Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
manlar türk xalqları böyük səyyahlar və alimlər yetişdirmişdir. Bu  alimlərin 
bir  çoxu  öz  yaradıcılığını  dövrün  iri  elm  və  mədəniyyət  mərkəzlərində,  o 
cümlədən  Bağdadda,  Səmərqənddə,  Mağarada  davam  etdirirdilər.  Onlardan 
biri də Xarəzmli alim və böyük səyyah Əl-Biruni idi. O, XI əsrin ən məşhur 
səyyahı  və  alimi  hesab  olunurdu.  Öz  səyahətləri  zamam  o,  İran  yaylasını. 
Mərkəzi  Asiyanın  bir  çox  hissəsini  öyrənmişdir.  Əl-Biruni  Pən-  caba  etdiyi 
səyahət  zamanı  hind  elminə  və  mədə-niyyətinə  aid  topladığı  materiallar  və 
müşahidələr  Hindistana  aid  olan  bir  maraqlı  kitabdır.  O,  Orta  Asiyanı 
öyrənərkən  qeyd  etmişdir  ki,  Amu-Dərya  çayı  bir  neçə  dəfə  öz  yatağını 
dəyişmişdir. Əl-Biruni Yerin Günəş ətrafında hərəkətini Ko- pernikdən 500 il 
əvvəl söyləmişdir. Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycanın o 
zamanlar məlum olan şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. O, 
təbiətşünaslıq, tarix,, etnoqrafiya və s. elmin sahələrinə aid 150-dən çox əsərin 
müəllifidir. 
Orta Asiyanın ilk türkşünas-ensiklopediyaçı alimi Mahmud Kaşkari həm 
də böyük səyahətçi olmuşdur: türklərin bölgələrini, şəhərlərini və kəndlərini
çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o. türk, oğuz, qırğız düşərgələrini 
dolaşaraq,  onların  lüğətini  yazmışdır.  Məşhur  «Divani  -  lüğət  it-türk» 
kitabında  türk  qəbilələri,  çoxlu  dağ,  çay,  göl  və  dövlətlər  haqqında  geniş 
məlumatlar toplanmışdır. Tyan-Şan və Semireçye, İssık-Kul gölü. Balasaqun 
dağları  (Qırğızıstanda),  Altay  vadisi  ilə  İli  çayı  və  s.  haqqında  ətraflı 
məlumatlar  verilmişdir.  Divanın  sonunda  o,  türkdilli  xalqlarının  yaşadığı 
yerlərin  xəritəsini  vermişdi.  Bu  xəritə  türkdilli  xalqların  ərazilərini  təsvir 
edən  ilk  xəritə  olmuşdur.  Bu  yerlərin  öyrənilməsində  Azərbaycan  alimi 
İbn-Saleh Bakuvinin də rolu az olmamışdır (1402-1473). Onun «Abidələrin 
xülasəsi  və  qüdrətli  hökmdarın  möcüzələri»  kitabı  Yer  səthini  7  iqlim 
qurşağına ayırmış və bu qurşaqları əhatə edən ölkələr, şəhərlər, iri yaşayış 
yerləri və tarixi abidələr haqqında məlumatlar verilmişdir. 
4-3. NORMANLARIN CƏSARƏTLİ SƏYAHƏTLƏRİ 
Vikinqlər  adlanan  cəsarətli  normanlar  200  il  Avropa  ölkələrini  qorxu 
altında  saxlamışlar.  Onlar  «şimal  adaları»,  müasir  Danimarkada.  İsveçin 
cənubunda  və  Norveç  sahillərində  yaşamış  qədim  alman  tayfaları 
olmuşdular.  Hələ  VIII  əsrdən  başlayaraq  norman  gəmiləri  Norveç.  Baltik. 
Şimal.  Barens  dənizlərində  və  Biskay  körfəzi  sahillərində  cəsarətlə 
üzürdülər. Onlar hətta Ağ. Xəzər. Aralıq və Qara dənizlərinə də daxil olur, 
sahil- 
38 


T U R İ Z M  
dəki  kəndləri  və  şəhərləri  viran  edirdilər.  Çay  yuxan  qalxaraq  gəmiləri 
sürükləyib bir hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər 
dənizinə gəlib çıxma imkanlarını nəzərə alan görkəmli dəniz səyahətçisi Tur 
Heyerdal Qobustan qayalan üzərindəki gəmi rəsmində normanların izlərini 
axtarmışdır.  Normanlar  Britaniya  adalarını  zəbt  edib,  Normandi-  yada 
möhkəmlənmiş  və  Fransanı  qorxu  altında  saxlamış.  Siciliyada  Norman 
dövləti  yaratmışlar.  İki  yüz  il  Avropanı  qorxu  altında  saxlayan  normanlar 
daha mühüm olan coğrafi kəşflər etmişlər. Onlar ilk dəfə İslandiyada (860-cı 
il).  Qrenlandiyada  (982-ci  il)  və  nəhayət,  Şimali  Amerikada  (1000-ci  il) 
olmuşlar. Özü də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyanı kəşf edən 
Erik  Raudanın  -  «Kürən  Erik»in  oğlu)  kəşf  etmişdir.  Lakin  XIV  əsrin 
ortalarından  başlayaraq  iqlimin  soyuqlaşması  və  bir  sıra  digər  səbəblər 
Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı. 
Deməli,  X.  Kolumbdan  beş  əsr  əvvəl  normanların  Şimali  Amerikada 
məskənlərinin  olması  bir  faktdır.  Həm  də  normanlar  materikin  içərilərinə- 
Böyük göllər rayonuna. Missisipinin yüxarı axınlarına qədər gedib çıxmışlar. 
Normanların  bu  yerlərdə  olmasını  XI-XIII  əsrlərə  qədər  Qrenlandiya 
sahillərində  mövcud  olan  50  yaşayış  məskəni  və  12  kilsə  qalıqları  sübut 
edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul 
olurdular.  O  zamanlar  yaşıllar  ölkəsində  (Qrenlandiya  belə  adlanır)  iqlim 
xeyli yumşaq idi. Çətin inana bilirsən ki, ilk kolonistlər orada- Qrenlandiyada 
əkinçiliklə,  atçılıq  və  qoyunçuluqla  məşğul  olublar.  Onlar  hətta  alma 
yetişdirirdilər. Təəccüb etməli olursan ki. Normanların belə cəsarətli kəşfləri 
alimlərin diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvürlərin sonrakı 
inkişafına heç bir təsir göstərə bilmədi. 
Zəmanəmizin böyük alimi və səyyahı norveçli Tur Heyerdal əcdadları 
olan  qədim  normanların  Amerikaya  olan  səfərlərinin  tarixini  diqqətlə 
öyrənmiş və bu cür səfərlərin 1000 il bundan əvvəl həqiqət olmasını sübuta 
yetirmişdir. Bundan ötrü o, o vaxtki norman qayığını (yüngül və yastı dib) 
düzəltmiş,  şəxsən  özü  bu  səfərə  çıxmış  və  Atlantik  okeanın  Amerika 
sahillərinə  sağ  və  salamat  çatmışdır.  Cənubi  Amerikadan  Polineziyaya 
vikinqlərin  üzməsi  (fantastika)  möcüzə  hesab  oluna  bilər.  Bu  səfərin 
həqiqətən  mümkün  olmasını  Tur  Heyerdal  öz  cəsarətli  səyahəti  ilə  təsdiq 
etmişdir. 
Məşhur  səyahətçi  2000-ci  ildə  Bakıya  gəlmiş  və  Qobustan  qayaların- 
dakı  rəsmlərdə  normanların  izini  axtarmışdır.  Qobustan  rəsmləri  Tur  He- 
yerdalı  həyəcana  gətirmişdir.  Öz  təəssüratlarında  o  deyirdi;  «...  mən  elə 
bilirdim  ki.  ən  qədim  dəniz  səyyahları  normanlardır.  Lakin  Qobustan 
rəsmlərindən məlum olur ki. 6 min il bundan .əvvəl Xəzər dənizi .sahillə 
3 9  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə