Fərhad Mehdiyev
504
Dövlət qulluqçusu qa nunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər (əməllərində inzibati xəta ya
da cinayət tərkibi varsa).
Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Lakin təqsir varsa, bir
qayda olaraq bu zərəri dövlət ödəyəcəkdir. Bundan sonra isə dövlət ona qarşı
reqress hüququndan istifadə edəcəkdir.
Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin
əvəzi,
sosial dövlət prinsipi tələb etdikdə və təqsirsiz məsuliyyət əsasları
olduqda,
tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl
etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları
törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam
məsuliyyətinə cəlb olunur.
Dövlət qulluqçusu hərəkətlərinin qanuniliyinə cavabdehdir. Iyerarxiya
qaydasında olsa belə, verilən hər göstərişi yerinə yetirməməlidir. Əgər
qanunsuz göstəriş verilibsə, və qanunsuzluq aşkar dərəcədə olsa, məmur bunu
ümumiyyətlə yerinə yetirməli deyildir. Lakin qanunsuzluğu şübhəli olan
göstərişlərə qarşılaşan məmur, rəhbə r işçinin göstərişini qanunsuz sayarsa, o
əvvəlcə buna etiraz etməli (həm öz rəisinə, həm də bir yuxarıdaki pilləyə),
bundan sonra “rəis” göstərişini qüvvədə saxlasa və ondan yuxarı vəzifəli rəhbər
həmin göstərişi ləğv etməsə, dövlət qulluqçusu məsuliyyətd ən azad olunur
(olunmalıdır).
|