Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

T U R İ Z M  
IV FƏSİL 
4.1.
 
ƏRƏBLƏRİN QƏDİM DÖVR SƏYAHƏTLƏRİ 
Ərəbistan  yarımadasında  yaşayan  ərəblər  VI-VII  əsrlərdə  olduqca  çox 
inkişaf etmiş və dünya əhəmiyyəti olan ölkəşünaslıq əsərləri yaratmışlar. VII 
əsrdən  başlaj'araq  onlar  islam  dinini,  mədəniyyətini  və  bilikləri  dünyanın 
geniş sahəsinə yaymağa başlayırlar. 
O  vaxtlar  ərəblər  Şimali  Afrikanı,  Kiçik  Asiyanı,  Qafqazı,  İranı,  Orta 
Asiyanı işğal etmiş və bununla əlaqədar, bu yerlərə çoxlu səfərlər edirdilər. 
Ərəblər  Aralıq  dənizini  Hindistanla  birləşdirən  bütün  boğazlan,  körfəzləri, 
bərələri  və  Böyük  İpək  yolunu  ələ  keçirmişlər  və  bunun  nəticəsində  Çinlə 
Avropa ölkələri arasında olan ticarətə şərik çıxmış oldulır. 
«Hind qozu ağacının gövdəsindən və qabığından hazırlanmış yastı dibli 
və yelkənli yüngül ərəb qayıqları dəniz və  körfəzlərdə sürətlə hərəkət edir. 
Qərbdən Şərqə və Şərqdən Qərbə ticarət mallarını və qara qulları daşıyırdılar. 
Ərəb  tacirləri  Şimalda  Rusiya,  Cənub  Şərqdə  Malaziya  və  hətta  Cənubda, 
Mikroneziya  adalarına  qədər  gedib  çıxmışdılar»*.  Onlar  dərin  riyazi  və 
astronomiya biliklərinə malik idilər. O vaxtlar kompas və dəqiq xəritələr yox 
idi.  Ona  görə  də  göy  cisimləri  ilə  hərəkət  edirdilər.  Afrikanın  Mozambik 
sahillərinə qədər gedən ərəblər musson küləklərdən məharətlə istifadə edərək 
öz yelkənli qayıqlarını Hindistan sahillərinə çatdıra bilirdilər və mallarla dolu 
qayıqları özləri ilə aparırdılar. Ərəblərin Aralıq dənizi ölkərinə göndərdikləri 
mallar; - bahalı parçalar, fıldişi sümüyü, qiymətli daş-qaş, mirvari, müxtəlif 
ədviyyat və qara qullar idi. Eyni zamanda.  Şimalın Ondiki Rusiyanın) xəz 
dəriləri və cənubun ədviyyatı onları maraqlandırırdı. 
Qədim sivilizasiyası olan mərkəzlərin ərəblər tərəfindən ələ keçirilməsi 
ərəb xəlifələri ölkələrində VIII-IX əsrlərdə elm və mədəniyyətin inkişafına 
səbəb  olmuşdur.  Elm  və  mədəniyyətin  inkişaf  etdiyi  şəhərlərdən  biri  də 
Bağdad  şəhəri  olmuşdur.  Dünyanın  hər  tərəfindən  bura  görkəmli  alimlər, 
şairlər və müdrik adamlar dəvət olunurdu. Orta Asiyanın görkəmli alimi və 
səyyahı Əl-Xorezmi də Bağdadda olan «müdriklər evinə» dəvət olunmuşdur. 
«Müdriklər  evi»  indiki  elmlər  akademiyasını  xatırladırdı.  Bağdadda 
rəsədxana  var  idi  və  onun  köməyi  ilə  göy  cisimləri  öyrənilirdi.  Riyazi 
coğrafiya  çox  inkişaf  etmişdir  ki.  bu  da  ölkələrin  və  şəhərlərin  coğrafi 
koordinatları  haqqında  dəqiq  məlumatlar  almağa  və  Yerin  xəritəsini  tərtib 
etməyə imkan verirdi. 
i'apdıq Hos?no\. Əhdiılrəhim Hacızad."'. Coğranva tarixi ÇaşıoaUı. Bakı. 2001. 
33 


YEGANLI S.T.. HACIVEV E. M. 
Şəhərlər  haqqında  hazırlanan  kitablarda  görməli  yerlərin  təsviri,  ayrı- 
ayrı  xalqların  yaşayış  tərzi,  istehsal  nümunələri  verilir  və  bunlar  hamısı 
səyahətçilər tərəfindən istifadə olunurdu. Məsələn, ərəb alimi Əl-Həmədinin 
«Ərəbistanın təsviri» əsərində yaşayış yerləri, bazar və məscidlər, qalalar və 
qüllələr, hətta su nohurları, kənd təsərrüfatı, bitkilər, müxtəlif heyvan növləri 
haqqında müfəssəl məlumat verilir. 
Elm və texnikanın inkişafı ilə əlaqədar elmi səyahətlər ərəblərdə geniş 
yayılmışdır. Bu cür səyahətlər dini və tarixi abidələrlə tanışlıqla müşahidə 
olunurdu. Buna misal olaraq XII əsrdə Abu Həmid əl-Qarnatinin səyahətini 
xatırlamaq  olar.  Əl-Qarnati  XII  əsrdə  Piriney  yarımadasının  Kordova 
xəlifəliyində anadan olmuş və gəncliyini burada keçirmişdir. O, öz təhsilini 
davam  etdirmək  üçün  Misirin  Aleksandriya  şəhərinə  gəlir.  Bir  il 
universitetdə  mühazirələrə  qulaq  asır,  sonra  isə  Yaxın  Şərqin  Bağdaddan 
sonra ən böyük elmi potensiala malik olan Qahirə şəhərinə köçür. Qahirədə 
Abu  Həmid  «əsl»  turist  kimi  Misirin  bütün  görməli  və  gəzməli  yerləri  ilə 
tanış  olur.  O.  Misir  piramidaları  ilə  tanış  olur,  hətta  Xeopsi  piramidasının 
içinə  daxil  olur.  O  vaxtlar  (XII  əsrdə)  Faross  mayakı  hələ  dağılmamışdı, 
həmin qüllə turistlərin ekskursiya proqramına daxil idi. Abu Həmid Bağdad 
universitetində «müsəlman hüququ» sahəsində öz təhsilini bitirir. Bağdad o 
zaman xilafətin paytaxtı idi. O. Bağdadda dörd il yaşayır. sonra Azərbaycana 
gəlir.  Azərbaycandan  sonra  əl-Qarnati  Volqa  sahillərində  yaşayan 
bulqarlarm Bulqar şəhərinə gəlir. Volqa çayı öz böyüklüyünə görə onu çox 
təəccübləndirir:  «Bu  çay  Fərat  çayından  dəfələrlə  böyükdür,  elə  bil  ki,  o 
dənizdir və ondan çoxlu çaylar ayrılır. Bundan başqa, bu çay donur, elə bil ki, 
quruya çevrilir, onun üstündə atlar, inəklər və başqa ev heyvanları gəzir»“. 
Onu  çayda  olan  balıqların  çoxluğu  və  həcmi  təəccübləndirir.  O  yazır: 
«Balıqların bəzi növlərini ancaq dəvə apara bilər». Görünür o. beluqa balığını 
nəzərdə tutur. Sonra o. ərzağın, xüsusilə qoyun ətinin, balın ucuz olmasını 
qeyd edir. O. həmçinin iqlimin kontinental olmasını, yayın isti və gün ərzində 
böyük intervalda dəyişməsini müşahidə edir. 
Abu Həmid Rusiyaya 1150-ci ildə gəlmişdir. O. slavyanların həyatı və 
məişəti  haqqında  olan  məlumatlarına  öz  xatirələrində  geniş  yer  vermişdir. 
Ondan  bir  əsr  əvvəl  Volqa  Bulqariyasmda  (X  əsr)  ərəb  xəlifətinin  səfiri 
Əhməd  ibn-Fadlan  olmuşdur.  Onu  Bağdad  xəlifəsi  Muxtadır  «Volqa 
bulqaıiarına»  islamı  qəbul elməkdə  kömək  məqsədi  ilə  göndərmişdir.  İbn- 
Fadlanın səyahəti tamam başqa marşrutla olmuşdur. O və onu müşaiyəl 
İ.I.. Mıır;»mo\. İDO bö>ük s.ıyuhəiviK^r. M.. niW. 
.■?4 


T U R İ Z M  
edənlər əvvəl  İran  yaylasından  keçib  Buxaraya  (Xorezm  vilayətinə), sonra 
Ustyurt platosuna, oradan Kaspiy çökəkliklərinə və «Volqa bulqaıiarı- nın» 
paytaxtı  olan  Bulqar  şəhərinə  gəlmişlər.  İbn  Fadlan  öz  səyahəti  haqqında 
məlumatı  «Volqaya  səyahət»  kitabında  verir.  Bu  kitab  Volqa  sahilində 
yaşayan xalqların həyatını təsvir edən vacib tarixi mənbədir. 
VIII əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olundu. Bu xəritələr 
öz  dəqiqliyi  ilə  Ptolomey  xəritələrindən  daha  mükəmməl  idi.  «Müdriklər 
evində»,  o  zamanlar  məlum  olan  yaşayış  məntəqələrinin  koordinatları 
əsasında  hazırlanmış  dünyanın  xəritəsi  özünün  böyük  dəqiqliyi  ilə 
fərqlənirdi. Xüsusi ilə ərəb alimi və səyyahı Əl-İdrisinin tərtib etiyi xəritə və 
atlasları qeyd etmək olar. Əl-İdrisi çəkisi 91 kq olan böyük gümüş nimçənin 
içərisində  Dünyanın  xəritəsini  düzəltmişdir  ki.  o  da  gəlib  bizim  zamana 
çatmışdır.  Bu  xəritə  Ptolomeyin  tərtib  etdiyi  xəritəyə  görə  müqayisədə 
qabağa bir addım idi. 
Məşhur  ərəb  alimi  Əl-İdrisi  1100-cü  ildə  Mərakeşin  Sueta  şəhərində 
anadan  olmuşdur.  Təhsilini  İspaniyanın  Kordova  şəhərində  almışdır.  O 
zamanlar Aralıq dənizi ölkələrinin çoxu ərəb mədəniyyətinin təsiri altm-da 
olmuşdur. Ölkələr və səyahətlərlə çox maraqlanan Siciliyanın kralı Rod- jerin 
XII əsrin ortalarında Əl-İdrisini öz sarayına dəvət edir və ona işləmək üçün 
yaxşı şərait yaradır. Nəticədə həmin sarayda Əl-İdrisi «Ölkələri gəzməkdən 
yorulmuşun  əyləncəsi»  adlı  kitabını  yazır.  Əsərdə  Yerin  kürə  şəklində 
olmasından, iqlimlərin dəyişkənliyindən bəhs olunur, dənizlərin, körfəzlərin 
təsviri  verilir.  «Əl-İdrisi  Yer  kürəsini  yeddi  iqlimə,  hər  iqlimi  isə  qərbdən 
şərqə doğru uzanan on hissəyə bölür»*. Hər hissənin ayrı-ayrı təsvirini verir. 
O.  böyük  ustalıqla  İspaniya,  Siciliya.  Fransa.  Almaniya,  Şotlandiya. 
İrlandiya.  Şimal  və  Baltik  dənizi  sahillərinin  və  Şimali  Afrikanın  təsvirini 
vermişdir.  Onun  Balkan  yarımadası  və  Rumıniya  haqqında  məlumatları 
olduqca maraqlı və orijinaldır. 
Ərəblərin  ən  böyük  səyyahlarından  biri  də  İbn-Bətutə  olmuşdur 
(1304-1377).  O.  Mərkəzi  Ərəbistan  yaylasına.  Şimali  Afrikaya.  Kiçik 
Asiyaya, Cənubi Rusiyaya, Orta Asiyaya, Qərbi Hindistana, Seylona, Sumat- 
ra}'a.  Çinə  səyahətlər  etmiş.  Bö>öik  səhranı  keçməklə  Niqer  çayının 
sahillərinə çıxmış və bu yerlər haqqında ətrath məlumatlar vermişdir. 
İbn Bətııtə Magellana qədər olan dövlətlərin ən məşhur səyyahı hesab 
olunur. Onun ömrünün 29 ili səyahətdə keçmiş, quru və dənizlə 120 min km 
yol getmişdir. 31-dən artıq ölkənin adlarını o. öz kitablarında göstər- 
l apdıc] 
Obdiilr.Mum Hacızad,'». C o^raliv.ı (. ajıoğlıı. Bakı. 2001. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə