzarətinə tabe olmalıdırlar. Təbii olaraq

yeni  hüquq  qaydaları  müəyyən  edən  təlimatların  da  etibarsız  sayılması  üçün

məhəkəmədə iddia qaldırmaq mümkün olacaq.

482



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə