Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Yönetim önünde savunma hakları



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə337/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   333   334   335   336   337   338   339   340   ...   789
inzibati-huquq

Yönetim önünde savunma hakları

, Sevinç Matbaası, Ankara, 1983, s.104.

415

Афанасьев  В.С.,  Герасимов  А.П.,  Гойман  В.И.



Общая  теория  права  и  государства,

Издательства «Юрист», Москва, 1997, с.144.

416

Клюшниченко, Колодкин, Коренев, c. 91.




Fərhad Mehdiyev

198

nəticə  ünsürü  ilə  sıx  bağlıdır.  Lakin qətilik  və icra  xüsusiyyətinin  daha  çox

inzibati  hüquqi  aktın  etibarsız  sayılması  üçün  iddia  qaldırmaq  imkanı

baxımından  özəlliyi  var  və bu  da  AR  Mülki  Prosessual  Məcəlləsinin  297-ci

maddəsindən  açıq  şəkildə  görünür.  Qanunun  müvafiq  maddəsi  etibarsız

sayılması  (ləğv  edilməsi)  üçün  iddia  qal -dırıla  bilən  aktları  nəticənin  təsiri

baxımından  ortaya  qoyur  və  aşağıdakı  nəticələrə səbəb  olan inzibati  aktları

şikayət oluna bilən akt sayır:

1) şəxsin hüquq və azadlıqlarını pozan aktlar;

2) şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə əngəl olan aktlar;

3) şəxsin üzərinə qanunsuz öhdəlik və ya məsuliyyət qoyan aktlar.

417


Aktın ləğv edilməsi  şərtləri, əlbəttə, inzibati hüquqi aktın  ünsürlərini ifadə

etmir. Məsələn, Fransada ləğvetmə səbəblərinin klassik təsnifatı, aktın tərkib

hissələri/ünsürləri ilə eynilik təşkil etmir.

418


Bununla belə, bunlar aktın ünsürləri

ilə sıx bağlıdırlar, lakin onları fərqləndirmək, aktın ünsürləri ilə qarışdırmamaq

üçün  önəmlidir.  Çünki tərkib  ünsürünün olmadığı yerdə inzibati hüquqi aktın

varlığından danışmaq mümkün olmayacağı kimi, belə bir aktın hər hansı hüquqi

nəticə yaratması da mümkün olmayacaq.

419


Bu cür inzibati qərarları məhkəmədə

ləğv etməyə ehtiyac olmadığı kimi, məhkəmələrin bununla bağlı verəcəkləri qə-

rarlar da hər hansı müddətlə məhdudlaşmadan, sadəcə, etibarsızlığı müəyyən

etməkdən ibarət olacaq.

420

“Əhəmiyyətsizlik” termini MDB  ölkələrinin hüquq doktrinasında tədqiq



olunmayıb. Rusiya nəzəriyyəsində əhəmiyyətsiz olan akta

“ничтожный акт”

deyilir.


421

Lakin nəzəriyyədə olan fikirlər bu termini əslində  “əhəmiyyətsizlik”

statusuna uyğun  şəkildə tədqiq etmir. Nəzəriyyədəki bir fikrə görə, bu

əhəmiyyətsiz olan aktlar da məhkəmə qərarı ilə ləğv edilənə və ya geri götürü-

lənə qədər etibarlı inzibati akt kimi mövcud olur.

422


Bu fikir düzgün sayıla bil-

məz; qüvvədə olduğu müddətdə hüquqa uyğun sayılan inzibati akta əsaslanaraq

yaranan hüquqi statusların müəyyən hüquqi dəyəri olur və onlar nəticə doğurur.

417


Bu  baxımdan  normativ  aktlar əhəmiyyət  kəsb  edir.  Adı  çəkilən  qanunun  29 -cu  fəsli  normativ

inzibati  hüquqi  aktlardan  şikayət  etmə  qaydalarını  tənzimləsə  də,  əslində,  fərdi  aktlar  üçün  bu

qanunun  27-ci  fəsli  bəzi  tənzimləmələri  ilə  normativ  aktların  hüquqa  uyğunluğunun  yo xlan-

masında  istifadə  oluna  bilər. Lakin mümkündür ki,  İnzibati Prosessual Məcəllə yeni qaydalar

qoysun.

418


Gözübüyük Şeref, Tan Turgut,


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə