Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

T U R İ Z M  
vn FƏSİL 
7.1
 
KÜTLƏVİ TURİZMİN YARANMA TARİXİ 
Bu tarixi dövr ilk dəfə kütləvi turizmin yaranması ilə xarakterizə olunur. 
Orta əsrlərdə səyahət edən ayrı-ayrı şəxslər-diplomatlar, tacirlər, zəvvarlar və 
başqa  varlı  adamlar  olmuşdursa,  XIX  əsrin  əvvəllərindən  uzun  sürən 
səyahətlər qısa və çox da böyük xərc tələb etməyən, ucuz başa gələn turist 
səfərləri ilə əvəz olunmağa başlayır. Səfərə çıxan turistlərin sayı sürətlə artır. 
Bunun da əsas səbəbi kapitalizmin inkişafı idi. Əvvəlki ictimai formasiyaya 
nisbətən kapitalizm proqressiv sistem olmuş, özü ilə kapitalın toplanmasını 
və texniki tərəqqinin inkişafını gətirir. Buxar maşınının icad olunması sürətlə 
hərəkət  edən  gəmilərin  və  paravozların  yaranmasına  səbəb  olmuşdur. 
1830-cu  ildə  ilk  dəfə  Böyük  Britaniyada  Mançesterdən  Li-  verpula  gedən 
dəmir  yolu istifadəyə  verildi.  Bu  da  qısa  zamanda  dəmir  yolu  ilə  səyahətə 
çıxmaq istəyənlərin sayını artırdı. 
Müasir kütləvi turizmin əsasını qoyan Tomas Kuk olmuşdur. O, 1841- ci 
ildə Lankasterdən Lonqoburqa 500 adamı, hərəsini 1 şillinqə səyahətini təşkil 
etmişdi. Bu Kukun ilk təşkil etdiyi ekspedisiya idi. 1847-ci ildən başlayaraq 
Kukun  yaratdığı  ilk  turist  kompaniyası  səyahətə  getmək  istəyənlərə  bilet 
satmağa  başladı.  Biletin  qiymətinin  tərkibində  qatarda  getmək, 
mehmanxanada qalmaq və yemək pulu daxil idi. Hələ Tomas Kukdan əvvəl 
yazıçı  Robert  Stüart  kanalda  gəmi  ilə  Bristoldan  Dublinə  (İrlandiyaya) 
sərnişin göndərmişdi. 
Tomas  Kuk  səfərdən  səfərə  turist  göndərişlərinin  təşkilini 
təkmilləşdirirdi. Artıq turist biletləri Böyük Britaniyanın hər yerində satılırdı. 
Kuk əvvəlcə özü səfərə gedib mehmanxana və restoran sahibləri ilə müqavilə 
bağlayırdı.  Müqavilə  bağlanan  zaman  mehmanxanada  qalmaq  və  yemək 
qiymətləri və şərtləri dəqiqləşdirilirdi. 
1851-ci ildə Britaniyanın bütün regionlarından Parisə beynəlxalq sərgiyə 
165 min turist göndərilmişdir. Kütləvi turist səfərləri Tomas Kuka çoxlu gəlir 
gətirirdi. O, öz fəaliyyətini Avropanın başqa ölkələrinə genişləndirdi. 1856-cı 
ildə artıq Kuk kompaniyasının Avropa ölkələrində çoxlu filialları açılmışdır. 
Həmin illərdə «Bekker» firmasının hazırlanmış turist məlumat kitabçasında 
8000  mehmanxana  və  otellərin  adı  və  ünvanı  göstərilirdi  və  artıq  Kuk 
kompaniyasının onların çoxu ilə müqaviləsi var idi. 1870-ci ilə Tomas Kuk 
kompaniyasının  500  min  müştərisi  vardı.  O.  öz  müştəriləri  ilə  daim  əlaqə 
saxlayırdı. 


\TGANL1 S.T.. HACIYEV E. M. 
Kuk  1863-cü  ildə  İsveçə  və  1868-ci  ildə  Şimali  Amerikaya  böyük 
səyahətlər təşkil etmişdir. Amerikaya səyahətçiləri gəmilərlə göndərirdi. Bu 
cür səyahətlər 5 ay davam edirdilər. 
1868-ci ildə Kuk ilk dəfə dünya səyahəti təşkil etmişdir. Bu səyahətdə 20 
nəfər  iştirak  etmişdilər.  Səyahət  220  gün  davam  etmişdir.  Səyahətçilər 
gəmidə yaşayır və dünyanın ayn-ayrı şəhərlərini ziyarət edirdilər. 
Tomas Kuk 1892-ci ildə vəfat etmiş və onun işini oğlu, kompanionu və 
nəvəsi  davam  etdirirlər.  Hal-hazırda  Kukun  kompaniyası  dünyanın  ən 
məşhur və böyük turist kompaniyalarından biridir. Bu kompaniya ildə 20 mln 
turistə xidmət edir. 160 illik tarixi olan Kuk kompaniyasının tarixi kütləvi 
turizmin yaranma və inkişaf tarixidir. 
Kütləvi  turizmin  yaranmasının  vətəni  Böyük  Britaniyadır.  XIX  əsrin 
70-ci illərində səyahət edən turistlərin 70 %-i ingilislər olmuşdur. Bu heç də 
təsadüfi  deyildir.  Feodalizmə  qarşı  böyük  burjua  inqilabları  Britaniyadan, 
Fransadan başlamışdır. Bu inqilablar yeni istehsal formaları yaratmış, texniki 
tərəqqiyə səbəb olmuşdur. Böyük Britaniyanın çoxlu dominonları var idi, o 
külli  miqdarda  dominan  ölkələrin  hesabına  varlanmış  və  toplanan  kapitalı 
turizmin  infrastrukturunun  yaranmasına  sərf  etmişdir.  Mehmanxanaların. 
əyləncə  ocaqlarının  tikilməsi  çoxlu  kapital  tələb  edirdi.  Bunlar  hamısı 
İngiltərədə  var  idi.  1888-ci  ildə  Avropaya  İngiltərədən  500  min  turist 
gəlmişdir.  1838-ci  ildən  Lon-donla  Nyu-York  arasında  mütə-  madi  gəmi 
əlaqələri yaranmışdır. 1860-cı ildə Amerikaya dəniz yolu ilə  26 min nəfər 
səyahət etmişlər. 
Eyni  zamanda,  dəniz  nəqliyyat  vasitələri  təkmilləşir  və  onlann  sürəti, 
həcmi, komfortluluğu gündən günə artırdı. 1901-ci ildə su tutumu 30 min ton 
olan  transatlantik  gəmilər  -  «Sirius»,  «Luzitaniya»,  «Mavritaniya»  - 
istifadəyə  verildi.  Bu  gəmilərin  sürəti  saatda  26  mil  idi.  1912-ci  ildə  su 
tutumu 52 min ton olan «Titanik». 19l4-cü ildə isə «İmperator» və «Fater- 
land»  dünya  gəmiləri  suya  buraxıldı.  Bu  gəmilər  okeanı  bir  həftəyə 
keçirdilər.  Gəmilərin  həcmi  artdıqca  Amerikaya  gedən  turistlərin  sayı  da 
artırdı.  Əgər XIX  əsrin  axırlarında  Amerikadan  Avropaya  gələn turistlərin 
sayı  ildə  80  min  nəfər  idisə.  19l4-cü  ildə  onların  sayı  280  min  nəfərə 
çatmışdır. 
1914-ci  ildə  I  Cahan  müharibəsi  başlandı.  Turizmin  inkişafi  dayandı 
(donduruldu). Turizm ölkələr arası gediş gəliş və dostluq əlaqələrini bərqərar 
edir.  Ona  görə  də  turizm  və  müharibə  bir-birinə  ziddir.  Müharibədə  qan 
tökülür, insanlar bir-birini məhv edir. Ona görə də. müharibə zamanı turist 
əlaqələri  kəsilir.  Müharibə  zamanı  baş  vermiş  iqtisadi  və  siyasi  böhranlar 
sonrakı illərə də zərbə vurur. 
56 


T U R İ Z M  
I Dünya müharibəsindən sonra iqtisadi böhranlar bütün ölkələri bürüdü 
və özü ilə iqtisadi tənəzzül və fəsalət gətirdi. 
1930-cu illərin iqtisadi böhranı keçmiş Sovet məkanında daha ağır keçdi. 
Ukraynada, Belarusiyada, Volqa boyunda milyonlarla adamlar acından tələf 
oldular.  SSRİ  məkanında  bu  illər  daha  ağır  keçirdi.  1917-ci  ildə  Oktyabr 
çevrilişi  baş  verdi.  Ölkə  daxilində  vətəndaş  müharibəsi  başladı.  Qardaş 
qardaşa,  oğul  ataya  güllə atırdı.  Ölkə  daxilində  qanlı müba-ri-  zələrin  ardı 
arası  kəsilmək  bilmirdi.  Daxildə  xalq  düşməni  adı  ilə  milyonlarla  adamlar 
məhv  olunur  və  həbsxanalarda  çürüdülürdü.  Buna  Stalin  repressiyaları 
deyirdilər. 
1941-ci  ildə  alman  faşistləri  II  Dünya  müharibəsini  başladılar.  Bu 
müharibə  50  mln  nəfərin  ölümünə  səbəb  oldu.  SSRİ-nin  2  mindən  artıq 
şəhəri, 100 minlərlə kəndlər və yaşayış məntəqələri yerlə yeksan olundu. 
Müharibə zamanı tərəflər texniki üstünlüyə malik olmaq üçün bir-biri ilə 
rəqabət aparırdı. Bu rəqabət texnikanın inkişafına səbəb olurdu. 
1950-ci  ildə  beynəlxalq  turistlərin  sayı,  1940-cı  illə  bərabərləşdi  və 
sonrakı illərdə sürətlə çoxalmağa başladı. 
7.2.
 
TURİZMİN QLOBALLAŞMASI VƏ BEYNƏLMİLƏLLƏŞMƏSİ 
İlk  zamanlarda  beynəlxalq  turizm  aristokratların  və  burjuaziya 
nümayəndələrinin  əyləncəsi  idi.  Ona  görə  ki,  ancaq  bu  təbəqənin  səyahət 
etmək üçün kifayət qədər pulu və boş vaxtı olurdu. 
XX əsrdə baş verən hadisələr və proseslər Planetin simasını kökündən 
dəyişmişdir.  İki  Cahan  müharibəsi,  çevrilişlər,  iqtisadi  böhranlar,  kolo- 
nializmə  qarşı  aparılan  müharibələrin  qələbəsi,  elmi-texniki  inkişaf,  soyuq 
müharibə,  bunlar  hamısı  cəmiyyəti  dəyişdirmişdir.  Atom  və  hidrogen 
bombalarının  icad  olunması  və  Xirosima  və  Naqasaki  şəhərlərində  tətbiq 
olunması .\alqlara anlatdı ki, artıq müharibələrin heç bir perspektivi yoxdur. 
Yeni  müharibələr  insanların  kökünü  kəsə  bilər.  Müxtəlif  ictimai  sosial 
sistemlərin bir yerdə yaşaması və əməkdaşlıq etmələri qırılmazdır. 
Sosializm və kapitalizm sistemlərinin bir-biri ilə əməkdaşlıq etməsi, sülh 
yolu ilə rəqabət aparması uzun müddət sülhün bərqərar olmasına səbəb oldu. 
İqtisadi inkişaf başladı. 
Müharibə və böhranlardan zəifləmiş ölkələr və insanlar dirçəlmək üçün 
beynəlxalq  turizmə  çox  böyük  ümid  bəsləyirdilər.  Dünyanın  xalqları  artıq 
anladılar  ki.  müharibələrin  və  böhranların  yaralarını  tək  başına  sağaltmaq 
qeyri-mümkündür. İnsan cəmiyyətini Yer üzərində saxlamaq 
5 7  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə