Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114

VEGANLIS.T.. HACIYEV E. M. 
II
 
FƏSIL
 
2.1
 
TURİZM İNKİSAnNlN TARİXİ MƏRHƏLƏLƏRİ 
Turizmin yaranması və inkişaf tarixini 5 mərhələyə bölmək olar: 
1.
 
I mərhələ - qədim dünya səyahətləri - qədim dövrlərdən V əsrə qədər olan 
dövrü əhatə edir. 
2.
 
II mərhələ - Orta əsr səyahətləri - V əsrdən XV əsrə qədər olan dövrü əhatə 
edir. 
3.
 
III mərhələ - Qızıl dövrün coğrafi ixtiraları - XIV-XVII əsrləri əhatə edir. 
4.
 
IV mərhələ - Kütləvi turizmin yaranma tarixi - XIX-XX əsrin ortalarını 
əhatə edir. 
5.
 
V mərhələ - Beynəlxalq turizmin qloballaşması və beynəlmiləlləşməsi - 
XX əsrin II yansından XXI əsrin əvvəllərini əhatə edir. 
tnsan  cəmiyyəti  yaranandan,  insanlar  ətraf  mühiti  öyrənmək,  qida  və 
yaşayış mənbələri axtarıb tapmaq üçün daim səyahət etmək məcburiyyətində 
olmuşlar.  Bu  səfərlərdə  insanlar  əlverişli  şəraiti olan yaşayış  yerləri,  münbit 
torpaqlar,  çayların  və  ya  dənizlərin  sahillərində  yerlər  axtarırdılar.  Sonralar 
qamışdan  və  ya  taxtadan  hazırlanmış  balaca  «konoy»  adlanan  qayıqlarla 
dənizlərdə və çaylarda səyahət edərdilər. Bu cür səyahətlər ilk dəfə Okeaniyada 
zəvvarlar  tərəfindən  olurdu.  Bir  gündə  50-  100  km  məsafəni  səyyahlar  fəth 
edərdilər. 
Dənizlərdə  və  okeanlarda  səyahət  zamanı  ilk  səyyahlar  günəşdən, 
ulduzlardan  istifadə  edirdilər  və  istədiyi  yaşayış  yerlərini  tapardılar.  Bu  cür 
səyahətlər təhlükəli olurdu və çox vaxtı faciə ilə bitərdi. İnsan cəmiyyətinin 
tarixi  çox  qədim  olsa  da.  bizə  ancaq  onun  5  min  illik  tarixi  məlumdur.  Bu 
məlumatlar  bizə  yunan  tarixçiləri  Herodot  və  Strabonun  yazılarından  miras 
qalmışdır. 
2.2
 
QƏDİM MİSİRLİLƏRİN SƏYAHƏTLƏRİ 
Ən qədim mədəniyyət Uzaq və Yaxın Şərqdə. Çində və Misirdə əmələ 
gəlmişdir.  İlkin  sivilizasiyaların  yaranması  ilə  əlaqədar  ölkələr  arası  ticarət 
canlanırdı:  yollar  salınır,  kanallar  tikilir,  karvansaralar  yaradılır,  limanlar 
qurulur  və  s.  Digər  tərəfdən,  həm  yolların,  həm  də  tacirlərin  və  onların 
əmlakının  təhlükəsizliyi  qorunurdu.  Dövlətlərdə  tacirlərin  və  dövlət 
məmurlarının həyatlarının təhlükəsizlis'ini qoruyan qanunlar qəbul olunur- 
14 



T U R İ Z M  
'1 
du.  Üçüncüsü,  tətbiqi  elmlərin  inkişafı  gəmiqayırmanı  və  quruda  hərəkət 
vasitələrini inkişaf etdirirdi. Dövlətlər arası səfirlər və dövlət nümayəndələri 
təyin olunur, ilk diplomatiya məktəbi yaranırdı. Padşahların, hökm^ darların 
səfijjteri. nümayəndələri başqa ölkələrə səyahətlərə çıxırdılar. 
Beləliklə,  qədim  Şərqdə  elm  inkişaf  etməyə  başlayır.  Ticarət,  iqtisadi, 
elmi və hərbi ekspedisiyalar təşkil olunur, ölkələr arası gediş-gəliş canlanırdı. 
Artıq  bizə  yaxşı  məlumdur  ki,  5  min  il  bundan  əvvəl  qədim  Misirlilər 
xüsusi ağaclardan təbii qatran alırdılar (kleyin bir növü), onun köməyi ilə ağacdan 
gəmilər  quraşdırırdılar  və  Nil  çayı  boyunca  səyahətlər  edərdilər.  Böyük  qayalan 
yonur, onları gəmilərlə Misirə daşıyır və hündür ehramlar tikərdilər. Öz fironlarını 
bu  ehramlarda  öləndən  sonra  qiymətli  əşyaları  ilə  birlikdə  basdırardılar. 
Mumiləşdirmənin  sirləri  ilk  dəfə  misirlilərə  məlum  olmuşdur.  Onlar  heyvanlann 
dərisindən  papirus  hazırlayır,  tarixi  və  elmi  məlumatları  müxtəlif  işarələrlə  bu 
kağızlarda  əks  etdirirdilər.  Qədim  misirlilərin  ətraf  mühit,  müxtəlif  abidələrin 
yaranması haqqında məlumatlar fil- ■'"^>,^aşı, papirus kağızı üzərindəki yazılardan 
əldə  edilmişdir.  Misirlilər  hələ  eramızdan  əvvəl  XXIX  əsrdə  Nil  çayı  ilə  üzərək 
Suveyş körfəzinə çıxmışlar, orada olan duzlu gölləri kəşf etmişlər. Həmin göllərdən 
indi Süveyş kanalı keçir. E. ə. XXVIII əsrdə Sinay yarımadasında onlar vadilərə rast 
gəlmişlər, burada qiymətli tikinti materialları: mərmər, malaxit, firuzə daşı tapmış 
və uzun illər onlardan istifadə etmiş, məbədlər və dəbdəbəli saraylar tikmişlər. 
Misirlilər  qədim  dövrlərdə  ölkənin  cənubunda  yerləşən  Somaliyə 
dəfələrlə  səyahət  etmiş  və  oradan  çoxlu  qızıl  və  daş-qaş  gətirirdilər.  Misir 
səyyahı Kirkuf Somalidən aşağıda yerləşən «Xoşbəxtlər ölkəsinə» səfər etmiş, 
oradan  bir  nəfər  «Karlik»  gətirmiş  və  onu  firona  hədiyyə  vermişdir.  Bu 
səyahət  haqqında  Kirkufun  məlumatı  Assuanın  ətrafında  arxeoloqlar 
tərəfindən tapılmışdır. 
Fironların XI dinastiyası dövrü Sanxkann cənub istiqamətində göndərdiyi 
ekspedisiya Qırmızı dənizin sahillərinə. Əden körfəzinə çatmışdır. Eramızdan 
iki min il əvvəl misirli Sinuxit Şərq ölkələrinə uzun sürən səyahət etmişdir. Bu 
səyahət papirusda «Sinuxtin sərgüzəştləri» kimi öz əksini tapmışdır və alimlər 
tərəfindən tərcümə olunmuşdur. Misirlilərin başqa ölkələr haqqında da çoxlu 
məlumatları \ar idi. Onların gəmiləri Sakit Okeana da çıxırdılar. 
Qədim dövrlərdə səyyahları ən çox cəlb edən qədim dünya möcüzələri idi. 
Bunlardan ən qədimi və bizə gəlib sağ-salamat çatanı Misir piramidalarıdır. 
Eramızdan 2500 il bundan əvvəl tikilmiş qədim Xeopsi pirami- 
1 5  


