Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə343/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   339   340   341   342   343   344   345   346   ...   789
inzibati-huquq

İnzibati hüquq

203

4)

inzibati hüquqi akt icra hakimiyyəti, yaxud administrativ fəaliyyət icra



edən subyektlərin qanuni və dövlət gücünə dayanan iradə ifadəsidir, bu

iradə ifadəsi dövlət hegemonluğunu əks etdirir;

444

5)

inzibati hüquqi akt icra hakimiyyəti, yaxud administrativ fəaliyyət icra



edən subyektlərin birtərəfli iradə ifadəsi ilə yaranır,

445


bu, bütün inzibati

hüquqi aktlarda icra hakimiyyətinin idarəetmə fəaliyyətinin icrasında təbii,

həm də zəruridir;

6)

inzibati hüquqi aktlar administrativ instansiyaların birtərəfli hüquqi məcbu-



riyyət müəyyən edən iradə ifadəsidir, başqa sözlə, inzibati hüquqi aktlar

əlaqədar  şəxslər və subyektlər  üçün əməl edilməsi və icrası məcburi bəzi

statuslar və ya yerinə yetiriləsi  öhdəliklər yaradır  (xoşunuza  gəlməsə  də,

YPX məmurunun göstərişinə əməl etməlisiniz) ;

446

7)

inzibati normativ hüquqi aktlar ictimai davranış qaydasını və ya davranış



formasını müəyyən edir;

447


8)

inzibati hüquqi aktlar hüquqi status yarada, dəyişdirə və ya xitam edə biləcəyi

kimi, bunlara yol açmadan bunun üçün şərtlər və ya əsas yarada da bilər;

9)

inzibati hüquqi akt qanuna, Konstitusiya və başqa qanunvericilik aktlarına



əsaslanır, yəni inzibati hüquqi akt hüquqa uyğunluq prezumpsiyasından

yararlanır;

448

10) hər bir inzibati hüquqi akt inzibati hüquqi aktlar ierarxiyasının bir pilləsini



tәşkil  edir , buna  görə  aşağı  administrativ  instansiyanın  aktı  yuxarı  admi-

nistrativ instansiyanın əlaqədar qərarına uyğun olmalıdı r;

449

11) inzibati hüquqi akt, bir qayda olaraq, yazılı şəkildə olmalıdır ,



450

amma bəzi

hallarda şifahi də ola bilә;

12) inzibati hüquqi aktlar müəyyən üsul/prosedur qaydalarına uyğun çıxarılır -

qərar  layihəsinin  hazırlanması,  üzərində  məsləhətləşmələrin  aparılması,

lazımi  şöbələrdən  viza  alınması  və  təsdiq  mərhələsi.  Bunların  çıxarılma

üsulunu  prezidentin  qərarları  ilə  təsdiq  ed ilmiş  normativ  aktlar  müəyyən

edir. Bunlar Prezidentin 6 Mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edil -

miş  «Şəhər və rayon icra hakimiyyətlərində sənədlərlə iş barədə Təlimat»

444


Клюшниченко, Колодкин, Коренев, s. 87.

445


Марченко М., Мицкевич А., Лею О., s. 390.

446


Алехин, Кармолицкий, Козлов, s. 240.

447


Бельский, Козлов, Колибаба , s. 271.

448


Бельский, Козлов, Колибаба, с. 268.

449


Козырин, Штатина, Зеленцов, с. 130.

450


Бровко Н.В., Смоленский М.В., Соколова Ю.А.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə