İnzibati hüquq
505
II. BƏLƏDİYYƏ QULLUĞU
A. BƏLƏDİYYƏ QULLUĞU
İctimai idarəetmənin bir digər şəkli də yerli özünüidarəetmə orqanlarıdır.
Yerli özünüidarəetmə orqanları, dövlətin sərhədləri daxilində yaşayan kiçik və
böyük icmaların (kənd, qəsəbə, şəhər) ortaq və yerli xarakterli tələbatlarını
ödəmək məqsədi ilə ölkənin qanunvericiliyinə əsasən formalaşdırılan
konstitusion quruluşlardır. Bu anlayış “Avropanın Yerli Özünüidarəetmə
Haqqında Xartiyasinın” 3-cü maddəsində aşağıdakı kimi verilmişd ir : “Yerli
özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində,
məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi naminə dövlət
işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real
bacarığı başa düşülür.”
868
Yuxarıda verilmiş yerli özünüidarəetmə haqqındakı tərifləri təhlil etdiyimiz
zaman, yerli özünüidarəetmə orqanlarının əsasən, əhalinin ictimai tələbatlarının
ödəyən qurum olduqları anlaşılır. İctimai tələbatların ödənilməsində həm
mətkəzi administrasiya, həm də yeri özünüidarəetmələr aparıcı mövqe tuta
bilər. Bu, ölkədən ölkəyə fərq göstərə bilər. Məsələn Avropada bələdiyyələr bu
sahədə daha aktivdir. Dövlət əhalinin ictimai tələbatlarının ödənilməsini
müxtəlif mexanizmlər vasitəsilə həyata keçirə bilər . Fikrimizcə, əsas məsələ bu
tələbatları ödəyərkən ölkənin iqtisadi potensialından maksimum dərəcədə
səmərəli istifadə olunmasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hər
bir ölkənin, regionun, ərazinin iqtisadi imkanlarından səmərəli istifadə edilməsi
və sosial-iqtisadi inkişafın, əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət
idarəetmə orqanları ilə yanaşı yerli özünüidarəetmə orqanlarının da səmərəli
fəaliyyəti vacibdir. Bu baxımdan da əhaliyə səmərəli ictimai xidmətlətin
göstərilməsi üçün dövlət qulluğu ilə yanaşı bələdiyyə qulluğunun da inkişafı
vacibdir.
Ölkəmizdə coğrafi yerli özünüidarəetmənin yeganə forması bələdiyyədir.
“Bələdiyyələrin statusu haqqında qanuna” əsasən bələdiyyə - qanunla müəyyən
edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır.
Bələdiyyə qulluğu ilə bağlı münasibətlər və Azərbaycan Respublikasında
bələdiyyə qulluqçularının hüquqi vəziyyəti 28 dekabr 1999 -cu ildə qüvvəyə
minmiş “Bələdiyyə qulluğu haqqında” Qanun, Azərbaycan Respublikasının
868
Bələdiyyələr Haqqında Sənədlər Toplusu, Bakı -Qanun, 2007, s.18.
|