VEGANLI S.T.. HACIYEV E. M. 
dasi insan zəkasının ən parlaq məhsulu kimi yaranmış memarlıq abidəsidir ki
bu gün də öz gözəlliyi və əzəməti ilə insanları valeh edir. Xeopsi piramidasının 
hündürlüyü  147  metrdir.  Bu  günə  kimi  Misir  piramidalarının  tikiliş 
texnologiyası  sirr  olaraq  qalır.  Məsələn,  bilinmir  ki,  ağırlığı  iki  tori  olan 
yonulmuş kub daşlan 100 metrlik hündürlüyə necə qaldırılmışdır, sərdabələrin 
ağır daş divarlı qapılan necə açılır və örtülür. 4500 il bundan əvvəl istifadə 
olunan tikinti texnologiyası və mumiləşdirmə sirləri bu vaxta kimi insanları 
təəccübləndirir. Piramida daxili sərdabələrdə mumiləş- dirilmiş fironlar külli 
miqdarda  qızıl  və  qiymətli  daş-qaşla  birgə  yerləşdirilirdi.  Təəccüblüdür  ki, 
qarət  məqsədi  ilə  bu  sərdabələrə  soxulan  qa-  rətçilər  ya  zəhərlənir  və  ya 
birdəfəlik ağır daşlar arasında qalırdılar. 
Xeopsi  piramidasının  yanında  Sfinksin  heykəli  qoyulmuşdur  ki,  o  da 
Misir dövlətinin simvoludur. Sfinks insan başı ilə hər hansı heyvan bədəninin 
(pələng)  birləşməsidir.  Qədim  Misir  mifologiyalarından  götürülmüş  bu  cür 
simvol insanı dəhşətə gətirir. Misirlilər onu «Dəhşətlər atası» ad- landınrdılar. 
Qədim  Yunanlar  öz  yaratdığı  memarlıq  abidələrində  Sfinks  surətini 
misirlilərdən  götürmüşdülər.  Xeopsi  piramidası  Misirin  paytaxtı  Qahirə 
şəhərinin yaxınlığında tikilmişdir. Bu günə kimi Misirə səyahət edən hər bir 
turist  mütləq  Qahirə  tarix  muzeyini  və  Qiza  piramidalarını  ziyarət  edir  və 
Misirin  qədim  fironlarım  yada  salırlar.  Qədim  Misir  sivilizasiyası  dünya 
mədəniyyətinə böyük təsir göstərmişdir. 
Maraqlıdır ki, müasir Misirin hökuməti öz tarixini, memarlıq abidələrini 
göz bəbəyi kimi qoruyur və bütün dünyaya təbliğ edir. Zəngin tarixə malik 
olan  Misir  hal-hazırda  inkişaf  etmiş  turist  ölkəsinə  çevrilmişdir.  O  ildə  4.5 
milyon (1999 il) turist qəbul edir. Turizm Misir iqtisadiyyatında önəmli yer 
tutur. Onun prezidenti Xosne Mübarek Misirin qədim tarixi irsinin qorunub 
saxlanmasına öz fəaliyyətində geniş yer verir. 1997-ci ildə Luksor şəhərində 
o. qədim Misir sivilizasiyasına həsr olunmuş 3 yeni layihə qəbul etmişdir. 
Luksor  şəhəri  Misirin  qədim  paytaxtı  olmuşdur.  Təzə  padşahlıq 
dövründə (e, ə. XVI-XI əsrlər) bu şəhərin adı Fiva idi. Bu şəhərdə nəhəng 
məbəd  və  fironların  məqbərələri  qorunub  saxlanırdı.  Hündürlüyü  13  metr 
olan  III  Amonxotepin  sarayına  məxsus  22  dənə  sütunlar  yenidən  bərpa 
olunub, öz yerinə montaj olunmuşdur. Məbədin işıqlanması müasirləşdirilmiş 
və  turistlər  bu  qədim  məbədi  yenidən  seyr  edir,  tarixə  nəzər  salırlar. 
Qahirənin 700 kilometrliyində yerləşən Nil şəhərində mumiləşdirmə muzeyi 
açılmışdır.  Luksorda  7  km  cənuba  Nil  çayı  üzərində  yeni  əzəmətli  körpü 
tikilmişdir. Artıq turistlərə bərə körpüsünü gözləməyə ehıixac >oxdur. 
16 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə