Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

T U R İ Z M  
Qeyd olunan iradlar dərsliyin ümumi qiymətinə təsir göstərmir. Əksinə, 
bu dərsliyin hazırlanmasında müəlliflər çoxlu əmək sərf etmişlər və vacib iş 
görmüşlər. Ona görə də, müəlliflərə bu dərsliyin hazırlanmasına görə dərin 
təşəkkürümü bildirirəm və onlara yaradıcılıq sahəsində yeni nailiyyətlər arzu 
edirəm!  Ümid  edirəm  ki,  bu  cür  kitablar  başqa  müəlliflər  tərəfindən  də 
hazırlanacaqdır  və  nəticədə,  ölkəmizdə  turizm  sahəsində  ixtisaslı  kadrların 
yetişməsinə zəmin yaranacaqdır. 
Azerbaycan MEA-ntn həqiqi üzvü 
akademik Budaq Budaqov 
 
J   s .  


VEGANLI S.T.. HACIYEV E. M. 
MÜƏLLIFDƏN
 
Dərsliyi çapa hazırlayanda iki məsələ bizi çox narahat edirdi. Birincisi, 
BMT və ÜTT-nin turizm sahəsində təşkil etdiyi 1980-ci il Manil Dünya Turist 
Konfransının bütün dövlətlərə tövsiyələrinin Azərbaycanda gerçəkləşməsinin 
mümkünlüyü,  ikincisi  isə,  turizmi  sistem  şəklində  öyrənilməsinin 
zəruriliyidir. Hər iki məsələ turizmin təhsilinə həsr olunmuşdur. 
Manil  Konfransı  bəyan  etmişdir  ki,  turizm  sülhü  və  sabitliyi  bərqərar 
edən,  iqtisadi  inkişafa  təkan  verən,  insanların  bir-birini  anlamasının  və 
millətlər arası əlaqələrin inkişafının mənəvi və intellektual əsası olmalıdır. Bu 
ideyanın  gerçəkləşməsi  üçün  Manil  Konfransı  bütün  ölkələrə  tövsiyyə 
etmişdir  ki,  gənclərin  tədris  proqramlanna,  əldə  edəcəkləri  sənətdən  asılı 
olmayaraq, turizmin öyrənilməsi əlavə olunsun. Manil Konfransmın sənədləri 
izah  edir  ki,  turizmin  mənəvi  və  tərbiyəvi  dəyərləri  onun  iqtisadi 
dəyərlərindən üstündür. İnsanların sağlam ruhda formalaşmasında və tərbiyə 
olunmasında turizmin rolu əvəzedilməzdir. 
Digər tərəfdən, insana nə qədər sadə görünsə də, turizmin bütün inkişaf 
qanunlarını  və  xüsusiyyətlərini  dərk  etmək  üçün  onun  sistem  şəklində 
öyrənilməsinin  zəruriliyidir.  Ona  görə  ki,  turistika  elmi  müxtəlif  elmlərin 
(tarix,  coğrafiya,  marketinq,  informasiya,  planlaşdırma,  iqtisadiyyat, 
idarəetmə, hüquq və s.) biri-birinə inteqrasiyası nəticəsində əmələ gəlmişdir. 
Bu iki məsələni nəzərə alaraq tələbkar oxuculanmızın mühakiməsinə sadə 
dildə yazılmış, yeddi hissədən ibarət bu dərs vəsaitini təqdim edirik. 
Birinci hissə turizmin tarixinə həsr olunmuşdur. Bəzi ali və orta turizm 
məktəblərində  saat  azlığına  görə  turizmin  tarixi  öyrənilmir,  bu  da  turizmin 
müasir  inkişafını  dərk  etməyə  və  gənclərin  vətənpərvərlik  ruhunda  tərbiyə 
edilməsində  problemlər  yaradır.  Tarixini  bilməyən  xalq,  özünün  indiki  və 
gələcək  həyatını  da  dərk  edə  bilməz.  Xalqların  tarixi  turizmin  tarixi  ilə  sıx 
əlaqədardır. Bu hissədə turizm və səyahətlərin inkişaf mərhələləri, ərəb, türk 
və  başqa  dünya  xalqlarının  səyahətləri  haqqında  maraqlı  tədqiqatların 
nəticələri verilir. 
İkinci /ım^.\bevnəlxala turizmin coğrafiyası - onun tarixi ilə sıx bağlıdır 
JTarix  boyu  səyahətlər  yeni  coğrafi  kəşflərlə  əlaqədar  olmuşlar.  Ən  böyük 
tarixçilər eyni zamanda coğrafiyaşünaslar olmuşlar. Məsələn, «tarixin atası» 
adlanan  Herodot,  Strabon,  İbn-Batuti,  Hacı  Zeynalabdin  Şirvani  və  başqa 
alimlər  ömürlərinin  çox  hissəsini  səyahətlərdə,  başqa  ölkələri  və  xalqları 
öyrənməkdə  keçirmişlər.  Azərbaycanın  yetişdirdiyi  dünya  üzrə  məşhur 
səyyah Hacı Zeynalabdin Şirvani (1780-1838) coğrafiyaçı və həm də tarixçi 
olmuşdur. O. ömrünün 40 ilini səyahətdə keçirmiş və 60 min km 


T U R İ Z M  
məsafəni fəth etmişdir. İndoneziyanı, Hindistanı, Afrika ölkələrini, Yaxın Şərq 
və Avropa ölkələrini qarış-qarış gəzmişdir. 
(Müasir  beynəlxalq  turist  axınlan  ölkələr  və  regionlar  arası  heç  də  bə- 
rabəFbölünmürlər. Bundan başqa, bu hissədə beynəlxalq turizmin qlobal dünya 
hadisəsinə çevrilməsinin səbəbləri də araşdırılır. Regionlar və ölkələr üzrə turist 
axınlarına  və  beynəlxalq  turizmdən  əldə  olunan  gəlirlərə  qiymət  verilir, 
turizmdə  baş  verən  yeni  struktur  dəyişikliklər  və  təmayüllər  öyrənilir.jBu 
hissədə  turizmin  2020-ci  ilə  qədər  inkişafına  verilən  proqnozlar  dd"ç^ 
maraqlıdır. 
Ücuncu  lüssə  turizmin  inkişaf  siyasətinə  və  planlaşdınlmasına  həsr 
olunmuşdur.(Turizmin inkişafında o zaman müsbət nəticələr əldə etmək olar ki, 
onun siyasəti düzgün aparılsın və elmi  yollarla planlaşdınls^ Səmərəli turizm 
siyasətinin formalaşması bu hissənin özəyini təşkil edir. 
Dördüncü  hissə  turizmin  marketinqinə  həsr  olunmuşdur.  Turizmdə 
marketinqin əsas məqsədi dəyərli və rəqabətli turist məhsulunu yaratmaq, onu 
satmaq və gəlir götürməkdir. Bundan ötrü, turist firması öz işini elə qurmalıdır 
ki,  onun  gördüyü  tədbirlər  səmərəli  olsun  və  maksimum  xeyir  versin.  Əsas 
məqsəd  rekreasiya  sahəsində  tələbat  yaratmaq,  turist  bazarını  seqmentlərə 
bölmək,  assortimentli  və  keyfiyyətli  turist  məhsulu  hazırlamaq  və  alıcıların 
turist məhsuluna olan ehtiyaclarım ödəməkdir. 
Beşinci  hissə  turizmin  reklam-informasiya  təminatına  həsr  olunmuşdur. 
Turizmdə  reklam  turist  məhsulunu  hərəkətə  gətirmək  üçün  turist 
kompaniyasının  marketinq  fəaliyyətinin  yerinə  yetirilməsidir.  Reklam  -- 
məhsul haqqında cəmiyyətə verilən məlumatlardır. Bu məlumatların məqsədi 
insanlarda məhsulu almaq üçün inam yaratmaqdır. Reklamsız turizmin inkişafı 
mümkün  deyil.  Turizmdə  reklam  turoperatorun  və  turagentin  fəaliyyətini 
tənzimləyir, turizmin imicini yaradır. Reklamın müxtəlif növləri, o cümlədən 
sərgi-ekspozisiya  təşkili,  turist  məhsulunu  xarici  bazarlarda  hərəkətə  gətirən 
tədbirləri bu hissədə öz əksini tapmışdır. 
Altıncı  hissə  turizmin  menecmentinə  həsr  olunmuşdur.  Turizmin 
menecmenti  -  turizmin  idarə  olunması  deməkdir.  Sovet  dövründə  turizm 
həmkarlar  təşkilatı  tərəfindən  idarə  olunurdu,  həmkarlar  təşkilatı  və  dövlət 
tərəfindən maliyyələşdirilirdi. Turizmin azad bazar şəraitində idarə olunması, 
sovet  idarə  üsulundan  önəmli  dərəcədə  fərqlənir.  Turizm  menecmentinin 
məqsədi azad bazar şəraitində fəaliyyət göstərən müstəqil turizm müəssisəsinə 
bacarıqla rəhbərlik etməkdir. Bu rəhbərlik elə olmalıdır ki. firmanın fəaliyyəti 
səmərəli  olsun.  Söhbət  firma  rəhbərinin  (menecerin)  kollektivə  idarəetmə 
təsirindən gedir. Bu rəhbərlik turist firmasının iş fəaliyyətini optimallaşdırmalı 
və firmaya yaxşı gəlir gətirməlidir. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə