Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə356/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   352   353   354   355   356   357   358   359   ...   789
inzibati-huquq

İnzibati hüquq

213

institunun əsasları müqayisəli hüqu qda, demək olar ki, eynidir. Məsələn, alman

hüququ  ilə  fransız  hüququ  bu  məsələdə  oxşar  qaydalar  qoyub;  alman

hüququnda  fərdi  inzibati  aktlar  «obyektiv  inzibati  akt»  və  «subyektiv  inzibati

akt»lara ayırılmasa da, fərdi aktlar alman Administrativ Prosessual  Qanununun

36-cı maddəsinə görə şərti ola bilər.

483

Obyektiv  fərdi  aktlar  bir  insanı  və  ya  əşyanı  obyektiv  və  ümumi  hüquqi



statusdan çıxarır, bu statusda saxlayır, ya da başqa obyektiv/ümumi hüquqi sta-

tusa keçirir. Məsələn, nigah aktı ilə subay olan insan evli insan statusuna keçir,

və ya rektorun əmri ilə şəxs tələbə statusuna keçir.

Subyektiv fərdi aktlarda isə vəziyyət bir az fərqlidir. Obyektiv aktlar tərkib

baxımından bir-biri ilə eyni ola bilər. Subyektiv aktlarda isə eynilik olmur, yəni

aktın tərkibi aktın subyektinə görə müxtəlif olur. Bunu açıqlayan ən gözəl misal

vergi  hesablanmasıdır.  Vergi  ödəyicilərinə  hesablanan  vergilərin  miqdarı  eyni

olmur  və  gəlirlərinə  görə  dəyişir.  Subyektiv  akta  başqa  misal  tələbənin  imta -

handa aldığı baldır. “Məqbul/qeyri-məqbul” qiymətləndirmə obyektiv fərdi akta

misal  olduğu  halda,  tələbənin  «4»  və  ya  «5»  alması  kimi  qiymətləndirmə

subyektiv fərdi akta misal ola bilər.

Obyektiv –  subyektiv  fərdi  akt  təsnifatı  bizə  nə  üçün  lazımdır? Fərdi

aktların belə ayrılmasının  mənası  məhkəmə  nəzarəti  zamanı  ortaya  çıxır.

Subyektiv  aktlar  daha  dərindən  yoxlanır.  Subyektiv  inzibati  aktların

əsaslandırılması da obyektiv inzibati aktlara nisbətən daha incə məqamlara görə

aparılır.

Fərdi aktlar normativ aktlarda nəzərdə tutulan hüquqi for maların muəyyən-

ləşməsinə, müəyyən obyekt və ya subyektə tətbiq olunmasına yol açır. Bununla

fərdi  aktlar  müəyyən  hüquqi  nəticələr  yaradır.  Fərdi  aktlar  hüquqi  hadisədir -

bunlar  hüquq  münasibətlərinin  yaranmasına,  dəyişməsinə  və  ya  xitam  olun -

masına  gətirib çıxarır.

484


  Nəzəriyyədə  bunların

inzibati  orqanların  hüquqi  akt-

ları

 adlandırılmasının səbəbi budur.

485

 Bir çox hallarda normativ aktda nəzərdə



tutulan  statusun konkret  şəkildə  meydana  çıxması  üçün fərdi  akt  qəbul

edilməsinə  ehtiyac  olur.  Məsələn, şəxsin  tələbə  statusu  alması  üçün  idarəetmə

orqanları onu təhsil qurumunda qeydə almalıdır. Lakin bu , həmişə belə olmur.

Bəzən normativ  aktda  nəzərdə  tutulan  hüquqi  status  da şəxslərə  müəyyən

şəkildə dərhal təsir  göstərə  bilər.  Bunlara  misal  olaraq  hər  hansı  qadağa   və  ya

məhdudlaşdırmanı aradan qaldıran normativ aktları göstərmək olar.

483

Alman hüququndakı “şərtli” aktlara fransız hüququnda subyektiv inzibati akt deyilir.



484

Abdullayev,



Inzibati Hüquq,

s. 192.


485

Бельский, Козлов, Колибаба, c. 268





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə