Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   114

YECANLI S.T.. HACIYEV E. M. 
II  Navuxodonosora  padşahının  dövründə  Vavilion  Qədim  Şərqin  ən 
böyük şəhərlərindən birinə çevrilir. Şəhərin bir tərəfində padşahın sarayı, o 
biri tərəfində isə uzunluğu 400 m olan Esaqil məbədi yerləşirdi. Məbədə bir 
başa hündürlüyü 91 m olan 7 mərtəbəli Vavilion qülləsi tikilmişdir. Qüllənin 
üstündə  Marduk  allahının  məbədi  tikilmişdir.  Vavilion  qülləsi  dünyanın 
qədim  möcüzələrindən  biri  hesab  olunurdu.  Mesopotamiyada  yeni 
texnologiya  daim  inkişaf  edirdi.  O  vaxtın  gümüş  və  rəngli  keromika-  dan 
vazalan İraq tarixi muzeylərində saxlanılır. 
2.4.
 
ÇİNDƏ SƏYAHƏTLƏRİN GENİŞLƏNMƏSİ 
Aktiv  yerdəyişmə  (miqrasiya)  Çində  sivilizasiya  yaranmazdan  əvvəl 
başlanmışdır.  Miqrasiya  prosesləri  həm  quruda,  həm  də  su  yollarında  baş 
verirdi.  Tarixi  abidələr  göstərir  ki,  Şandun  və  Lyaodun  yarımadalarının 
Boyxovan  körfəzi  vasitəsi  ilə  hələ  çox  qədim  zamanlardan  (mezolit 
dövründən) dəniz əlaqələri var idi. 
E. ə. II minilliyin ortalarında Qədim Çində Xuanxe çayının sahillərində 
sivilizasiya yaranır. E. ə. II minilliyin axırlarında çinlilər şimalda Amur çayı 
sahillərindən,  cənubda  Hindi-çin  yarımadasının  cənub  sahillərinə  qədər 
səpələnmişdilər. Onlar ölkələrinə yaxın adaların hamısını artıq öyrənmiş və 
mənimsəmişdilər.  E.  ə.  XVII-XII  əsrlərdə  çinlilərin  çoxlu  dəniz  kənarı 
koloniyaları  var  idi.  E.ə.  XI  əsrdə  Çjoy  dinastiyasından  olan  imperatorun 
taxta çıxarılması  mərasimində  ona  gəmi  bağışlamışlar.  E.ə. X  əsrdə  Çində 
coğrafi xəritələr hazırlanır və ksiloqrafik üsulla onları çoxal- dırdılar. 
Dəniz  səyahətləri  Qədim  Çin  həyatının  ayrılmaz  bir  hissəsi  idi.  Bu 
onunla  təsdiq  olunur  ki,  ölkənin  hökmdarı  Si  e.  ə.  VI  əsrdə  altı  ay  sürən 
uzunmüddətli səyahətə çıxmışdır. Bu hal Çində o vaxtkı dəniz səyahətlərinin 
masştabını göstərir. 
Dahi Çin filosofu Konfusiy (e. ə. 551-479 illər) «Lun yuy» traktatında 
yazırdı  ki,  «o.  ağacdan  hazırlanmış  şalanda  da  dənizlərdə  üzmək  istərdi». 
Görünür,  dəniz  səyahətinin  bu  növü  komfortlu  və  maraqlı  olmuşdur. 
Konfusiyin həyatından məlumdur ki. o, 13 il səyahət edən müəllim olmuşdur. 
Onun  ideyası  harmonik  cəmiyyətin  yaradılmasıdır.  Bu  cəmiyyətin  hər  bir 
üzvü öz vəzifəsini şərəflə yerinə yetirir. Onun ideyalarına görə, əgər hər bir 
insan digər insanlara qulluq elmirsə, onda onun allahlara qulluq etməsi heç 
bir xeyir verməz. 
20 


T U R İ Z M  
= =  
Qədim  zamanlarda  ticarət  və  gəzinti  gəmilərindən  başqa,  Çində  hərbi 
gəmilər  də  quraşdırılırdı.  Tarixçi  yazır:  «Buruda  müxtəlif  növdə  gəmilər 
hazırlanır:  böyük  qayıqlar,  kiçik  qayıqlar,  sürətli  abordaj  gəmiləri, 
çoxmərtəbəli freqatlar, nəzarətedici şalandalar və s.». O, eyni zamanda, e.ə. 
485 ildə U və Si padşahlığı arasında baş verən böyük dəniz müharibəsini də 
təsvir edir. O, yazırdı ki, bu padşahlıqlarda nəhəng gəmi pavilionlan var idi. 
Dəniz verflərinin uzunluğu 90 metrə çatırdı. 
Daxili  ticarəti  inkişaf  etdirməkdən  ötrü  e.ə.  VII  əsrdə  Çində  ətraflı 
coğrafi icmallar hazırlanardı. Onlardan biri də Çjanqo eposunda hazırlanmış 
«Yuyqun»dur. «Yuyqun» çaylarda səyahət etmək üçün yol göstəricisidir. 
Çjanqo eposunda dini və elmi turizmin intensivliyi göstərilir. Kahinlər 
yazırdı ki. Penlay. Tançjan. Tncjou adalarında insanın ölməzliyinin səbəbini 
bilən  qoca  müdriklər  yaşayırlar.  O  dövrdən  başlayaraq,  çoxlu  dəniz 
ekspedisiyaları bu sehrli adaların axtarışına gedirdilər. 
E.ə.  IV  əsrdə  Böyük  Çin  divarının  tikilməsinə  başladılar.  Divann 
uzunluğu 2500 km idi. Bundan başqa, 2000 km isə divardan kənara müxtəlif 
ayrılmalar var idi. Böyük Çin divarı ölkənin sərhədlərini qorumaqdan, köçəri 
xalq olan Hunların soyğunçuluğunun qarşısını almaqdan ötrü idi. Böyük Çin 
divarları  turistləri  cəlb  edən  dünya  möcüzələrindən  biri  idi.  Bu  divarların 
üstündə tikilən yola yan-yana qo>aılmuş dörd araba yerləşirdi. 
İmperator  Xan  sülaləsinin  idarə  etdiyi  dövrdə  (e.ə.  III  əsr)  Çində 
səyahətlərin intensivliyi bir xeyli artmışdır. Buna səbəb iki faktor olmuşdur: 
ölkədə  kommunikasiya  üçün  gözəl  yolların  (su  və  quru) salınması  və  ölkə 
daxilində  liberallaşma  siyasətinin  aparılması.  Xan  sülaləsi  dövründə  dəniz 
səyahətlərinin sayı çoxalır. Bir çox cənub ölkələri ilə ticarət və diplomatik 
əlaqələri  yaranır.  Yaponiya  ilə  əlaqələr  Koreya  yarımadasını  keçməklə 
yaranırdı. Hind okeanı ilə Hindistana. Seylona və hətta Sumatraya qədər Çin 
ticarət gəmiləri hərəkət edirdilər. Çinin ənənəvi ticarət malı ipək idi. E.ə. VI 
əsrə  qədər  Çin  ipək  ticarətində  monopoliyanı  öz  əlində  saxlayırdı.  E.ə.  VI 
əsrdə  Vizantiya  imperatoru  Yustinianın  əmri  ilə  din  xadimləri  tut 
baramalarını  Çindən  gizlin  çıxartmışdır.  Bununla  da.  Çinin  ipək 
monopoliyası  sona  çatmışdır.  Ümumiyyətlə.  Çin  qədim  ölkə  kimi  zəngin 
tarixə malikdir. E.ə. II əsrdən başlayaraq onun  qədim səyahətləri haqqında 
yazmağa  başlamışlar.  Bu  cür  səyahətlərdən  biri də  səfir  Cyan-Syanın  Orta 
Asiya ölkələrinə səyahətidir. 
2 1  


VEGAıNLl S.T.. HACIYEV E. M. 
2.5.
 
QÜDRƏTLİ FİNİKİYA DÖVLƏTİNİN CƏSARƏTLİ 
DƏNİZ SƏYAHƏTLƏRİ 
Aralıq  dənizinə  misirlilər  ilk  dəfə  eramızdan  əvvəl  XXVII  əsrdə 
gəmilərlə  üzə-üzə  gəlmişlər.  Onlar  anlamışlar  ki,  su  ilə  (dənizlə)  hərəkət 
etmək quru ilə hərəkətdən çox-çox asandır. Daha sonra onlar Nil çayı ilə 2 
min km yuxarılara qalxmışlar və Qırmızı dənizin sahillərinə çıxmışlar. Afrika 
sahilləri ilə misirlilər Somaliyə qədər dəniz yolunu mənimsəmişlər. Somalidə 
olan  qiymətli  ağac  növlərindən  alınan  qatranları  Misirə  gətirib  gəmiçiliyi 
inkişaf etdirmişdilər. Qədim Misir sivilizasiyası uzun ömür sürmüş və başqa 
ölkələrə yayılmışdır. 
E.  ə.  IV  əsrdə  Misir  Makedoniyalı  İskəndər  tərəfindən  tutulmuş  və 
onların  topladığı  geniş  səyahətlər  təcrübəsi  yunanlar  tərəfindən 
mənimsənilmişdir.  Uzun  illər  misirlilərlə  iqtisadi  əlaqələri  olan  Aralıq 
dənizinin şərq sahillərindəki Sidan, Tir və başqa şəhərlərində məskunlaşan 
finikiyalılar  öz  səyahətləri  haqqında  az  məlumatlar  qoysalar  da,  tarixdən 
yaxşı  məlumdur  ki,  onlar  eramızdan  əvvəl  XII-X  əsrlərdə  yaşamış  və  çox 
qüvvətli dövlət yaratmışlar. 
Finikiyada  misirlilərin  təcrübəsini  mənimsəyərək  yüngül  və  sürətlə 
hərəkət edən gəmilər quraşdırırdılar. Bu inkişaf etmiş ölkə Avropa, Şimali 
Afrika, Qərbi Afrika sahillərini, çoxlu adaları ilk dəfə kəşf etmişlər. Bacarıqlı 
və cəsarətli finikiyalılar həmin dövrdə sahil boyu Aralıq dənizini başdan-başa 
üzüb keçmişlər. Daha sonralar. yəni VII (e.ə.) əsrdən başlayaraq finikiyalılar 
müntəzəm  olaraq  Kanar  adalarına  üzürdülər.  Burada  onlar  şibənin  xüsusi 
növlərindən boyaqlar düzəldirdilər və bu boyaqları şüşə qabların naxışlarında 
istifadə  edirdilər.  Qahirənin  tarix  muzeyindəki  3500-4000  il  tarixi  olan 
vazalann  rəngli  naxışları  Finikiya  ustalarının  əl  işi  olması  dəqiq  məlum 
olmuşdur. 
Finikiyalılar indiki Liviyanın ərazisində yerləşən inkişaf etmiş bir ölkə 
olan Karfagen dövlətinin əsasını qoymuşdular. Onların dəniz səyahətlərinin 
miqyası misirlilərdən daha böyük olmuşdur. Demək olar ki. Afrikanı ilk dəfə 
kəşf edənlər məhz finikiyalılar olmuşlar. Onların Afrika ətRafında dolanaraq 
Qırmızı  dənizə  misli  görünməyən  cəsarətli  səfəri  yal-nız  2  min  il  sonra 
təkrarlanmışdır.  Bundan  başqa,  naməlum  tarixçilərin  yazdığına  görə 
finikiyalılar, birinci olaraq ekvatoru kəsib o biri tərəfə keçmişlər və ilk dəfə 
günorta vaxtı Günəşi Şimalda görmüşlər. Onların bu məlumatlarını, «tarixin 
atası» adlanan Herodot öz yazılarında əks etdirmişdir. 
Finikiyalıların  səyahət  sahəsində  ən  böyük  və  tarixi  ixtirası  araba 
təkərinin ixtirası idi ki. bu da quruda edilən səyahətlərin sürətini artırma- 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə