Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə298/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   294   295   296   297   298   299   300   301   ...   789
inzibati-huquq

İnzibati hüquq

171

2. İctimai xidmətlərin maliyyələşdirilməsi

İctimai xidmətlərin maliyyələşdirilməsi məsələsi, müxtəlif ölkə və region -

larda  fərqli  xüsusiyyətlər  ərz  edir.  Amerika  Birləşmiş  Ştatlarında,  ictimai  xid -

mətlər  əsasən  xidmət  əvəzi  alınan  pullarla  icra  edilir.  Dövlətin



sosial  dövlət

olma xüsusiyyəti qabardıqça, ictimai xidmətlərin maliyyələşdirilməsi daha çox

dövlət  hesabına  həyata  keçir.  Avropa  ölkələrində,  ictimai  xidmətlərin  dövlət

yardımı ilə aparılması inancı və praktikası, hələ də aktualdır. Avropa Birliyinin

Təsis  müqaviləsi  sisteminə  görə  (maddə  86.2),  əgər  dövlət  yardımı  olmadan,

konkret  ictimai  xidmət  öz  funksiyasını  yerinə  yetirə  bilməyəcəksə,  o  xidmət

dövlət yardımları ilə və rəqabət qaydaları xaricində icra oluna bilər.

Avropa  Birliyində  müxtəlif  maliyyələşmə  me todları  mövcuddur.  Bunlar

burbaşa  dövlət  büdcəsindən  maliyyələşdirmə, xidmətdən  yararlananlardan  alı -

nan xidmət haqqı, tarif müəyyənləşdirilməsi, xidmətin icrası xüsusi hüquq şəx -

sinə tapşırılanda icraçıya verilən imtiyazlar, ödənişlər ve vergi endirimləri  kimi

metodlardır.

359

Burada,  sosial  sigorta,  vergi  yığımları  kimi  fondlar  da



xidmətlərin maliyyələşdirilməsinə yönləndirilir.

Ölkəmiz  baxımından  vəziyyət  fərqlənir.  Nazirlər  Kabinetinin  müxtəlif

iclaslarında, TV-də göstərildiyi  kimi, bəzən belə fikirlər səslənir ki, qazın ma-

liyyəti yuxarı olduğu halda, niyə biz onu daha ucuza satırıq. Bəzən də deyilir ki,

benzinin  qiyməti  Avropada  1  litri  2 euro`ya  yaxın  olduğu  halda  niyə  bizdə

ucuz-dur?  Eyni  şey  Respublikaya  idxal  olunan  taxıl  haqqında  da  eşitmək

mümkün-dür. Əvvəlcə  onu  qeyd  etmək  lazımdır  ki, əsaslı  zəruri  insan

ehtiyaçları, mənfəət məqsədi güdülmədən icra olunmalı, digər tərəfdən bunların

hər  kəsə  çatımlı  olması  da  təmin  edilməlidir.  Buna  görə,  qaz,  su  və  elektriyin

əhaliyə  mümkün  olduğu  qədər  ucuza  təqdi m  edilməlidir  ki,  əhalinin  ən

imkansız təbəqəsi də bundan istifadə edə bilsin. SSRİ illərində, sosialist dövlət

quruluşu  səbəbilə,  ictimai  xidmətlər  dövlət  maliyyələşməsi  hesabına  icra

olunurdu  və  vətəndaşdan  alınan  pulun  o  xidməti  qarşılayıb  qarşılamadığı

əhəmiyyət kəsb etmirdi.

Dövlətin bir xidməti pulsuz təqdim etməyə imkanı varsa, o xidmət pulsuz

verilə  bilərmi  yaxud  verilməlidirmi  sualı  ağla  gələ  bilər.  Avropa  ölkələrində

yerləşən  maliyyələşdirmə  prinsiplərini  nəzərdən  qaçırmaq  olmaz.  Belə  ki,  bir

xidmətə  verilən  dövlət  yardımı,  bazar  rəqabətini  pozucu  və  hakim  mövqedən

sui-istifadə mahiyyətini almamalıdır. Yəni bənzər xidmət sahibkarlar tərəfindən

də  icra  olunursa,  xidmətə  verilən  dövlət  yardımı  sahibkarları  haqsız  rəqabət

səbəbilə bazardan çəkilmək məcburiyyətində buraxmamalıdır. Başqa bir sözlə,

359


Punkt 62, Green Paper on Services of General İnterest, of European Comission. 2003/0270 Final.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə