VEGANLI S.T.. HACIYEV E. M.
adasında və hətta Hind okeanının Sokotra adasında da tikilmişdir. Tarixi
məlumatlara görə, şumerlərin Hindistanla əlaqələri var idi. Oradan şumer
şəhərlərinə düyü, pambıq, meşə ləvazimatı, zinyət əşyaları daxil olurdu.
Şumerlərin silindrə bənzər möhürləri Hindistanda tapılmışdır (M.B. So-
kolova. Turizmin tarixi, M. 2002). Şumerlərin möhürlərində Hindistanda
yaşayan heyvanların şəkillərinə rast gəlmək olurdu. Hind alimi Ş.R. Rao
təsdiq edir ki, bu vaxta kimi Hindistanın Xal gölündə
şumerlərə məxsus olan
qayıqlar üzməkdə davam edir.
Ərəbistan yarımadasından (Omandan) Mesopotamiyaya mis və inşaat
materialları daxil olurdu. Şumerlərin gəmiləri Omana yaxınlaşırdı. Omanda
mis yataqları olan hündür və uzaqdan görünən bir dağ vardı.
Şumer gəmiləri
Omana yaxınlaşanda bu dağdan orientir kimi istifadə edirdilər.
Mesopotamiyada ilk vahid dövlət e.ə. XXIV əsrdə «Dahi» Saraqon
tərəfindən yaranmışdır. O, qədim dövrün ən məşhur işğalçılarından biri idi.
O, şəxsən 34 müharibədə iştirak etmişdir. Onu tarixdə «döyüşlər padşahı»
adlandırırdılar. Saraqon Aralıq dənizindən Kaspiy dənizinə qədər uzanan
yollara nəzarət edən Şumer dövləti yaratmışdır. Onun böyük məkanda
yaratdığı qüdrətli dövlət ticarət 'yollarına nəzarət edirdi və bu yolların
təhlükəsizliyinin zəmanətçisi idi. Saraqon dövründə tərtib olunmuş xəritələr
və planlar Yaxın Şərqin coğrafiyasını öyrənən ilk materiallar idi. Saraqon
özü daim hərbi səfərlətdə iştirak edərdi. Sonralar şumerlərin yaratdığı dövlət
farslara qarşı müharibədə məğlub oldu.
Qədim Mesopotamiyanın tarixi ilk insan sivilizasiyasının başlanması ilə
bağlıdır. İlk yazılı sənədlər şumerlərə məxsusdur. Bu yazılar 6 min il bundan
əvvəl yaranmışdır.
Qədim Mesopotamiya - çox gözəl və unikal bir ölkə olmuşdur. İlk insan
sivilizasiyası Yaxın Şərqdə, məhz burada yaranmışdır. 100 illər sonra
yaranan Misir sivilizasiyası çox şeyi - mədəniy>'əti, arxitekturanı,
texnologiyanı. yazmağı, hətta allaha itaəti də şumerlərdən öyrənmişdilər.
Mesopotamiyada metalqayırma geniş inkişaf etmişdir. Burada ilk dəfə
şəhər salma mədəniyyəti əmələ gəlmiş və monumental memarlıq abidələri
tikilmişdir. Bu ölkədə ilk dəfə olaraq sənətkarlıq meydana gəlmiş və təqvim
tərtib olunmuşdur. İlk dəfə bitkiçilik və çöl heyvanlarının əhliləşdirilməsi və
onlardan istifadə olunması yaranmışdır. Şumer dövlətinin strukturu yaranmış
və ilk səyahətlərin təməl daşı qoyulmuşdur. İlk əlifba 6 min il bundan əvvəl
yaranmış və tarixi əsər - «Qilgames» əfsanəsi yazılmışdır. Burada >azılan ilk
əsərlərin nümunələri Yunanıstana və Misirə gəlib çalmışdır.
18