Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə295/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   291   292   293   294   295   296   297   298   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

168

mahiyyəti nə olursa -olsun, ictimai xidmət ola bilər; yetər ki, siyasi orqanlar

356

 o

fәaliyyәti ictimai xidmәt olaraq qəbul etsinlər. Cәmiyyәtin ümumi ehtiyaçlarını



müəyyən  etmək  vә  ictimai  mənafeyi  dəyərləndirmək  o  cәmiyyәtin  seçdiyi  nü -

mayəndələrin  sәlahiyyәtlәrinə  aiddir.  Fəaliyyәtin  ictimai  ehtiyacları  ödəməyə

vә  beləliklə ,  ictimai  mənafeyi  reallaşdırmağa  yönəlik  olub -olmadığının  təqdir

edilməsi  dә  əsas  etibarı  ilə  parlamentin,  sonra  da  başqa  siyasi  orqanların

sәlahiyyәti  daxilindədir.  Bu  səbəbdən  də  ictimai  ehtiyacı  ödəməyə  vә  ictimai

marağı  təmin  etməyə  yönəlmiş  fәaliyyәti  siyasi  orqanlar ictimai  xidmət  kimi

qəbul etməyibsə, ictimai xidmət sayılmır. Məsələn, taksi xidmətləri ictimai xid-

mət sayılmır . Başqa bir misal: ictimai xidmətlərin sayı müxtəlif Avropa ölkələ -

rində eyni deyil. Almaniyada bunlar daha azdır və xüsusi hüquqa tabedir, Fran-

sada isə ictimai xidmətlər həm sayca çoxdur, həm də daha çox ümumi hüququn

tənzimləmə  sahəsinə  daxildir.  Bu  onunla  bağlı  ola  bilər  ki,  20-ci əsrin  ikinci

yarısında,  2-ci  Dünya  Müharibəsindən  sonra  sosialist  hərəkət  Fransada  güclü

olub; beləliklə iqtisadi və sosial hüquqlara Fransada daha çox diqqət yetir ilib.

İctimai  xidmətlərdə  orqanik  vә  maddi  meyarların  zəifləməyə  başlaması ,

forma  meyarının  da  zəifləməsinə  vә  getdikcə  silinməsinə  səbəb  olub.  Sosial

dövlәt prinsipinin mənimsənilməsi nəticəsində dövlәtin iqtisadi vә sosial hәyata

müdaxiləsi  ilə  indiyədək  özəl  sektorun  apardığı  bəzi  fәaliyyәt lər  ictimai

xidmətə çevrilib vә bunlar ayrı bir hüquqi rejimə tabe edilib; lakin bu xidmətlər

özəl sektorla rəqabət içində icra edilməsi üçün özəl hüquq rejiminə tabe edilib.

Xülasə, bu gün üçün mötəbər ola bilən bir ictimai xidmət tərifi vermək çətindir.

Belə bir tәrif vermək mümkündür: dövlət hakimiyyət orqanı və ya digər inzibati

orqan  tərəfindən,  yaxud  onların  nəzarəti altında  özəl  sektor  tərəfindən həyata

keçirilən ictimai faydalı fәaliyyәt ictimai xidmətdir. İcti mai xidmət parlamentin

qəbul etdiyi qanunla qurula biləcəyi kimi, mərkəzi administrasiya orqanı və ya

bələdiyyə qərarı ilə də qurula bilər.

Deməli,  fәaliyyәtin  ictimai  xidmət  sayıla  bilməsi  üçün,  hər şeydən  əvvəl,

siyasi  orqan  olan  qanunverici  orqanın  iradəsi tələb  olunur.  Məsələn,

22.06.1999-cu  il  tarixli  qanunla  milli  arxiv  fondunun  yaradılması  ictimai

xidmət  kimi  nəzərdə  tutulur.  Normativ  hüquqi  aktla  fәaliyyәt  ictimai  xidmət

kimi  nəzərdə  tutulubsa,  xidmətin  növünü  müəyyən  etmək  çətinlik

törətməyəcək. Ancaq qanundan belə açıq görünmürsə, bəzi meyarlara müraciət

etmək yolu ilə qanunverici orqanın , ya da fəaliyyəti təşkil edən inzibati orqanın

iradəsini  müəyyən  etmək  olar.  Bu  meyarların  başlıcası  adı  çəkilən  fәaliyyәtin

icrası  üçün  dövlətləşdirmə   (məcburi  satın  alma),  cərimə  kəsmə  vә  ya

inhisarçılıq  kimi  hakimiyyət  sәlahiyyәtləri  vә  üsulları  ilə  yanaşı,  fәaliyyәtin

356


Burada  “siyasi”  sözü  geniş  mənada  istifadə  olunur,  dövləti  və  cəmiyyəti  mövcud  ideologia  və

məqsədəuyğunluq mülahizəsinə görə idarə etməyi nəzərdə tutur.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə