Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Административное  право Российской



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə74/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   789
inzibati-huquq

Административное  право Российской

Федерации,

«Зерцало», Москва, 1997, с. 18.




İnzibati hüquq

13

ən üstündə yer alır.

Birincisi,  Nazirlər  Kabinetini inzibati  orqanların  xaricində düşünmək

mümkün deyil.  Nazirlər Kabinetinə daxil olan nazirliklər və komitələr müvafiq

ictimai  xidmətləri  icra  edən  idarəetmə  orqanlarını  təşkil  edir.  Mərkəzi

administrasiya təşkilatının icra etdiyi və milli ictimai xidmətlər adlan dırılan bu

xidmətlər

18

,  bir  qayda  olaraq,  nazirliklər şəklində  təşkil  edilir.  Nazirlər  isə  bu



xidmətlərin  ən  yüksək  vəzifəli şəxsləridir.  Konstitusiyanın  119 -cu  maddəsi

nəzərə  alınsa,  görünər  ki,  NK -nın  bu  maddədə  göstərilən  səlahiyyətləri  siyasi

deyil, idarəetmə  fəaliyyətinə  aiddir.  Göründüyü  kimi,  Konstitusiyadaki  “icra

hakimiyyəti”  termini  bəzi  hallarda  dövlətin  ali  idarəetmə  orqanı  mənasına

gəldiyi halda, bəzi hallarda ümumi mənada idarəetmə orqanlarını ifadə edir.

NK  başçısı  olan  Baş  Naziri  də  orqanik mənada “administrasiya”dan  ayırmaq

olmaz. Birincisi, Baş Nazirə tabe olan administrasiyalarla (idarələr, şöbələr) yanaşı,

Nazirlər Kabineti yanında çeşidli komitələr və komissiyalar var.

Prezidentin özü birbaşa hər hansı ictimai  xidməti icra etməsə də, onl arın ən

yüksək  təşkilatçısı  və  nəzarətçisidir.  Buna  görə  onu  da  “administrasiya”dan

ayırmaq  mümkün  deyil.  Nazirlər  Kabinetinin  iclaslarına  onun  başçılıq  etməsi

bunu bir daha sübut edir. Üstəlik, bu xüsusiyyət təkcə prezident rejimi ilə idarə

olunan ölkələrə xas deyil. Parlamentar rejimlə idarə olunan ölkələrdə də dövlət

başçısı  NK  yaradılması  və  nazirlərin  vəzifələrindən  azad  edilməsi,  qanunların

imzalanması,  yüksək  vəzifəli şəxslərin vəzifəyə təyin olunması, bəzi ölkələrdə

müəyyən  dərəcədə  administrativ  nəzarəti  həyata  keçirməsi  ilə  bağlı

“administrasiya”nın tərkibində yer alır.

Xülasə,  orqanik  mənada  administrasiya,  geniş  mənada  dövlətin  icra  haki -

miyyəti  orqanları  ilə  eyniləşir,  lakin  ondan  daha  geniş  anlayış  olaraq  ortaya

çıxır,  çünki  ümumi  inzibati  orqanlar  toplusuna  habelə  bələdiyyələr  və  digər

ümumi hüquq şəxsləri aid olur.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə