Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə296/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   789
inzibati-huquq

İnzibati hüquq

169

icrası  üzrə bağlanacaq  müqavilələrdə  özəl  hüquqa aid  qayda  vә şərtlərin olub -

olmamasıdır.  Bu  meyarlardan  bir  vә  ya  bir  neçəsinin olması  fәaliyyәt in  özəl

sektor  fәaliyyәtindən  fərqləndirilməsi  vә  ictimai  xidmət  kimi  qəbul  edilməsi

üçün kifayətdir.

B. İCTİMAİ XİDMƏTLƏRİN QURULMASI VӘ LƏĞVİ

1. Qurulması

Əvvəlcə  onu  qeyd  etməliyik  ki,  ictimai  xidmətlərin  qurulmasına  idarəet -

mədə  qanunçuluq  prinsipi  işığında  baxılmalıdır.  Çünki  hər  bir  administrativ

fəaliyyət, administrativ öhdəlik və səlahiyyətlər buketini də əks etdirir. Qanun -

çuluq  prinsipinə  əməl  etmə,  eyni  zamanda,  xidmət i  personalın  və  istifadə  olu-

nacaq  malın/pulun zəruriliyi  ilə  də  açıqlana  bilə r.

357

  Lakin  Azərbaycan  prakti-



kasında inzibati idarəetmə hüququndakı qanunçuluq prinsipi , daha çox adminis-

trativ  qanunvericilik  kimi  tətbiq  olunur.  Çünki  ölkəmizdə  bir  çox  ictimai  xid-

mətlər qanunla yanaşı P rezident fərmanı, ya da NK qərarı ilə qurulur.

358


Bunun  mexanizmi  də,  bir  qayda  olaraq,  administrativ  vahidin  yaradılması

və  ona  müəyyən  funksiyalar  verməklə  reallaşdırılır.  Məsələn,  bir  nazirliyin

qurulması  və təsis sənədi (Əsasnamə) ilə ona müəyyən  vəzifələr, səlahiyyətlər

tapşırılır. Səhiyyə Nazirliyinin əhəmiyyətli ictimai xidməti təqdim etdiyinə dair

heç kəsdə şübhə yaranmır. Lakin ictimai xidmət  qurumu təkcə nazirlik şəklində

yaradılmır.  Nazirliyə  tabe  idarə  yaratmaqla  da  ictimai  xidmətlər  təşkil  edilə

bilər (məsələn, YİH-nin Mənzil-kommunal təsərrüfatı İdarəsi).

Misal: Azərbaycan  Respublikasının  «Azəriqaz»  Dövlət Şirkətinin  yaradılması

haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı na görə:

“Təbii  qazın  nəqli,  emalı,  saxlanılması  və  ondan  istifadə  edilməsi,  habelə  qaz

təchizatı obyektlərinin is tismarı və tikintisi ilə məşğul olan istehsal strukturlarının

fəaliyyətini 

əlaqələndirmək, 

yaşayış 


məntəqələrinin 

qazla 


təminatını

yaxşılaşdırmaq,  respublikanın  qaz  sənayesi  müəssisələrinin  modernləşdirilməsi

üçün  mövcud  imkanlardan  tam  istifadə  etmək  məqs ədi  ilə  və  «Respublikanın

iqtisadi  və  ictimai-siyasi  həyatını  sabitləşdirmək  sahəsində  əlavə  tədbirlər

haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram:

1.  «Azərqaznəql» İstehsalat  Birliyi  bazasında  «Azəriqaz»  Dövlət Şirkəti

yaradılsın.”

Cəmiyyətin  ortaq  ehtiyacları  var,  bunların  ictimai  xidmət şəklində  ödənil -

məsi necə olur? Ya ilk dəfə vә birbaşa rəsmi qurum onun icrasına başlayır , ya

357


Özay, s.233

358


Məsələn, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti”nin yaradılma -

sı haqqında 23.03.2005-ci il tarixli Fərmanla yeni bir qurum formalaşdırıldı.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə