Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə357/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   353   354   355   356   357   358   359   360   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

214

Fərdi akt normativ akta əsaslanmalıdır. Bu normativ akt qanun ola biləcəyi

kimi, idarəetmə orqanlarının normativ aktı şəklində də (fərman, qərar, əsasnamə

kimi)  ola  bilәr.  Birtərəfli  iradə  ifadəsi  olan  inzibati  akt  dövlət  hegemonluğu

vasitələrini  tətbiq  etdiyindən  hüquqi  dövlət  prinsipinə  görə,  qanunvericiliyə

əsaslanmalıdır və normativ akt da bu əsası tәşkil edir.  Avropa hüququnda hakim

olan bu yanaşma, ABŞ hüququnda biraz fərqli şəkildə qarşımıza çıxır.

Fərdi aktlarla birinci növbədə müəyyən  məsələlər və hadisələr həll olunur.

Onlar,  bir  qayda  olaraq,  müəyyən şəxsə  (şəxslərə)  yönəlik  olub  fərdiləşir,

konkret  hüquqi  nəticələrə  və  ya  idarəetmə  hüquq  münasibətlərinə  səbəb  olur.

Nəzəriyyədə  irəli  sürülən  bu  xüsusiyyətlərə

486


  bir  də  inzibati  hüquqi  aktın  bir

şəxsə deyil, bir obyektə yönəlik ola biləcəyi əlavə edilməlidir. Məsələn, köhnəl -

miş  və  yararsız  hala  düşmüş  xidmәt  məhsulunun  atılması  və  ya  satışı  barədə

çıxarılan  akt  adı  çəkilən  məhsulu  ictimai əmlak  olmaqdan  çıxarır  və sahibsiz

mal statusuna keçirir.

Hakimiyyətlər  bölgüsü  prinsipini  nəzərə  alaraq  deyə  bilərik  ki, idarəetmə

fəaliyyətinin  gerçəkləşməsində inzibati  orqanlar  üçün әsas vasitə, fərdi

aktlardır. Məsələn,  fərdi  aktlar  icra  hakimiyyətinin  klassik  mühafizə (police)

funksiyanın əsas “dəynəyidir”.

487


 Buna görə də müasir dövlətdə administrasiya

aparatı hər gün çoxlu sayda fərdi aktlar qəbul edir.

Fərdi aktlardan İnzibati idarəetmə hüququ na aid olmayan normaların tətbiq

edilməsində də  istifadə  olunur.  Məsələn,  Əmək  hüququ  və ya Torpaq  hüququ

kimi  hüquq  sahələrində,  fərdi  aktlar müvafiq  qanunlarda  göstərilən  direktivlər

əsasında qəbul olunur.

İdarəetmədə  qanunçuluq  prinsipinin  tam  oturuşmadığı MDB  ölkələrinin

inzibati hüquq nəzəriyyə sində idarəetmə orqanlarının mühafizə sahəsində icazə,

lisenziya  və  qadağan  etmə  kimi  fərdi  aktlarının əsasını  təşkil  edən  nor -mativ

aktlar,  bəzən  belə  akt  qəbul  etmək  səlahiyyəti  vermir.  Məsələn,  «Yerli  icra

hakimiyyətləri 

haqqında


Əsasnamə»nin 

23 -cü 


maddəsi 

yerli 


icra

hakimiyyətlərinin  inşaat  sahəsindəki  səlahiyyətlərini  ehtiva  edir.  Qeyri -qanuni

tikililərin  dayandırılması  səlahiyyəti  yerli  icra  hakimiyyətlərinə  verilmədiyi

halda, onlar lisenziyasız və təsdiq edilmiş layhəsi olmayan tikintiləri dayandırır ,

hətta bəzi  hallarda  məhkəmə  qərarı  olmadan  da sökdürürlər.

488


  Bütün  bunlar

486


Abdullayev,

İnzibati hüquq,

s. 194


487

Daha əvvəl  qeyd  olunduğu  kimi,  xüsusilə  polis  dövləti  mərhələsində  administrasiyanın əsas

funksiyası mühafizə sahəsi ilə bağlı idı.

488


«Polis  haqqında»  Qanuna  görə,  polisin  icazəsiz  tikintiləri

dayandırmaq

  səlahiyyəti  var  və  yerli

icra  hakimiyyəti  nümayəndələri  də  bu  cür  qanun  pozuntularına  yol  vermiş  şəxslərə  xəbərdarlıq

etməli, onlar xəbərdarlığa baxmadıqda polisə müraciət etməlidirlər. Polisin tamamlanmış qanun-





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə