Fərhad Mehdiyev
214
Fərdi akt normativ akta əsaslanmalıdır. Bu normativ akt qanun ola biləcəyi
kimi, idarəetmə orqanlarının normativ aktı şəklində də (fərman, qərar, əsasnamə
kimi) ola bilәr. Birtərəfli iradə ifadəsi olan inzibati akt dövlət hegemonluğu
vasitələrini tətbiq etdiyindən hüquqi dövlət prinsipinə görə, qanunvericiliyə
əsaslanmalıdır və normativ akt da bu əsası tәşkil edir. Avropa hüququnda hakim
olan bu yanaşma, ABŞ hüququnda biraz fərqli şəkildə qarşımıza çıxır.
Fərdi aktlarla birinci növbədə müəyyən məsələlər və hadisələr həll olunur.
Onlar, bir qayda olaraq, müəyyən şəxsə (şəxslərə) yönəlik olub fərdiləşir,
konkret hüquqi nəticələrə və ya idarəetmə hüquq münasibətlərinə səbəb olur.
Nəzəriyyədə irəli sürülən bu xüsusiyyətlərə
486
bir də inzibati hüquqi aktın bir
şəxsə deyil, bir obyektə yönəlik ola biləcəyi əlavə edilməlidir. Məsələn, köhnəl -
miş və yararsız hala düşmüş xidmәt məhsulunun atılması və ya satışı barədə
çıxarılan akt adı çəkilən məhsulu ictimai əmlak olmaqdan çıxarır və sahibsiz
mal statusuna keçirir.
Hakimiyyətlər bölgüsü prinsipini nəzərə alaraq deyə bilərik ki, idarəetmə
fəaliyyətinin gerçəkləşməsində inzibati orqanlar üçün әsas vasitə, fərdi
aktlardır. Məsələn, fərdi aktlar icra hakimiyyətinin klassik mühafizə (police)
funksiyanın əsas “dəynəyidir”.
487
Buna görə də müasir dövlətdə administrasiya
aparatı hər gün çoxlu sayda fərdi aktlar qəbul edir.
Fərdi aktlardan İnzibati idarəetmə hüququ na aid olmayan normaların tətbiq
edilməsində də istifadə olunur. Məsələn, Əmək hüququ və ya Torpaq hüququ
kimi hüquq sahələrində, fərdi aktlar müvafiq qanunlarda göstərilən direktivlər
əsasında qəbul olunur.
İdarəetmədə qanunçuluq prinsipinin tam oturuşmadığı MDB ölkələrinin
inzibati hüquq nəzəriyyə sində idarəetmə orqanlarının mühafizə sahəsində icazə,
lisenziya və qadağan etmə kimi fərdi aktlarının əsasını təşkil edən nor -mativ
aktlar, bəzən belə akt qəbul etmək səlahiyyəti vermir. Məsələn, «Yerli icra
hakimiyyətləri
haqqında
Əsasnamə»nin
23 -cü
maddəsi
yerli
icra
hakimiyyətlərinin inşaat sahəsindəki səlahiyyətlərini ehtiva edir. Qeyri -qanuni
tikililərin dayandırılması səlahiyyəti yerli icra hakimiyyətlərinə verilmədiyi
halda, onlar lisenziyasız və təsdiq edilmiş layhəsi olmayan tikintiləri dayandırır ,
hətta bəzi hallarda məhkəmə qərarı olmadan da sökdürürlər.
488
Bütün bunlar
486
Abdullayev,
İnzibati hüquq,
s. 194
487
Daha əvvəl qeyd olunduğu kimi, xüsusilə polis dövləti mərhələsində administrasiyanın əsas
funksiyası mühafizə sahəsi ilə bağlı idı.
488
«Polis haqqında» Qanuna görə, polisin icazəsiz tikintiləri
dayandırmaq
səlahiyyəti var və yerli
icra hakimiyyəti nümayəndələri də bu cür qanun pozuntularına yol vermiş şəxslərə xəbərdarlıq
etməli, onlar xəbərdarlığa baxmadıqda polisə müraciət etməlidirlər. Polisin tamamlanmış qanun-
|