Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə297/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   293   294   295   296   297   298   299   300   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

170

da  xidmət  fəaliyyəti  xüsusi  sektorla  birgə  aparılır.  Birinci  halda  monopoliya

şəkilində icra edilən xidmәt var. Bu halda, ictimai xidmət halına gətirilmiş fәa -

liyyәtin icrası fərdlər vә qruplara qadağan edilir. Bu vəziyyət şəxslərin vә qrup -

ların hüquqlarını, xüsusən sahibkarlıq hüquqlarını məhdudlaşdırır. İkinci halda

isə  ictimai  xidmәt  statusu  veri lən  fәaliyyәt  fərd  vә  birliklərə  qadağan  edilmir,

bu xidməti onlar da icra edə bilirlər. Ancaq bu halda administrasiya kimi güclü

bir rəqib ortaya çıxdığından, qeyri -dövlət sektorunun fəaliyyət azadlığı yenə də

müәyyәn ölçüdə məhdudlaşa bilər.

Məhz buna görə ictimai xidmətin qurulması ilə bəzi hüquqlar məhdudlaşdı -

rıldıqda müvafiq hüquqların məhdudlaşdırma qaydalarına əməl edilməlidir. La -

kin burada qeyd olunmalıdır ki, ictimai xidmətin icrası dövlətin ümdə vəzifəsi

olduğundan, xüsusi hüquq şəxsləri bu məsələdə qazanılmış hüquq iddiasını irəli

sürə bilməzlər. Başqa cür desək, bəzən bunun üçün nazirliyin qərarı kifayət edə

biləcəyi  kimi,  bəzən  qanun  tələb  oluna  bilər.  Məsələn,  dövlət  sahibkarlıq  qay-

dasında göstərilən xidməti inhisarçı ictimai xidmətə çevirmək istəsə və  ya bu-

nun üçün sahibkarların əllərində olan vasitələrdən istifadə etməyə məcbur olsa,

bu  barədə  qanun  qəbul  etməlidir.  Lakin  ictimai  xidmətlərdə  inhisarçılıq  həm

müasir bazar iqtisadiyyatı, həm sahibkarlıq azadlığı, həm də sosial dövlət prin -

siplərinə ziddir. Daha uyğun variant budur ki, hər hansı xidmətin icrasını sahib -

karlara tam  gadağan etmədən, xidmətin icrasında müəyyən keyfiyyət standart-

ları  və şərtlər  müəyyən  etməkdir.  Lakin  ictimai  mənafe  tələb  etdiyi  hallarda

xidməti  inhisara  da  almaq  olar.  Məsələn, şəhərdə  avtomobillərin  artması  ilə

bağlı  yaranmış  yol  tıxaçlarının  və  havanın  çirkləndirilməsinin  qarşısını  almaq

məqsədi ilə ictimai nəqliyyatda xırda marşrut avtobuslarından istifadə qadağan

edilə  bilər.  Lakin  anti -inhisar  qanunvericiliyi  və  dünyadaki  inkişaf  ictimai

xidmətlərin icrasında

monopoliyanın

əleyhinədir.

İctimai  xidmətin  qurulması  müәyyәn  təşkilatın qurulmasını  tələb  edir.

Naziriklər bəzi ölkələrdə parlamentin, bəzi ölkələrdə isə icra hakimiyyəti başçı-

sının  qərarı  ilə  yaradıl ır.  Azərbaycanda  nazirliklər  və  aşağı  instansiyalar,  bir

qayda  olaraq,  prezidentin  fərmanı  ilə  qurulduğuna  görə,  ictimai  xidməti  icra

edəcək administrativ vahidlər də idarəetmə orqanlarının aktı ilə yaradılır. Amma

bu, o demək deyil ki, xidməti icra edəcək administrativ orqanın qurulması par-

lament aktı ilə mümkün deyil. Məsələn, Konstitusiyanın 94 -cü maddəsinə görə,

rabitə və nəqliyyat işi (bunlar da ictimai xidmətdir) ilə bağlı parlament ümümi

qayda qəbul edə bilər, bu qaydada eyni zamanda həm xidmətin əs asları, həm də

əlaqədar  administrativ  təşkilatın qurulması  nəzərdə  tutula bilər;  lakin  qanunlar

konkret orqan göstərmir və “müvafiq icra hakimiyyəti orqanı” terminini işlədir;

bu orqanın konkret hansı orqan olacağı isə Fərman ilə müəyyən edilir.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə