Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə362/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   789
inzibati-huquq

İnzibati hüquq

219

ya hüquqlarını  məhdudlaşdırıb/öhdəlik  yaradıbsa,  bunların  qanunsuzluğunu

müəyyən etmək üçün məhkəməyə müraciət etmək mümkündür. Başqa sual bun-

dan ibarətdir ki, ümumi aktlarla bağlı məhkəmə baxışı keçirildikdə Mülki Pro-

sessual Məcəllənin fərdi aktlar üçün nəzərdə tutduğu müddəaları, yoxsa norma -

tiv  aktların  etibarsız  sayılması  üçün  nəzərdə  tutulan  qaydalar  tətbiq  ediləcək?

Bu məsələyə nəzəriyyədə və praktikada toxunulmayıb.

Qanunvericiliyin  ümumi  dəyərləndirilməsi  yolu  ilə  deyə  bilərik  ki,  Mülki

Prosessual  Məcəllənin  normativ  aktların  hüquqa  uyğunluğunun  yoxlanması

qaydaları bu zaman tətbiq edilə bilməz. Əsas səbəb ümumi aktların  “normativ

akt” kimi götürülməsinin mümkün olmamasıdır. Konstitusiya və «Normativ hü -

quqi  aktlar  haqqında»  Qanun  ümumi  aktları  normativ  akt  kimi  qiymətləndir-

məyə imkan vermir. Müvafiq qanun normativ aktı “göstərişlәri ümumi və məc-

buri  xarakerli,  hüquq  normaları  müəyyən  edən,  dəyişdirən  və  ya  xitam  edən,

dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd” kimi müəy -

yən  edir.  Ümumi  aktların  daimilik  və  məcburi  yazılı  olma  şərti  yoxdur.  Fərdi

aktlara aid mühakimə qaydaları Mülki Prosessual Məcəllənin 27 -ci fəslində nə-

zərdə  tutulur:  «İnzibati  orqanların,  bələdiyyələrin,  sair  orqan  və  qurumların,

onların  vəzifəli şəxslərinin  qərarları  və  hərəkətləri  (hərəkətsizliyi)  ilə  əlaqədar

mübahisələrə dair işlәr üzrə icraat” adını daşıyan 27 -ci Fəsil ümumi aktlar baxı-

mından uyğun qaydalar qoyur.

Ümumi aktlar icra edildikdən sonra aktın ləğv edilməsi və ya geri götürül -

məsi mümkün olmasa da, bəzi hallarda onun qanunsuzluğunu və ya etibarsızlı -

ğını müəyyən etmək lazım ola bilər. Məsələn, tutaq ki, inzibati orqan müəyyən

günləri  və  saatları əmək  qanunvericiliyinə  zidd şəkildə  iş  günü  elan  edib  və

buna əməl  etməyən  işçi  haqqında  müxtəlif  sanksiyalar  tətbiq  edib.  Belə  olan

halda, sanksiyaların hüquqa zidd olduğunu sübut etmək üçün əvvəlcə sanksiya-

nın əsası olan ümumi aktın qanunsuzluğunu müəyyən etmək lazımdır. Bu ümu -

mi aktlar müəyyən şəxslərə ziyan da vura bilər, belə halda onlar kompensasiya

iddiasının predmeti ola bilәr. Konstitusiyanın və Mülki Məcəllənin inzibati qə-

rarların icrası nəticəsində vurulan zərərin ödənilməsi qaydalarını ümumi aktlar

baxımından da tətbiq etmək mümkündür.

İİHQ ümumi aktları ifadə etmək üçün “ümumi xarakterli sərəncam” anlayı -

şından istifadə edir (m. 21.3.4).




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə