Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə294/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   290   291   292   293   294   295   296   297   ...   789
inzibati-huquq

İnzibati hüquq

167

üsullarına  tabe  etdirilməlidir.

355

Liberal  dövrdə  dövlәtin  (inzibati  orqanların)



fәaliyyәt  sahəsi  milli  müdafiə  vә  mühafizə  fəalliyyəti ilə  yanaşı,  sadəcə, şəxs -

lərin  gücü  çatmadığı  və  ya  sərfəli  olmadığı  üçün  icra  etmədikləri  fәaliyyәtləri

də  əhatə  edirdi. Məsələn  poçt  kimi. Bu  səbəbdən  də  inzibati  orqanlar  ictimai

ehtiyacları  ödəmək  üçün  birbaşa əmr  vә  məsuliyyətləri  ilə  üstün  vә  imtiyazlı

üsullar  tətbiq  etməklə  bu  fәaliyyәtləri  icra  edirdi.  Dolayısıyla,  liberal  dövlət

mərhələsində ictimai xidmətlərə orqanik, maddi  vә forma  meyarlarından bəra -

bər istifadә etməklə tərif vermək mümkün olurdu. Buna görә də ictimai xidmət -

lər  idarəetmə  orqanlarının  ictimai  marağı  tәmin  etmәk  üçün  ictimai  idarəetmə

metodları ilə icra etdiyi fәaliyyәtlərdir.

Sosial  dövlәt  anlayışının  mənimsənməsi  ilə  dövlәt  ekonomik  vә  sosial  hә -

yata olduqça çox müdaxilə etməyə başladı. Dövlət əvvəllər xüsusi hüquq şəxs -

lərinin apardığı fәaliyyәtləri dә icra etməyə başladı vә bunun nəticəsində idarə -

etmə  orqanlarının  fәaliyyәt  sahəsi  xeyli  genişləndi.  Bunun  nəticəsində  liberal

dövrdə ictimai xidmətin tәrifində istifadə olunan maddi vә forma meyarları ara -

sındakı əlaqə də silinməyə başladı, getdikcə aradan qalxdı. Başqa sözlə, artıq bu

üç meyara söykənərək ictimai xidmətə tərif vermək mümkün olmurdu.

Birincisi,  orqanik  meyar  mütləq  olmaqdan  çıxdı,  yəni  fәaliyyәtin  ictimai

xidmət  sayıla  bilməsi  üçün  onu  mütləq  klassik  inzibati  qurumların  icra  etməsi

şərti  artıq  tələb  olunmadı.  Bu  gün  bütün  ictimai  xidmətlərin  imtiyaz  üsulu  ilə

xüsusi  hüquq  şəxslərinə  tapşırıla  biləcəyi  qəbul  edilir.  Ayrıca  ictimai  xidmət -

lərin, sadəcə, rəsmi qurumlar (mərkəzi administrasiya -  yerli idarələr vә başqa

administrativ qurumlar) vasitəsilə deyil, eyni zamanda ictimai qurumlar, ictimai

- xüsusi qarışıq qurumlar vә ya xüsusi qurumlar vasitəsi ilə dә icra edilə biləcə -

yi qəbul olunur. Ancaq, klassik inzibati qurumların icra etməsi qaydası aradan

qalxmaqla  yanaşı,  bu  xidmәtlәri  kimin  və  hansı  metodla  aparmasından  asılı

olmayaraq,  bunlar  üzərində  daim  inzibati  orqanın  nәzarәt  sәlahiyyәti  davam

edəcək; ictimai mənafeyin təmin edəlməsinə məsul olan orqan bu nəzarəti icra

etməlidir.

Digər tərəfdən, ictimai xidmətləri “ictimai ehtiyac” meyarına əsaslandırmaq

da  kifayət  etmir.  Çünki  hansı  ehtiyaçların  “ictimai”  olduğu  bəzi  hallarda

mübahisəli  olur. Çünki  sırf  mahiyyətinə  görə  mütləq  mənada  ictimai  xidmət

sayılan  fәaliyyәt

azdır,  məsələn  içməli  su  tədarükü  kimi.

Lakin


telekommunikasiyanın  bir  çox  növünün  belə  mahiyyəti  olduğu  mübahisəlidir.

Beləliklə insan fәaliyyәtləri sırf xüsusiyyətlərinə görә deyil, müәyyәn zamanda

vә  yerdə  cəmiyyətə  hakim  olan  sosial,  siyasi,  ekonomik  sistemә  görә  ictimai

zərurəti əkd etdiridiyi müəyyən edilə bilər. Dolayısıyla, bir çox insani fәaliyyәt,

355

Giritli-Akgüner, s.127.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə