Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə367/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   363   364   365   366   367   368   369   370   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

222

baxımından inzibati qərarların çıxarılmasında hüquq şöbəsinin təsdiqi şərt olsa

da,  qəti  və  yekun  aktda  bunlar  qurucu  ünsür  deyil. Digər  tərəfdən,  qərar

layihəsini 

hüquq 

şöbəsi 


hazırlamadığı 

kimi 


(tapşırıqla 

hazırlaması

mümkündür),  o,  hüquqa  uyğun  olduqda uyğun  orqanın  hüquq  şöbəsi  qərara

ancaq  viza  verir.  Buna  görə  də  hüquq şöbəsinin  qərar  la yihəsinə  viz a  verməsi

hazırlıq/aralıq  aktıdır.  Adı  çəkilən  Əsasnamə  və  Təlimat  qərar layihələrini

qərarı  təsdiqləyəcək  ierarxiya  rəisinin  müavinlərinin  də  viza  etməli  olduğunu

nəzərdə  tutur.  Bütün  bunlar  prosedur  qaydasıdır  və  iradənin  “təkliyinə”  təsir

göstərmir.  Bunun  səbəbi  odur  ki,  yekun  inzibati  hüquqi  aktdakı  iradə şəxsin

deyil,  inzibati  orqanın  iradəsidir. İnzibati  orqanın  iradəsini  ifadə  edən

instansiyalar aktın “səlahiyyət” ünsürü ilə nəzərdə tutulur.



Mürəkkəb  aktda

  eyni  məqsədə  yönəlik  birdən  çox  inzibati  orqanın  iradə

açıqlaması  var  və  onların  hər  biri  ayrıca  qəti  akt  mahiyyətində  olmal ıdır.

509


İnzibati  orqanın  daxili  (aşağı)  bölməsinin  hüquq şöbəsinin  və  ya İH  başçısı/

nazir  müavininin  təsdiqi,  və  ya  başqa  inzibati  orqanla  bağlı  müstəqil iradə

ifadəsi  ola  bilməz,  bunlar  qəti  akt  da  sayıla  bilməz.  Buna  görə  də  viza,

təsdiqləmə  kimi  eyni ierarxiyadakı  instansiyaların  iradə  ifadəsi  aktı



mürəkkəb

akta

çevirmir.

Bununla  belə,  adı  çəkilən  tənzimləmələrə -  inzibati  hüquqi  akt  layihəsinə,

məsələn, hüquq şöbəsində viza qoyulduqdan sonra aktın qəbul edilməsinə bax -

mayaraq, aktın formasına əməl edilməməsi (hüquq şöbəsinin akta hüquqa zidd

olduğuna görə viza verməməsi) aktın mahiyyətcə də hüquqa zidd olmasına gə -

tirib  çıxara  bilər.  Lakin ölkəmizdə, inzibati  hüquqi  akta  məhkəmə  nəzarəti

zamanı  hansı  hüquqilik  meyarlarından  istifadə  ediləcəyi,  əfsuslar  o lsun  ki,

tənzimlənməyib.  Pozitiv  hüquqda meyar  icraat  qaydaları  və  maddi  hüquq

normalarının  pozulub-pozulmamasıdır,  yəni  qanuna  ziddiyyətdir.  Lakin İİHQ-

nun  10-cu  maddəsi  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsiplərinə  əməl

edilməsi şərtini  nəzərdə  tutduğuna   görə,  inzibati  fəaliyyət  baxımından  hüquqa

ziddiyyət  eyni  zamanda  qanuna  ziddiyyət i  təşkil  etməlidir . Habelə İİHQ-nun

67-ci  maddəsinə  görə, icraat/prosedur  qaydalarına zidd  inzibati  akt qanunsuz

sayılır. Prosedur qaydaları dedikdə, bunlar başqa normativ a ktlarda da nəzərdə

tutula bilər.

11 İyun 1999-cu il tarixli «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar

və  hərəkətlərdən  məhkəməyə  müraciət  edilməsi  haqqında»  Qanunun  4 -cü

maddəsi inzibati hüquqi aktın qəbul edilməsi üçün əsas/səbəb olan ön aktlarda n

da  qəti  aktla  bərabər  məhkəməyə şikayət  edilə  biləcəyini  və  bunlar  üzərində

məhkəmə  nəzarətini  nəzərdə  tutur.  Beləliklə,  hazırlıq  və  ön  aktların  ayrıca  inzi -

509


Özay, s. 383.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə