Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə370/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   366   367   368   369   370   371   372   373   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

224

sualını  meydana  çıxarır.

516

  Düzdür,  bəzi  inzibati  vahidlər  üçün  (Nazirlər



Kabineti və ya yerli icra hakimiyyəti kimi) kollegial qaydada qərarların nə vaxt

veriləcəyi  və  bunun  hüquqi  nəticəsi  tənzimlənmişdir,  amma  buna  dair  ümumi

tənzimləmə yoxdur.

Azərbaycan hüququnda inzibati normativ aktları qəbul/təsdiq etmə səlahiy -

yəti  «İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul

edilməsi və təsdiqi haqqında Əsasnamə»nin 13 -cü bəndinə görə, inzibati orqa-

nın  ierarxiya  başçısı  və  ya inzibati  orqanın  kollegiyasına  verilib.

517


  Kollegial

(heyət şəklində)  qərar  qəbul  edilməsinin  xüsusiyyəti  isə  heyət  üzvlərinin  eyni

anda və eyni fikir bildirmələridir. Başqa özəllik iradə ifadə edən ş əxslərin eyni

inzibati  orqanı  təmsil  etmələridir.  Lakin  nəzəriyyədə  istifadə  olunan  və  qəbul

edilən  birdən  çox  iradənin  “eyni  istiqamətdə,  eyni  məqsədə”  yönəlik  ifadəsi

prinsipi


518

  qərarın  yekdilliklə  qəbul  edilməməsi  deyil,  Heyət  üzvlərinin  fərqli

yönlərdə iradə  açıqlamaları  mümkündür.  Aktın

təktərəfliyini

ortaya  qoymaq

üçün  istifadə  olunan  “iradənin  eyni  istiqamətdə  ifadəsi”  prinsipi  səhvdir  və

aktın


təktərəfliyini

iradənin


administrasiya adından

 ifadəsində axtarmaq lazım-

dır. Kollegial qərarda iradə qanunvericiliyə görə, toplantı və qərarın qəbulunda

yetərsaya  uyğun  olaraq  səsçoxluğuna/yekdilliyə  sahib  olan  iradədir.

519

  Buna


görə də kollegial akta “

orqanın qərar qəbul etməyə səlahiyyətli şurasının orqan

adından,  eyni  anda  və  eyni  mövzuda  səs  yetərsayına  uyğun   iradə  ifadəsi  ilə

yaranan  akt

”  kimi  tərif  vermək  olar.  Kollegial  aktda  da  qərar  orqan  adından

qəbul edildiyindən

təktərəflk

 və icra xüsusiyyəti mövcud olur.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə