Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

 
T U R İ Z M  
xalqların  danışığını  öz  əlifbalarında  yaza  bilirdilər.  Onlar  ilk  dəfə  qədim 
ieroqlif işarələrini alfavit hərfləri ilə əvəz etmişdilər. Bu hərflərin hər birinin 
ieroqliflərdən fərqli olaraq səslənməsi var idi. Finikiyanın Afrikanın Şimalında 
yaratdığı  qüdrətli  Karfagen  dövləti  cəsarətli  dəniz  səyahətlərini  və  «yeni» 
torpaqların kəşf edilməsini davam etdirdi. 
1.2.
 
TURİZM TARİXİNİN ÖYRƏNİLMƏSİNİN ƏSAS MƏQSƏDİ 
Hansı  məqsədlə  biz  turizmin  tarixini  öyrənirik?  Hər  hansı  bir  elmin 
tarixinin öyrənilməsi onun indiki vəziyyətini və gələcək inkişafını dərk etmək 
üçün çox vacibdir. Keçmişin elmi nailiyyətlərini, buraxılan səhvləri bilmədən 
turizm  elminin  inkişaf  istiqamətlərini  təyin  etmək,  çətin  və  mürəkkəb 
problemlərini araşdırmaq mümkün deyil. 
Turizm  elmi  müxtəlif  elmlərin  sintezi  nəticəsində  əmələ  gəlmişdir. 
Turizmin  coğrafiyası,  tarixi,  iqtisadiyyatı,  turizmin  hüququ  kimi  fənlərə 
inteqrasiya  olunmuş  və  bu  elmlərlə  sıx  bağlıdır.  Bunlardan  başqa,  turizmin 
idarə olunması (menecmenti), marketinqi, informasiya texnologiyası, turizmin 
təşkili,  statistikası,  turizmin  marşrutlan  və  s.  ayn-ayn  fənlər  kimi  öyrənilir. 
Bütün bu fənlərin tədricən öyrənilməsi turizm kimi mürəkkəb prosesə aydınlıq 
gətirir. 
Turizmin tarixini öyrənərkən iki anlayışın mənasını dəqiqləşdirmək çox 
vacibdir:  turizm  və  səyahət  (turizm  -et-travel).  Turizm  -  səyahət,  gəzinti  və 
əyləncə deməkdir. Bu iki termin biri-birilə bağlı və biri-birini tamamlayır. Bu 
sözlərin mənası - istirahət, əyləncə, idman, ətraf mühitlə, tarixi və memarlıq 
abidələri  ilə,  xalqlann  adət  və  ənənələri  ilə  tanışlıqdır.  Bu  anlayışların 
tərkibində insanların yaşadığı yeri tərk etmək, başqa şəhər və ölkələrə getmək
o  yerlərdəki  yeniliklərlə  tanış  olmaq  kimi  ünsürlər  vardır.  Bəs  onda  bu 
anlayışlar nə ilə fərqlənirlər? Turizm - səyahətin xüsusi bir halıdır. 
Səyahət - daha qədim anlayışdır, səfər ərəfəsində məkan və zamanda heç 
bir məhdudiyyəti yoxdur. Müasir turist səfərləri isə qısa müddətli olur. 
İlk səyyahlar - zəvvarlar olmuşlar. Onların səyahət zamanı əsas məqsədi 
dini məbədlərlə tanışlıq və dini təbliğ etmək olmuşdur. 
Müasir  dövrün  nəqliyyatı  səfərin  (səyahətin)  qısa  müddətə  təşkil 
olunmasına  imkan  yaradır.  Hələ  qədim  zamanlardan  səyahətlərin  səbəbləri 
dəyişkən  olmuşdur.  İnsan  sivilizasiyası  inkişaf  etdikcə  bu  dəyişkənlik  daha 
aydın görünür. 
I I  


YEGANLl S.T.. HACIYEV E. M. 
1.3.
 
QƏDİM DÖVR SƏYAHƏTLƏRİNİN 
SƏBƏBLƏRİ VƏ ONLARIN 
DƏYİŞKƏNLİYİ 
Qədim  dövrlərdə  səyahətlərin  əsas  səbəbləri  dini  təbliğat,  ətraf  mühit 
haqqında bilikləri artırmaq arzusundan dpğurdu. Zəvvarların ardınca tacirlər. 
səyyahlar  və  sərgüzəşt  axtaranlar  səyahətə  çıxırdılar.  İlk  zamanlar  bu 
səyahətlərin məqsədi, yeni torpaqları kəşf etmək, təbii sərvətlər axtarmaq və 
sonralar  ticarət  əlaqələri  yaratmaq  idi.  İlk  səyahətlər  uzun  sürən,  çətin  və 
təhlükəli  olurdu.  İnsanları  bu  çətinliklərə  dözməyə  məcbur  edən  yaşamaq 
uğrunda mübarizə, əlverişli şərait axtarmaq, yeni torpaqlar zəbt etmək, ticarət 
üçün yeni bazarlar axtarıb tapmaq idi. 
Səyahətlərin sayı çoxaldıqca insanların ətraf mühit haqqında təsəvvürləri 
dəyişir, bilikləri çoxalırdı və nəticədə insanların özləri də dəyişirdilər. Aparılan 
ekspedisiyalar  və  ayrı-ayrı  səyahətlər  tərəfindən  həyata  keçirilən  coğrafi 
kəşflər elmə və gələcəyə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün 
lazımi miqdarda materiallar toplamağa imkan verirdi. Turizm hal-hazırda insan 
həyatında  mühüm  rol  oynayır.  XIX-XX  əsrlərdə  baş  verən  elmi-texniki 
ixtiralar,  xüsusilə  nəqliyyat,  elektrik,  elektronika,  informatika  sahələrində 
insan  sivilizasiyasının  sonrakı  inkişafına  təkan  vermiş  və  turizmin  kütləvi 
formaya çevrilməsinə səbəb olmuşdur. 
Əgər  qədim  zamanlarda  səyahətə  ayrı-ayrı,  varlı  adamlar  çıxırdılarsa, 
müasir  dövrdə  Yer  kürəsinin  əhalisinin 
'/3
 
hissəsi  turizm  səfərlərində  iştirak 
edirlər. Turizm səfərlərinin səbəbləri də artıq dəyişmişdir. Beynəlxalq turizm 
artıq yüksək gəlir gətirən bir sahəyə çevrilmişdir. Turizm səfərlərində əvvəlki 
səbəblərin çox hissəsi qalmış olsa da. artıq onlar başqa xüsusiyyətlər daşıyırlar. 
Əgər  qədim  zamanlarda  səyyahlar  tez-tez  möcüzələrlə  rastlaşıb 
təəccüblənirdilərsə,  müasir  turistləri  heç  nə  təəccübləndirmir.  Ona  görə  ki, 
onların  səyahətlərinin  səbəbləri  artıq  dəyişmişdir.  Bu  səbəblər  müxtəlif  ola 
bilər: - əyləncə, istirahət, dini, elmi konfranslar, idman yarışları. biznes, ticarət, 
etnik  qohumlarla  görüşlər,  elmi-texniki  əməkdaşlıq  və  s.  Artıq  turistlər  heç 
nəyə təəccüblənmir, səfərdən həzz alır və aldığı yeni emosiyalardan yeni qüvvə 
toplayır, öz zəifləmiş səhhətlərini bərpa edirlər. 
Turist səfərlərinin səbəblərinin əsas dəyişkənliyi müasir insanların həyat 
tərzinin  dəyişkənliyi  ilə  sıx  bağlıdır.  Bir  tərəfdən  texniki  tərəqqi,  əmək 
formasının  gərginləşməsi,  informasiya  bolluğu.  Yer  əhalisinin  miqdarının 
çoxalması,  və  digər  tərəfdən  təbiətin  ekoloji  gərginliyi  insanları  yorur  və 
səhhətinə  mənfi  təsir  göstərir,  onların  istirahətə  və  əyləncəyə  ehtiyacını 
çoxaldır. Xüsusi ilə əhalisi sıx olan şəhərlərdə yaşayan adamlar təbiəi- 
12 


Tl R İ Z M  
lə qovuşmağa can atırlar. Bu da turistlərin sayının durmadan artmasına səbəb 
olur. 
Öz kökünü qədim zamanlardan götürsə də, turizm XX əsrin II yarısında 
fenomenal bir hadisəyə çevrilmişdir. 
Turizm  xarici  əlaqələrin  vacib  bir  hissəsidir,  o,  ölkələr  arası  siyasi, 
iqtisadi  və  mədəni  əlaqələrin  möhkəmlənməsində  mühüm  rol  oynayır. 
Beynəlxalq turizm sülhün carçısıdır. O, vahid dünya iqtisadiyyatına inteqrasiya 
olunmuş və bir çox ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas yer tutur. 
Beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdı^. Xalqlar arası inam və 
etibar yaradır. İnkişaf etmiş ölkələr, zəif inkişafetmiş ölkələrə kömək edir. Bu 
da, dünyada dağıdıcı müharibələrin qarşısını alır. 
Beləliklə, səyahət və turizm qədim zamanlardan başlayaraq müasir dövrə 
qədər maraqlı və ziddiyyətli bir yol keçmiş və turizmin tarixini yaratmışdır. Bu 
tarixin  öyrənilməsi  müasir  turizmin  inkişaf  təmayüllərini  və  istiqamətlərini 
təyin  etməyə  şərait  yaradır.  Turizmin  tarixi  coğrafi  kəşflərlə,  tarix  boyu 
insanların  apardığı  qanlı  müharibələrlə,  insan  sivilizasiyasının  inkişaf 
mərhələləri ilə sıx bağlıdır. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə