Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə301/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   297   298   299   300   301   302   303   304   ...   789
inzibati-huquq

İnzibati hüquq

173

mənfi  münasibət  yaradacaq.  Buna  misal  olaraq  elektrik enerjisi verilməsi xid-

mətini göstərmək olar. Elektrik enerjisi elə verilməlidir ki, soyuducunuz 24 saat

işləsin və içindəki qida məhsulları xarab olmasın. Digər tərəfdən , cərəyan sabit

olmalı və elektrik avadanlığının sıradan çıxmasına səbəb olmamalıdır.

Daimilik  və  sabitlik şərtləri   (continuity),  Avropa  Parlamentinin  13  Yanvar

2004 tarixli Rezolusiyasında da təkrarlanır. Habelə bu qərarda

361


, aşağıda sada-

ladığımız ictimai xidmətlərin digər prinsipləri də təkrarlanır.

Burada  bir məqama  diqqət  yetirmək  lazımdır:  ictimai  xidmətlərin  daimi,

fasiləsiz  icrası  onların  mütləq  hər  an,  günün  və  gecənin  hər  saatında  icrası

mənasına gəlmir. Daimilik ehtiy acın növünə görə müəyyən edilməlidir. Ehtiyac

zaman  baxımından  nə  qədər  çox  olarsa,  xidmətin  daimilik dərəcəsi  daha  çox

üzə  çıxacaq  (məsələn,  səhiyyə, elektrik,  su,  nəqliyyat  və  s.  kimi  xidmətlərdə

olduğu  kimi).  Bunların  hər  an,  gecə -gündüz,  həftənin  7  günü  və  hər  saat  icra

edilməsinə  ehtiyaç  var. Əksinə,  ancaq  müəyyən  zamanlarda  icra  edilən  və

bununla  da  kifayət  qədər  ödənilən  ehtiyaclar -  təhsil  xidməti  kimi  xidmətlər

vardır.  Buna  görə  də  xəstəxanaların  daim  açıq  olması  tələb  olunduğu  halda,

məktəblərin və kitabxanaların bəzən bağlanması mümkündür.

Davamlılıq və  sabitliyə  təkcə  xronolji  cəhətdən  baxılmamalıdır.  Xidmət

eyni zamanda mahiyyət və keyfiyyətcə də ehtiyaclara cavab verməlidir.

362

 Baş-


qa cür desək, xidmət müəyyən standarta cavab verməlidir. Bəlkə də buna inti-

zam prinsipi demək  yerində olar. Bu prinsip, əslində, inzibati idarəetmə hüqu-

qunun  bir  çox  prinsip  və  qaydalarının əsasıdır.  Məsələn,  dövlət  qulluğundan

istefa verən məmurun bir ay yeni məmur və ya onu əvəz edəni gözləməsi, döv-

lət qulluqçusuna tətil etmənin qadağan edilməsi, ictimai xidmətin icrasına dair

inzibati/administrativ  müqavilələrdə  ist ifadə  edilən  imprevizion  (qabaqc adan

nəzərə  alına  bilməyən)  prinsipi,  administrativ  müqavilələrdə  administrasi yaya

verilən  üstün  səlahiyyətlər,  ictimai  mülkiyyətin  özəlləşdirilməsi  qaydalarının

çətinliyi ictimai xidmətlərin daimi və intizamlı olma zərurətinin özəllikləridir.

Mühim olan xüsusiyyət budur ki, ictimai xidmətin daimi və intizamlı olma -

sı prinsipinə uyğun olmayan inzibati hüquqi akt hüquqa zi dd olacağından, məh-

kəmə  instansiyaları  onu  ləğv  edə  bilər.  Bu  inzibati  hüquqi  akt  və  ya  hərəkət

nəticəsində zərər vurulubsa, administrasiyanı məsuliyyətə cəlb etmək də müm-

kündür. Sahibkarlar ayrı-ayrı ictimai xidmətləri lisenziya və ya tender üsulu ilə

icra  edirlərsə, onlar  da  daimilik  və sabitlik prinsiplərinə əməl etməli, adminis -

trasiya isə buna nəzarət etməlidir.

363

361


http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=COM:2004:0374:FIN:EN:DOC

362


Özay, s.236.

363


Gözübüyük, Tan, I Cild, s. 446



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə