Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

YEGANU S.T.. HACrS EV E. M. 
Yeddinci  hisss  turizmin  təşkilində  qanunvericiliyə  həsr  olunmuşdur. 
Burada  hüquq  təminatının  turizmin  inkişafına  təsiri  araşdırılır,  turizm 
sahəsində  Azərbaycan  qanunvericiliyi  qiymətləndiriliri  Ölkələr  üzrə  turist 
formallıqlanmn  müxtəlifliyi  turistlərin  sərbəst  axınlarında  ciddi  problemlər 
yaradır.  Dünya  üzrə  vahid  turist  qanunvericiliyinin  yaradılması  beynəlxalq 
turizmin  inkişafına  yardımçı  ola  bilərdiJ'MDB  məkanında  vahid  turizm 
qanunvericiliyinin  yaradılması  məsələsi  araşdırılır.  Azərbaycanda  turizmin 
hüquq  təminatı  dövlətin  hazırladığı  Qanunlar  və  «Mülki  Məcəllə»  əsasında 
təmin olunur. 
Dərslikdə  Azərbaycan  və  xarici  ölkə  müəlliflərinin  əsərlərindən, 
jurnallardan,  dövriyyə  informasiya-reklam  materiallarından,  Azərbaycan  və 
Rusiya qanunvericilik sənədlərindən istifadə olunmuşdur. İstinad edilən və adı 
çəkilən  bütün  müəlliflərə  öz  minnətdarlığımızı  bildiririk.  Dərsliyin  əsas 
məqsədi  tələbələrə  və  turizmi  dərindən  öyrənmək  istəyənlərə  yardımçı 
olmaqdır. 
Dərslik;  Azərbaycanın  Ali  məktəblərində  turizm  sahəsində  müəlliflərin 
oxuduğu  mühazirələr  əsasında  tərtib  olunmuş  və  heç  də  turizmin  bütün 
problemlərini  əhatə  etmir.  Tədris  proqramlan  çərçivəsində  öyrənilən 
problemləri  dərindən  araşdırmaq  mümkün  olmamışdır.  Başqa  bir  çətinlik 
turizm  sahəsində  öz  dilimizdə  terminologiyamn  inkişaf  etməməsidir.  Ana 
dilimizdə bu cür dərslik birinci dəfə nəşr olunduğu üçün nöqsanlardan da azad 
deyil. Odur ki, dərslik haqqında fikir və iradlanm söyləyən tələbkar oxucular, 
dərsliyin təkmilləşməsinə kömək etmiş olardılar. 


T   U R İ Z M  
BİRİNCİ HİSSƏ 
TURİZMİN TARİXİ 
I FƏSİL 
U. İLKİN SƏYAHƏTLƏRİN YARANMA TARİXİ 
Hər bir elmin tarixi olduğu kimi, turizmin də öz tarixi var. Turizmin tarixi 
qədimdən  başlayır,  lakin  hansı  əsrdən  başlanması  məlum  deyil.  Turizmin 
yaranması insanların qəbilə şəklində yaşaması və ilk insan sivilizasiyalarının 
əmələ  gəlməsi  ilə  əlaqədardır.  Minilliklərdən  bəri  insanlar  böyük  çətinliklər 
çərçivəsində  yaşamaq  uğrunda  ölüm-dirim  mübarizəsini  aparmış,  bu  yolda 
çoxlu  qurbanlar  vermiş  və  nəhayət,  öz  ilkin  mədəniyyətini  yaratmışdır.  Daş 
dövründən bizə miras qalan qayalar üstündə rəsmlər, qədim dövrün arxeoloji 
tapıntılan buna əyani sübutdur. 
Səyahətlər və yerdəyişmələr insanları tarix boyu müşahidə etmişdir. İnsan 
cəmiyyəti təkmilləşdikcə səyahətlər də dəyişmişdir. Daim sıxıntılar içərisində 
olan insanlar qədim zamanlardan uzun məsafələri ayaqla qət etməyə məhkum 
olmuşlar. Bu insanların təbiətə çox bağlı olması, mürəkkəb hallarda belə sıx 
meşələrdən, dərələrdən, çaylardan, dənizlərdən yol tapıb xilas olmaları müasir 
insanlan  çox  təəccübləndirir.  Səyahət  zamanı  insanlar  sığınacaq  üçün 
mağaralar  axtanb  tapmış,  yaşayış  yerlərinə  cığırlar  salmış,  hərəkət  vasitələri 
yaratmış, bunların hamısını təkmilləşdirmiş, bütün Planeti öyrənmiş və özünə 
tabe etmişdir. 
Turizm  müxtəlif  insan  sivilizasiyalarının  yaranmasmda  və  inkişafında 
mühüm rol oynamışdır. Beş min il bundan əvvəl dünyanın müxtəlif yerlərində - 
Çində, Hindistanda, Yaxın Şərqdə, Yunanıstanda insan sivilizasiyaları əmələ 
gəlmişdir. İnsanlar ölkələr arası səyahətlərə çıxmış, iqtisadi əlaqələr yaratmış 
və ideya mübadiləsi aparmışlar. O dövrün qabaqcıl ideyalarını yayan alimlər və 
məşhur  səyyahlar  formalaşmışdır.  Herodotun,  Strabonun,  Aristotelin, 
Pifaqorun, Demokritin, Platonun və başqa alimlərin elmi mübadilələri Avropa 
sivilizasiyasının  yaranmasına  səbəb  olmuşdur.  Öz  səyahətləri  vasitəsi  ilə 
dünyanı dərk eUnəyə çalışan, «tarixin atası» adlanan Herodot və Strabon çoxlu 
əsərlər  yazmışlar,  tarix,  coğrafiya,  etnoqrafiya.  antrapologiya  kiılıi  elmlərin 
əsasını qoymuşlar. 
Misirin  Aleksandriya  şəhərində  eramızdan  əvvəl  birinci  minilliyin 
ortalarında  (ellinizm  dövründə)  turizmin  Museyon  adlı  Elmi  Mərkəzi 
yaradılmışdır. Həmin Mərkəzdə dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzdən 
artıq məşhur alim fəali> yət göstərmişdir. O cümlədən Herodot da bu Mərkəzdə 
fəaliyyət göstərmişdir. 


YEGANIJ S.T.. HAC!YE\’ E. M. 
Herodot e.ə. təxminən 484-cü ildə Kiçik Asiyanın Qalikarnas şəhərində 
anadan olmuşdur. Siyasi mübarizədə iştirak etdiyinə görə cavan yaşında ölkəni 
tərk  etməyə  məcbur  olmuş  və  uzaq  ölkələrə  səyahətə  çıxmışdır  (onun  hansı 
vəsaitlə  müxtəlif  ölkələri  gəzməyi  məlum  deyil).  Herodot  öz  əsərlərində 
göstərdiyi  kimi,  Kaspiy  dənizində  gəmi  ilə  səyahət  etmiş,  çox  güman  ki, 
Bakıda  olmuş  və  Kaspiy  dənizinin  xəritəsini  yaratmışdır  (Sey-  ran  Vəliyev. 
Qədim, qədim Azərbaycan, səh. 46, 1987). Herodotun səyahətləri on il davam 
etmişdir.  O,  bu  səyahətlərdən  əldə  etdiyi  təəssüratları  yazıb  toplayaraq  10 
cildlik kitab halında nəşr etdirmişdir. Olduqca diqqətli səyahətçi olan Herodot 
səyahət  zamanı  gördüklərini  və  eşitdiklərini  dəqiqliklə  öz  əsərlərində  qeyd 
etmişdir.  Onun  əsərləri  külli  nüqdardä  coğrafiya,  tarix,  etnoqrafiya  və 
təbiətşünaslıq  sahəsində  dəqiq  elmi  məlumatlarla  zəngindir.  Yorulmaq 
bilməyən  böyük  səyahətçi  Herodot  Yunanıstamn  bir  nömrəli  turisti  hesab 
olunurdu.  Bu  haqda  dəqiq  tarixi  məlumatlar  bizim  zəmanəmizə  qədər  gəlib 
çatmışdır. 
İlk səyahətlərə Qədim Misir fironlarının padşahlığı dövründə, eramızdan 
əvvəl  VI-IV  minilliklərdə  hakim  dairələrin  tez-tez  yaşadığı  yerləri  dəyişib 
səyahətlərə  çıxmaqlannı  aid  etmək  olar.  Misir  papirusları  təsdiq  edirlər  ki, 
qədim misirlilər uzaq məsafələrə səyahət edərdilər. Məsələn, 6 min il bundan 
əvvəl Misir hərbi sərkərdəsi Urdudu, Assa padşahımn dövründə, uzaq Punta 
ölkəsinə  səyahət  etmişdir  (alimlər  guman  edirlər  ki,  bu  ölkə  müasir  Somali 
dövlətidir).  Punta  ölkəsinə  səyahətə  çıxanlar  gedib  qayıtmaq  üçün  2000  km 
məsafə  qət  edirdilər.  Sonrakı  minilliklərdə  misirlilər  xır  fironlar  dinastiyası 
dövründə Nil çayının yuxarılarına ekspedisiyalar göndərirdilər. 
Qədim  çinlilər nəinki  Çinin  daxilində  səyahət  edirdilər,  hətta  gəmilərlə 
üzə-üzə  Sakit  okeana  çıxa  bilirdilər.  Eramızdan  çox-çox  əvvəl  onlar  Çinin 
xəritəsini hazırlamışdılar. Kompası da məhz ilk dəfə Çinlilər icad etmişdilər. 
Onlar Çinin daxili çaylarında rahat üzürdülər. 
Qədim  dövrün  ilk  dəıdz  səyahətləri  finikiyalılara  aiddir.  Onlarda 
gəmiqayırma  çox  inkişaf  etmişdir.  Onların  yüngül,  dəyanətli  gəmiləri  çox 
sürətlə hərəkət edərdi, asanlıqla dənizləri üzə-üzə Atlantik okeanına çıxardılar. 
İngiltərəyə  səfər  edən  finikiyalılar  bu  ölkəni  «qalay  ölkəsi»  adlandırırdılar. 
l'əəssüf  ki.  finikiyalıların  səyahətlərinin  təsnifatı  və  coğrafi  ixtiraları. 
mədəniyyəti  və  tarixi  abidələri  bizə  gəlib  çatmamışdır.  Min  ildən  sonra 
cəmi\yətdə  onların  Afrika  ətrafındakı  səyahətlərini  təkrar  etmək  ehtiyacı 
yaranmışdır. Buna baxmayaraq, finikiyalıların coğrafi kəşfləri çox böyükdür. 
Onlar  dünyanın  iki  qitəsinə  ad  vermişdilər.  Bu  qitələr  Avropa  və  Asi\a 
qitələridir. Einikiyalılar uzaq ölkələrə səyahət zamanı müxtəlif 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə