Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə361/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   357   358   359   360   361   362   363   364   ...   789
inzibati-huquq

İdare hüququ dersleri,

Filiz Kitabevi,  İstanbul,  1987, s.  164,

Duran, s. 418.



Fərhad Mehdiyev

218

məyib, hansı aktların zorla icra oluna biləcəyi, hansılarının icrası üçün məhkə -

mə qərarı lazım olduğu tədqiq edilməyib. İİHQ-nun VII fəsli olmasaydı, ölkə-

mizdə də bu  məsələ həll edilməmiş qalacaqdı. Lakin İİHQ-nun bu  məsələdəki

tənzimləməsi həm yetərlidir, həm də hüquqi dovlət şərtlərinə cavab verir.

499


c. Ümumi aktlar

Fransız  inzibati  hüququnda  “ümumi  qərar”lar  adlanan  aktlar  Rusiya  idarə-

etmə  hüquq  nəzəriyyəsində  ümumi  aktlar  adlandırılır. Bunlar  normativ  aktlara

bənzəməklə  bərabər,  tətbiq  edildikləri müddət  baxımından  məhduddurlar.  Bu

aktlar  çoxlu  sayda  şəxslərə  tətbiq  edilir,  hətta  bu  cür  aktlarda  nəzərdə  tutulan

hallar bir dəfə tətbiq etməklə tükənməyə də bilər. Bunların özəllikləri məhdud

müddət üçün çıxarılmalarıdır. Məsələn, tətil gününün dəyişdir ilməsi, havaların

pisləşməsinə  görə   məktəblərdə  dərslərin  bir  həftə  müddətində  təxirə  salınması

kimi aktlar ümumi akt sayılır.

500


Ümumi aktlar daha çox mühafizə sahəsində qəbul edilir. Məsələn, hava ların

aşırı soyuq keçməsinə görə məktəblərin bağlanması mis alında məqsəd səhhətin

qorunmasıdır.

İctimai xidmət sahəsində də ümumi aktlar qəbul edilə bilərmi? Ümumi akt -

lar müəyyən zamanla məhdudlaşdırılır; ictimai xidmət ümumi və daimi ehtiyac -

ların ödənilməsi üçün icra edilir və onun müəyyən zamanla məhdudlaşdırılması

mümkün  deyil.  Lakin  administrasiya  dini  bayram  gününü  qeyri-iş  günü  elan

etsə,  bunu  işçi  və  məmurların  istirahəti  üçün  etdikdə  ictimai  xidmətin  olduğu

ortada olar.

Ümumi aktların hüquqi rejimi normativ və fərdi aktlar kimi olmayacaq. İcra

xüsusiyyəti daşıdıqları üçün bu aktlar etibarsız sayılmaqla bağlı məhkəmə baxı-

şının  predmeti  ola  bilər. İddia  qaldırma  müddəti  baxımından  bu  aktlara  fərdi

aktlar üçün nəzərdə tutulmuş 1 aylıq müddətin tətbiq olunması mümkün deyil.

Çünki  ümumi  aktlar əsasən  tükənən  aktlardır.  Müddətli  olduğu  üçün  müddət

bitdikdən  sonra aktın  ləğv  edilməsi  və  ya  hüquqi  nəticələrinin  aradan  qaldırıl -

ması kimi hallar da mümkün deyil. Məsələn, məktəblərin 1 həftəlik bağlanması

halında  bir  həftə  bitdikdən  sonra  aktın  etibarsız  sayılması və  ya  ləğv  edilməsi

üçün  məhkəməyə  müraciət  etmək  mənasızdır.  Lakin  ümumi  akt  və  ya bu  akta

əsasən başqa aktlar da təsis edilibsə, bunlar da maraqlı şəxsə ziyan vurubsa  və

499


Rusiya hüququnda inzibati aktların  çoxunun məcburi icra edilməsi mümkün deyil. Dövlət-

ləşdirmənin ancaq məhkəmə qərarıyla aparıldığı Rusiyada inzibati aktların hüquqi rejimi bu

aktların məcburi icra imkanını tanımır. Bunun səbəbi qanunçuluq prinsipinə lazımi ə həmiyyət

verilməməsidir. Lakin bəzi qanuni tənzimləmələrdə aktın icra edilməməsi halında cəza nəzərdə

tutulduğu kimi, məcburi icra üçün də xüsusi şərtlərin olması mümkündür.

500


Алехин, Кармолицкий, Козлов, c. 246.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə