Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

T U R İ Z M  
Afanasiy  yazır  ki.  Uzun  Həsən  II  Mehmetin  Azərbaycanı  işğal  etmək 
planından xəbərdar olur və müharibəni birinci başlayır. Osmanlı Sultanı II 
Mehmet  çox  qüvvətli  idi.  Ona  görə  də  Uzun  Həsən  Türkiyənin  Toqat, 
Amasya  şəhərlərini  alıb  Aralıq  dənizi  sahillərinə  çıxmağa  və  Venesiyanın 
hərbi  donanması  ilə  birləşməyə  can  atırdı.  Afanasiy  Uzun  Həsənin 
qoşunlarının  qəddarlığından  və  vəhşiliyindən  də  yazırdı»*.  O,  Ərzicandan 
Trabzona gəlir. Trabzondan Qara dənizə, Feodesiyaya gəlir, burada qalır və 
öz kitabının əlyazmasını bitirir. Sonra Tverə yola düşür. Lakin vətənə gəlib 
çata bilmir. Yolda xəstələnir, Smolensk şəhərində vəfat edir. Yol yoldaşları 
onun  əlyazmasım  Moskvaya  çatdırırlar.  Onun  dostları  və  qohumları 
Afanasinin  əlyazmasını  «Üç  dəniz  arxasına  səyahət»  kitabı  adı  ilə  çapa 
buraxırlar. Bununla da, Nikitin Afanasinin Hindistana və Azərbaycana səfəri 
haqqında  xəbərlər  yayılır.  Səyahət  zamanı  Nikitin  3  qitədə  olur  (Avropa, 
Asiya və Afrika) və 3 dənizi arxada qoyur. Ona görə də, kitab: «Üç dəniz 
arxasına səyahət» adlamr. 
5.2.
 
MARKO POLO VƏ AZƏRBAYCAN 
Azərbaycan Şərqlə Qərbi Avropa ölkələrini birləşdirən Böyük İpək yolu 
dəhlizində  yerləşdiyinə  görə  X  əsrdən  başlayaraq  sürətlə  inkişaf  edir  və 
Aralıq dənizi ölkələrinin diqqətini özünə cəlb edirdi. Vətənimizin tarixindən 
maraqlı məlumatlar verən Avropa səyyahlanndan biri də Venesi- yalı Marko 
Polodur.  1254-cü  ildə  o.  Yaxın  və  Orta  Şərq  ölkələri  ilə,  o  cümlədən 
Azərbaycanla  geniş  ticarət  əlaqələri  saxlayan  Venesiya  tacirlə-  rindəndir. 
Onun  atası  Nikolo  və  əmisi  Matteo  da  tacir  idilər  və  ticarət  məqsədi  ilə 
müxtəlif  Şərq  ölkələrini  gəzib  dolanırdılar.  Onlar  1255-ci  ildə  Monqol 
hökmdarı Xubilay xanın Pekində qəbulunda olmuş və onun tapşırığını yerinə 
yetirmişlər. Bununla əlaqədar, onlar II dəfə 1271-ci ildə yenidən Pekinə yola 
düşməli  olurlar.  Bu  dəfə  atası  17  yaşlı  oğlu  Polonu  da  özləri  ilə  səyahətə 
aparırlar.  Bu  səfər  çox  uzun  keçir  və  3  il  yarım  davam  edir.  Onlar  Kiçik 
Asiyanı. İraqı, İranı, Azərbaycanı və Orta Asiyanı keçib 3 il yarımdan sonra, 
1275-ci ildə yenidən Pekinə çatırlar. Marko Polo 17 il Monqol xanına xidmət 
edir  və  monqolların  hakimiyyəti  altında  olan  ölkələri  başdan-başa  gəzib 
dolanır.  O.  monqol  dilini və  başqa  Şərq  xalqlarının dillərini,  onların  həyat 
tərzini, adət-ənənələrini yaxından öyrənir*. 
Polo atası kimi zirək və işgüzar Venesiya taciri idi. O. hansı bir ölkəyə 
gedirdisə, o ölkənin bazarına baş çəkir, .sənətkarlıq və ticarət malları ilə 
Y. Malımııckn. S.'^yyalılaı .\/.ırba\cana c.Mir. Hakı. I98C). 
' ’ 4 3  


YEGANLI S.T.. HACIYEV E. M. 
maraqlanırdı.  Onun  Azərbaycan  haqqında  verdiyi  məlumatlar  orta  əsr 
Azərbaycanını  iqtisadi  cəhətdən  xarakterizə  edirdi.  O,  Azərbaycan 
sənətkarlığına yüksək qiymət verirdi. O yazırdı: «Burada şəhərlər və qalalar 
olduqca çoxdur. Çoxlu ipək var. İpəkdən çoxlu ipək parçalar toxuyurlar. Belə 
gözəl  ipək  parçalara  heç  yerdə  rast  gəlməzsən.  Dünyada  ən  gözəl  xalçalar 
burada  olur.  Hər  şey  burada  boldur.  Əhali  sənətkarlıq  və  ticarətlə  məşğul 
olur»*. 
Azərbaycan  iqtisadiyyatına  verilən  bu  cür  qiymət  heç  də  təsadüfü 
deyildir. Çünki orta əsrlərdə Azərbaycan ipəyi ancaq Şərqdə deyil, Avropada 
da  böyük  şöhrət  qazanmışdır.  O  vaxtlar  Azərbaycan  ipəyinin  əsas  alıcısı 
Venesiya və Qenuya tacirləri idi. Ona görə ki, artıq bu ölkələrdə manufaktura 
inkişaf etmişdir. Aralıq dənizi ölkələri ilə belə ticarət əlaqələrinin inkişafına 
səbəb  İtaliya  gəmilərinin  Xəzər  dənizinə  girməsi  olmuşdur.  Onlar  Volqa  - 
Don  -  Qara  dəniz  yolu  ilə  Xəzərə  gəlirdilər.  Genuyanın  gəmilərinin  Xəzər 
dənizində üzməsini Marko Polo da təsdiq edir. Bu çox maraqlı məlumatdır və 
keçmişdə bu dənizlərin əlaqəsi olmasını bir daha sübut edir. 
Polo öz kitabında yazır: «Xəzər dənizində Genuya tacirləri bir az əvvəl 
üzməyə  başlamışlar».  Onun  Təbriz  haqqında  verdiyi  məlumatlar  da  çox 
maraqlıdır. O yazır: «Azərbaycan şəhərlər və qalalar ölkəsidir. Lakin Təbriz 
bu şəhərlərdən ən gözəlidir». 
Polo  Təbriz  haqqında  yazılarında  yenə  də  əvvəlki  kimi  ticarət  və 
sənətkarlıqdan,  bahalı  zərxarə  ipək  parçalardan,  qiymətli  daş  qaşdan,  ətirli 
meyvə bağlarından, gözəl memarlıq abidələrindən və orada olan bolluqdan 
bəhs edir. Avropa və Asiyadan, o cümlədən İtaliya, Genuya, Venetsi- yadan 
gələn tacirlər Təbrizdə çoxlu qazanc götürürdülər. Bundan başqa, o, Təbrizin 
yaxşı yerdə yerləşməyini, bura Hindistandan, Bağdaddan, Mosuldan və başqa 
yerlərdən  müxtəlif  malların  gətirilməsini  və  beləliklə  də.  Avropa  və  Asiya 
ticarətində əlaqələndirici rol oynadığını göstərmişdir. Polo Xəzər dənizindən 
yazarkən qeyd edir ki, «bu dənizdə çayların ağzında çoxlu balıq olur. Nərə 
balığı, qızıl balıq və başqa balıqlar çoxdun>. Səyyah Azərbaycanın təsərrüfat 
sahələrindən birinin də balıqçılıq olmasını təsdiq edir. Azərbaycanın şimalına 
səyahət edən Polo yazırdı: «Gürcüstana yaxın bir tərəfdə bir fəvvarə var ki. 
oradan  külli  miqdarda  yağ  tökülür.  Bu  yağ  o  qədər  çoxdur  ki.  onunla  bir 
dəfəyə yüzlərlə gəmi doldurmaq olar. O yağı yeməyə işlətmək olmaz, lakin o 
yağ yanır və yaxşı işıq verir. Dəvəyə də o 
* P.K. (,}u\cr. Xocdcnic n;« Vosti'k vcncüianskt>qo qosl."» M.ırko Polo. L.. 
1929. 
44 


T U R İ Z M  
yağdan sürtəndə qaşınması götürülür. Bu yağ-dan ötrü adamlar çox uzaqlardan 
gəlirlər, ona görə ki, bu yağdan başqa yerdə yoxdur»*. 
Bu sözləri Polo Böyük İpək yolunu səyahət etdiyi zaman yazmışdır. Bu 
sözlərdə  söhbət  Naftalandan  gedir.  Həqiqətən,  dünyada  analoqu  olmayan 
Naftalan o vaxtdan bəri yüz minlərlə insanlara şəfa gətirmişdir. 
Beləliklə, qədim dövrlərdən fəaliyyət göstərən Böyük İpək yolu Avropa 
tacirlərinin tez-tez səfər etdiyi yol olmuşdur. 
1295-ci  ildə  Marko  Polo  vətənə  qayıtmaq  istəmişdir.  Lakin  bu  zaman 
Venesiya  ilə  Genuya  arasında  müharibə  gedirdi.  Polo  əsir  düşmüşdür,  onu 
həbsxanaya  salmışdılar.  Həbsxanada  Polo  Şərq  ölkələrinə  səyahəti  zamanı 
başına  gələnləri  bir  nəfər  məhbus  yoldaşına  danışmış  və  həmin  adam  Po- 
lonun  danışdıqlarını  fransız  dilində  qeydə  almışdır.  Marko  Polonun  bu 
səyahətləri «Marko Polonun kitabı» kimi qısa müddətə başqa dillərə tərcümə 
olunmuş  və  bütün  dünyaya  yayılmışdır.  Hindistana  dəniz  yolu  axtaran  X. 
Kolumb  bu  kitabdan  istifadə  etmişdir.  Bu  kitab  Polonun  gəzdiyi  ölkələrin 
coğrafiyası,  tarixi  haqqında  qiymətli  mənbədir.  Kitab  avropalıların  bilik 
dairəsini  əsaslı  surətdə  genişləndirdi,  ordan-burdan  eşitdikləri  ölkələr 
haqqında müfəssəl məlumat verdi. Marko Polonun - yerdən çıxarılan, yeyiləsi 
olmayan,  lakin  yana  bilən  qara  daşların  (kömürün)  hasilatı,  yerin  təkindən 
fontan verən yağ, yeyiləsi olmayan, lakin yanan və yananda çoxlu işıq verən 
yağ haqqında olan məlumatlarına təəccüblənir və bunları möcüzə kimi qəbul 
edirdilər.  Onun  kitabında  Azərbaycan,  Rusiya,  Böyük  İpək  yolu  və  s. 
haqqında da ətraflı məlumatlar verilirdi. 
İlk  d.əfə  1375-ci  ildə  düzəldilmiş  dünyanın  atlasında  Polonun 
məlumatlarından geniş istifadə olunmuşdur. Sonralar nəinki tacirlər, həm də 
xristian  dininin  təbliğatçıları  -  missionerlər  də  Şərq  ölkələrinə  səyahətlər 
edərdi  və  buradakı  ölkələr,  xalqlar  haqqında  məlumatlar  toplamağa 
çalışırdılar. Eyni zamanda, bu səyyahlar Azərbaycana da çox gələrdilər. Uzun 
sürən  səyah:»tləri  zamanı  onlar  xalqımızın  tarixini,  sənətkarlığını  və 
qonaqpərvərliyini öyrənirdilər. Onlardan biri də Kastiliyalı (İspaniya) Klavi- 
xo olmuşdur. 
4 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə