Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə358/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   354   355   356   357   358   359   360   361   ...   789
inzibati-huquq

İnzibati hüquq

215

qanuni səlahiyyət tələb edən məsələlərdir. Qeyd edək ki, ancaq İİHQ-da nəzərdə

tutulan  icra  metodları  ilə,  polisin  müdaxiləsi  olmadan  məcburi  icra  həyata

keçirilə bilər. Lakin bu qanun da hələ ki Yanvar 2009 tarixi etibarıyla qüvvəyə

minməyib, ancaq İPM ilə bərabər qüvvəyə minəcək.

Fərdi  aktlar onlardan üstün olan normativ  aktlara  uyğun  olmalıdır.  Lakin

inzibati orqanların daha əvvəl qəbul etdikləri fərdi aktların , sonraki fərdi aktlar

baxımından qüvvəsi məsələsi mübahisəlidir. Başqa sözlə, sonradan çıxan fərdi

aktların,  eyni  predmetə  aid  daha  əvvəlki fərdi  aktlara  uyğunluğu  tələb  olunur

mu? Məsələn,  Türkiyə  hüququnda inzibati orqanlarının  daha əvvəl  qəbul

edilmiş  fərdi  aktlardan  ası lı  olmadığı  qəbul  edilir.

489


  Lakin  hüquqi  dövlət

prinsipi  ışığında  məsələyə  baxılarsa,  idarəetmə  orqanlarının  daha əvvəl  qəbul

etdiyi  fərdi  aktlardan  asılı  olmadığı  prinsipi  mütləq  sayıla  bilməz.  Səlahiyyət

tətbiq  edilərkən  inzibati  orqanlar  eyni  hadisələrdə   eyni  cür  qərar  vermək

məcburiyyətindədirlər. Bağlı səlahiyyəti aşsaq belə, inzibati orqanlara mülahizə

səlahiyyəti  tanındığı  hallarda  da  fərdi  aktların  qəbul  edilməsi  obyektivlik,

tərəfsizlik  və  bərabərlik  prinsiplərinə  uyğun  olmalıdır.  Bu,  həm  də

qanunvericiliyin tələbidir. İİHQ də qeyd etdiyimiz halları qəbul edərək “inzibati

praktika”  anlayışını və  onun  bağlayıcı  olmasını  nəzərdə  tutur. Təbii  ki,  müəy -

yən hadisə ilə əlaqədar administrasiya akt qəbul edibsə və bu akt geri götürül -

məyib və ya ləğv edilməy ibsə, eyni hadisə ilə bağlı qərar veriləndə əvvəlki akt

mütləq  nəzərə  alınmalıdır. Əks  halda,  hüquq  və  mənafeyi  pozulanlar  inzibati

orqanın bərabərlik prinsipinə zidd davrandığını iddia edə bilərlər. Bundan istis -

na, İİHQ-da göstərildiyi kimi, ictimai mara qla bağlı inzibati praktikanın dəyiş-

məsidir. Lakin bu dəyişmiş praktikanın özü də uzun müddət davam etməlidir və

qısa müddətdə yenidən dəyişməməlidir.

Fərdi aktların müəyyən “tip”ləri var. Ən çox yayılmış fərdi akt “sərəncam”

tipli  fərdi  aktlardır.  “Sərə ncam”  adlı  fərdi  aktları  prezident,  Nazirlər  Kabineti,

rayon  və şəhər İH  başçıları  verirlər.  Nazirliklərin  başçısı  olan  nazir əsasən

“əmr” tipli qərarlar verir. Bu fərdi akt tipi də geniş yayılıb. Yerli icra hakimiy-

yətləri “sərəncam” və “əmr” tipli qərarl ar verir. Pozitiv hüquqda bu, «Azərbay-

can Respublikası rayon, şəhər və şəhər rayonu icra hakimiyyətlərində sənədlər-

lə iş qaydal arı haqqında Təlimat»ın III.-19cu alt bəndində göstərilib. Akt kolle -

gial qaydada qəbul edildikdə  “qərar” adlanır. Diqqət  yetir ilməlidir ki, Nazirlər

suz tikintiləri

sökmək

səlahiyyəti yoxdur. Lakin BŞİH, məsələn,  2001-ci ilin birinci yarısında

Bakı şəhərində qanunsuz saydığı bir çox tikilini sökmüşdü. Indi bu məsələ MM 180-ci maddəsi

ilə tənzimlənir.

489

Duran Lütfi,



İdare Hukuku,

Fakülteler Matbaası, İstanbul, 1982, s. 391.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə