Central European University Press, Budapest 1999, s.388.
“Sərəncam” fərdi aktların bir növü olmaqla bərabər, ümumi tənzimləmə aktıdır. Məsələn, Bakı
Şəhər İH-nin 5 Oktyabr 1999-cu il tarixli Sərəncamı mənzillərin zibil və başqa texniki xidmət
xərclərini tənzimləyir.
İnzibati hüquq
211
6) Administrativ peşə qurumlarının (Vəkillər Kollegiyası kimi) qəbul etdiyi
“Qaydalar”;
7) Məhkəmə sədrlərinin məhkəmə işçilərinə aid qurumdaxili “qərar”ları və
vətəndaşların qəbulu məsələsəri ilə bağlı “qaydalar”ı.
477
Normativ aktların bu şəkildə təsnifatı, həmişə də pozitiv tənzimləmə ilə
nəzər-də tutulmur. Digər tərəfdən, bunlar məhdud sayda və formada da deyil.
Praktikada çox müxtəlif normativ akt tipinə rast gəlinir. Bəzi hallarda
administrativ vahidlərin çıxaracaqları qərarların növlәri açıq göstərilir.
Məsələn, prezidentin normativ aktlarının tipi “fərman”, fərdi aktlar isə
“sərəncam” adlanır. Nazirlər Kabineti baxımından oxşar aktlara “qərar” və
“sərəncam” deyilir. Lakin Konstitusiyanın uyğun maddələrindəki bu
tənzimləmə həmişə ehtiyaclara cavab vermədiyi üçün dolayı metoddan istifadə
olunur. Məsələn, qurumdaxili münasibətlərin tənzimlənməsi üçün “təlimat”
tipli normativ akt hazırlanır, sonra isə prezident fərmanı ilə təsdiq edilir.
478
Nazirlər Kabineti bir qayda olaraq “əsasnamə” hazırladıb onu “qərar” ilə təsdiq
edir.
Normativ aktlar baxımından qanunvericilikdə aktların tipinə gö rə müəyyən
qəbul üsulu nəzərdə tutulmayıb. «İnzibati icraat haqqında» Qanunda göstərilən
hazırlıq icraat qaydaları da normativ aktlara şamil edilmir. Ancaq yerli icra
hakimiyyətləri baxımından dövlət başçısının təsdiq etdiyi “Qaydalar” mövcud -
dur. Dövlət başçısının 24 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş
«İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edil-
məsi və təsdiqi qaydaları haqqında Əsasnamə» normativ aktın hazırlanma pro -
sesini göstərdikdən sonra aktın ya ə laqədar ierarxiya üzrə yuxarı orqanların
qərarı, ya da onların rəhbər orqanlarının qərarı ilə qəbul edilə biləcəyini nəzərdə
tutur. Buna uyğun olaraq, hər hansı nazirlik əvvəl “təlimat”, “qaydalar” və ya
“əsasnamə” adlı normativ aktı hazırlayır, sonra bu akt yuxarı administrativ
instansiyaya göndərilir və nazirin əmri ilə təsdiqlənir. Bu metod ən çox istifadə
olunan qaydadır. Normativ aktların qəbul edilməsinin başqa metodu da var.
Məsələn, normativ akt sayılan “Azərbaycan Respublikasınin neft sənayesinə
aid olan işçi peşələrinin və işlərin vahid Tarif -İxtisas Sorğu Kitabı” Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 İyun 1998 -ci il tarixli
477
Orqanik olaraq məhkəmələrin qәbul etdiyi bu cür aktlar funksiyonal olaraq administrativ funk-
siyaya aid olduğundan inzibati hüquqi akt kimi qәbul edilir.
478
Bu yola normativ akta normalar ierarxiyası içində yüksək status vermək istəyəndə müraciət edilir.
Administrativ normativ aktların “zirvəsində” dövlət başçısının fərmanları dayanır.