İnzibati hüquq
213
institunun əsasları müqayisəli hüqu qda, demək olar ki, eynidir. Məsələn, alman
hüququ ilə fransız hüququ bu məsələdə oxşar qaydalar qoyub; alman
hüququnda fərdi inzibati aktlar «obyektiv inzibati akt» və «subyektiv inzibati
akt»lara ayırılmasa da, fərdi aktlar alman Administrativ Prosessual Qanununun
36-cı maddəsinə görə şərti ola bilər.
483
Obyektiv fərdi aktlar bir insanı və ya əşyanı obyektiv və ümumi hüquqi
statusdan çıxarır, bu statusda saxlayır, ya da başqa obyektiv/ümumi hüquqi sta-
tusa keçirir. Məsələn, nigah aktı ilə subay olan insan evli insan statusuna keçir,
və ya rektorun əmri ilə şəxs tələbə statusuna keçir.
Subyektiv fərdi aktlarda isə vəziyyət bir az fərqlidir. Obyektiv aktlar tərkib
baxımından bir-biri ilə eyni ola bilər. Subyektiv aktlarda isə eynilik olmur, yəni
aktın tərkibi aktın subyektinə görə müxtəlif olur. Bunu açıqlayan ən gözəl misal
vergi hesablanmasıdır. Vergi ödəyicilərinə hesablanan vergilərin miqdarı eyni
olmur və gəlirlərinə görə dəyişir. Subyektiv akta başqa misal tələbənin imta -
handa aldığı baldır. “Məqbul/qeyri-məqbul” qiymətləndirmə obyektiv fərdi akta
misal olduğu halda, tələbənin «4» və ya «5» alması kimi qiymətləndirmə
subyektiv fərdi akta misal ola bilər.
Obyektiv – subyektiv fərdi akt təsnifatı bizə nə üçün lazımdır? Fərdi
aktların belə ayrılmasının mənası məhkəmə nəzarəti zamanı ortaya çıxır.
Subyektiv aktlar daha dərindən yoxlanır. Subyektiv inzibati aktların
əsaslandırılması da obyektiv inzibati aktlara nisbətən daha incə məqamlara görə
aparılır.
Fərdi aktlar normativ aktlarda nəzərdə tutulan hüquqi for maların muəyyən-
ləşməsinə, müəyyən obyekt və ya subyektə tətbiq olunmasına yol açır. Bununla
fərdi aktlar müəyyən hüquqi nəticələr yaradır. Fərdi aktlar hüquqi hadisədir -
bunlar hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olun -
masına gətirib çıxarır.
484
Nəzəriyyədə bunların
inzibati orqanların hüquqi akt-
ları
adlandırılmasının səbəbi budur.
485
Bir çox hallarda normativ aktda nəzərdə
tutulan statusun konkret şəkildə meydana çıxması üçün fərdi akt qəbul
edilməsinə ehtiyac olur. Məsələn, şəxsin tələbə statusu alması üçün idarəetmə
orqanları onu təhsil qurumunda qeydə almalıdır. Lakin bu , həmişə belə olmur.
Bəzən normativ aktda nəzərdə tutulan hüquqi status da şəxslərə müəyyən
şəkildə dərhal təsir göstərə bilər. Bunlara misal olaraq hər hansı qadağa və ya
məhdudlaşdırmanı aradan qaldıran normativ aktları göstərmək olar.
483
Alman hüququndakı “şərtli” aktlara fransız hüququnda subyektiv inzibati akt deyilir.
484
Abdullayev,
Inzibati Hüquq,
s. 192.
485
Бельский, Козлов, Колибаба, c. 268
|