Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə344/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   340   341   342   343   344   345   346   347   ...   789
inzibati-huquq

Административное право

, Издательство

«Март»,  Москва,  2003,  с.  129. Qanunvericiliyimizdə İİHQ-nun  57-ci maddəsi də artıq bunu

nəzərdə tutur.




Fərhad Mehdiyev

204

və  24  Avgust  2002 -ci  il  tarixli Fərmanla  təsdiq  edilmiş  «Mərkəzi  icra

hakimiyyəti  orqanlarının normativ  aktlarının  baxılması,  qəbul  edilməsi  və

təsdiqi qaydaları haqqında» Əsasnamədir.



C. İNZİBATİ HÜQUQİ AKTLARIN NÖVLƏRİ

İnzibati akt termini Avropada hakim olan anlayışa görə, iznibati orqanların

hakimiyyət tədbiri olaraq birtərəfli qaydada qəbul etdikləri hüquqi aktları ifadə

edir. Burada “inzibati akt” termininə aid müqayisəli hüquqda da fikir birliyinin

olmadığını vurğulamaq lazımdır.

451


Əvvəlcə qeyd etdiyimiz kimi,  məsələn, al-

man hüququnda “inzibati akt” Administrativ Prosessual Məcəllənin 35-ci mad-

dəsinə  görə,  ancaq  fərdi  aktları  ifadə  edir.

452


  İİHQ  də  alman  sistemini  qəbul

edib.  Fransız  hüquq ədəbiyyatındakı  bir  fikrə  görə,  inzibati  akt  termininə

inzibati qərarlar, inzibati müqavilələr, normativ aktlar və planlaşdırma sənədləri

aiddir.


453

  Türkiyə  hüquq  nəzəriyyəsində  olan  hakim  fikrə  görə, inzibati

(administrativ) müqavilələr  və  planlaşdırma  sənədləri  inzibati  hüquqi  akt

deyildir, bununla belə inzibati müqavilələr



administrasiya əqdi

sayılır.


454

MDB  ölkələrinin inzibati  hüquq  nəzəriyyəsində,  inzibati  hüquqi  aktların

təsnifatında əsas  meyar  aktın

hüquqi  təsiridir

.

455



  İdarəetmə  funksiyası  fərqli

tərkib və xüsusiyyətləri olan aktlar vasitəsilə həyata keçirilir. Bununla belə, bu

aktlara xas bəzi ortaq xüsusiyyətlər də var.

İİHQ-nun gətirdiyi bu  yenilik ilə bağlı, həm normativ aktlar, həm nə  fərdi

inzibati aktları əhatə  edən  bir  termin  tapılmalıdır   və  indiki  durumda  bu  termin

İNZİBATİ  QƏRAR

  ola  bilər.  Bununla  belə,  «normativ  aktlar»  termini

qanunvericiliyə  və  ədəbiyyata  daxil  olduğundan  bunla rı  “inzibati  akt”

institutundan  ayırmaq  sistemli  addım  kimi  görsənmir.  Əslində, İİHQ  “inzibati

akt”  termini  yerinə  “inzibati  qərar”  terminindən  istifadə  etsəydi,  hər  hansı

qarışıqlıq yaranmazdı; belə olsaydı, “ inzibati hüquqi akt” termini əvəzinə daha

düzgün, dolğun və yetərli, eyni zamanda qısa “inzibati akt” terminindən istifadə

edə  bilərdik. İndi  isə İİHQ  “inzibati  akt”  sözü  ilə  ancaq  fərdi  aktları  nəzərdə

tutduğuna  görə,  “inzibati  qərar”  və  ya  “inzibati  hüquqi  akt”  anlayışı  ilə  həm

normativ,  həm  də  fərdi aktları ifadə edə bilərik, bu əsərdə də hər iki termindən

eyni mənada istifadə etmişik.

Termin  probleminə  aid  bu  açıqlamaları  verdikdən  sonra  inzibati  qərarların

təsnifatına keçmək olar. Idarəetmə  fəaliyyətinin  müəyyən qaydalarla əsaslandı -

451


Козырин, Штатина, Зеленцов, с. 129.

452


Гудошников, Жданов, Козырин, с. 120.

453


Duran, s.393.

454


Erkut, s.11.

455


Алехин, Кармолицкий, Козлов, с. 234.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə