YEGANU S.T.. HACrS EV E. M.
Yeddinci hisss turizmin təşkilində qanunvericiliyə həsr olunmuşdur.
Burada hüquq təminatının turizmin inkişafına təsiri araşdırılır, turizm
sahəsində Azərbaycan qanunvericiliyi qiymətləndiriliri Ölkələr üzrə turist
formallıqlanmn müxtəlifliyi turistlərin sərbəst axınlarında ciddi problemlər
yaradır. Dünya üzrə vahid turist qanunvericiliyinin yaradılması beynəlxalq
turizmin inkişafına yardımçı ola bilərdiJ'MDB məkanında vahid turizm
qanunvericiliyinin yaradılması məsələsi araşdırılır. Azərbaycanda turizmin
hüquq təminatı dövlətin hazırladığı Qanunlar və «Mülki Məcəllə» əsasında
təmin olunur.
Dərslikdə Azərbaycan və xarici ölkə müəlliflərinin əsərlərindən,
jurnallardan, dövriyyə informasiya-reklam materiallarından, Azərbaycan və
Rusiya qanunvericilik sənədlərindən istifadə olunmuşdur. İstinad edilən və adı
çəkilən bütün müəlliflərə öz minnətdarlığımızı bildiririk. Dərsliyin əsas
məqsədi tələbələrə və turizmi dərindən öyrənmək istəyənlərə yardımçı
olmaqdır.
Dərslik; Azərbaycanın Ali məktəblərində turizm sahəsində müəlliflərin
oxuduğu mühazirələr əsasında tərtib olunmuş və heç də turizmin bütün
problemlərini əhatə etmir. Tədris proqramlan çərçivəsində öyrənilən
problemləri dərindən araşdırmaq mümkün olmamışdır. Başqa bir çətinlik
turizm sahəsində öz dilimizdə terminologiyamn inkişaf etməməsidir. Ana
dilimizdə bu cür dərslik birinci dəfə nəşr olunduğu
üçün nöqsanlardan da azad
deyil. Odur ki, dərslik haqqında fikir və iradlanm söyləyən tələbkar oxucular,
dərsliyin təkmilləşməsinə kömək etmiş olardılar.
YEGANIJ S.T.. HAC!YE\’ E. M.
Herodot e.ə. təxminən 484-cü ildə Kiçik Asiyanın Qalikarnas şəhərində
anadan olmuşdur. Siyasi mübarizədə iştirak etdiyinə görə cavan yaşında ölkəni
tərk etməyə məcbur olmuş və uzaq ölkələrə səyahətə çıxmışdır (onun hansı
vəsaitlə müxtəlif ölkələri gəzməyi məlum deyil). Herodot öz əsərlərində
göstərdiyi kimi, Kaspiy dənizində gəmi ilə səyahət etmiş, çox güman ki,
Bakıda olmuş və Kaspiy dənizinin xəritəsini yaratmışdır (Sey- ran Vəliyev.
Qədim, qədim Azərbaycan, səh. 46, 1987). Herodotun
səyahətləri on il davam
etmişdir. O, bu səyahətlərdən əldə etdiyi təəssüratları yazıb toplayaraq 10
cildlik kitab halında nəşr etdirmişdir. Olduqca diqqətli səyahətçi olan Herodot
səyahət zamanı gördüklərini və eşitdiklərini dəqiqliklə öz əsərlərində qeyd
etmişdir. Onun əsərləri külli nüqdardä coğrafiya, tarix, etnoqrafiya və
təbiətşünaslıq sahəsində dəqiq elmi məlumatlarla zəngindir. Yorulmaq
bilməyən böyük səyahətçi Herodot Yunanıstamn bir nömrəli turisti hesab
olunurdu. Bu haqda dəqiq tarixi məlumatlar bizim zəmanəmizə qədər gəlib
çatmışdır.
İlk səyahətlərə Qədim Misir fironlarının padşahlığı dövründə, eramızdan
əvvəl VI-IV minilliklərdə hakim dairələrin tez-tez yaşadığı yerləri dəyişib
səyahətlərə çıxmaqlannı aid etmək olar. Misir papirusları təsdiq edirlər ki,
qədim misirlilər uzaq məsafələrə səyahət edərdilər. Məsələn, 6 min il bundan
əvvəl Misir hərbi sərkərdəsi Urdudu, Assa padşahımn dövründə, uzaq Punta
ölkəsinə səyahət etmişdir (alimlər guman edirlər ki, bu ölkə müasir Somali
dövlətidir). Punta ölkəsinə səyahətə çıxanlar gedib qayıtmaq üçün 2000 km
məsafə qət edirdilər. Sonrakı minilliklərdə misirlilər xır fironlar dinastiyası
dövründə Nil çayının yuxarılarına ekspedisiyalar göndərirdilər.
Qədim çinlilər nəinki Çinin daxilində səyahət edirdilər, hətta gəmilərlə
üzə-üzə Sakit okeana çıxa bilirdilər. Eramızdan çox-çox əvvəl onlar Çinin
xəritəsini hazırlamışdılar. Kompası da məhz ilk dəfə Çinlilər icad etmişdilər.
Onlar Çinin daxili çaylarında rahat üzürdülər.
Qədim dövrün ilk dəıdz səyahətləri finikiyalılara aiddir. Onlarda
gəmiqayırma çox inkişaf etmişdir. Onların yüngül, dəyanətli gəmiləri çox
sürətlə hərəkət edərdi, asanlıqla dənizləri üzə-üzə Atlantik okeanına çıxardılar.
İngiltərəyə səfər edən finikiyalılar bu ölkəni «qalay ölkəsi» adlandırırdılar.
l'əəssüf ki. finikiyalıların səyahətlərinin təsnifatı və coğrafi ixtiraları.
mədəniyyəti və tarixi abidələri bizə gəlib çatmamışdır. Min ildən sonra
cəmi\yətdə onların Afrika ətrafındakı səyahətlərini təkrar etmək ehtiyacı
yaranmışdır. Buna baxmayaraq, finikiyalıların coğrafi kəşfləri çox böyükdür.
Onlar dünyanın iki qitəsinə ad vermişdilər. Bu qitələr Avropa və Asi\a
qitələridir. Einikiyalılar uzaq ölkələrə səyahət zamanı müxtəlif