Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
  1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası



AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
SƏRBƏST İŞ 
Tələbə: Səidə Hümbətova
Fakültə: Filologiya 
İxtisas: Xarici dil müəllimliyi(ingilis dili üzrə) 
Kurs:1 
Qrup: 2310B 
Fənn: Mülki Müdafiə və tibbi biliklərin əsası 
Müəllim: Aliyə Ahverdiyeva
Mövzu: 1)Azərbaycan Respublikası ərazisində ehtimal olunan təbii 
fəlakətlər və bu zaman əhalinin davranışı
2) Sığınacaqlar, quruluşu, əhəmiyyəti və onlara verilən tələblər
3) Sarğıların əsas qoyulma qaydaları, əhəmiyyəti 
4) Dərmanların parenteral yeridilməsi
5) Dəm qazı, xlor və amonyak ilə zəhərlənmələr, əlamətləri, ilk tibbi 
yardım 
 
BAKI-2023 


Azərbaycan Respublikası ərazisində ehtimal olunan təbii fəlakətlər və 
bu zaman əhalinin davranışı 
Respublika
ərazisində
ehtimal
olunan təbii səciyyəli Fövqəladə
Hallar
 
Bunlara aşağıdakılar aiddir: 

Təhlükəli geofiziki hadisələr (zəlzələlər, vulkanlar); 

Təhlükəli geoloji hadisələr (torpaq sürüşməsi, sellər, ucqunlar); 

Təhlükəli hidroloji hadisələr (daşqınlar, su basma hadisələri); 

Təhlükəli təbii yanğınlar (meşə-çöl yanğınları və s.)- nəzarətdən çıxmış 
odun alovun kor təbii sürətlə yayılmasından ibarətdir. Meşə yanğınları ağac və 
kolları məhv edir, qiymətli fauna (heyvanat aləmi) zərər çəkir. Yaşayış 
məntəqələrinə yaxınlıqda yerləşən meşədə baş verən yanğınlar daha təhlükəlidir. 
Belə hallarda əhalinin evləri və digər əmlakı məhv olur. İnsanlarda müxtəlif 
dərəcəli yanıqlar, bəzən ölüm halları baş verir. Respublikanın kənd rayonlarında 
meşə yanğınları (meşələr ərazinin 11 faizini təşkil edir), qış və yay otlaqlarında, 
yetişmiş arpa və buğda zəmilərində, pambıq sahələrində yanğınlar ola bilər; 

Fəlakəttörədici güclü küləklər (surəti saniyədə 29 m-dən artıq) ölkənin 
müxtəlif rayonlarında demək olarki, hər il qeyd edilir. 
Azərbaycanın coğrafi mövqeyi, relyefinin mürəkkəbliyi, Xəzər dənizinin
sahilində yerləşməsi, bol günəş işığı və istiliyi ilə təmin olunması, müxtəlif növ 
hava kütləsinin təsirinə məruz qalması, burada çox mürəkkəb və özünəməxsus 
hidrometeoroloji şəraitin yaranmasına səbəb olmuşdur. 
Planetimizdə müşahidə edilən 11 iqlim şəraitindən 9-u Azərbaycanda 
mövcuddur. 
Həmçinin, respublika ərazisi 8-9 bal gücündə ehtimal olunan aktiv seysmik 
zonada yerləşir. 
Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən Azərbaycanın əra-
zisində 15-dən artiq növdə cürbəcür təhlükəli təbii hadisələr müşahidə edilir. Bun-
lardan ən dagıdicı təsirə malik olanlar: subasma, daşqın, eroziya, zəlzələ, sürüşmə, 
sel, daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan və s.-dir. Bu 
hadisələrin bəziləri gözlənilmədən baş verir və qisa müddətli olur (məs: zəlzələ, 


sürüşmə, uçqun, çökmə, burulğan), lakin böyük maddi itkilər və insan tələfatı ilə 
nəticələnir. Digərləri, məsələn, daşqın, eroziya-uzun miüddət tədricən inkişaf edir, 
nadir hallarda insan tələfatına səbəb olur, lakin çox ağır iqtisadi itkilər törədir. 
Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə verir. Bütün kortə-
bii təhliükələri aşağıdakı növlərə aid etmək mümkündur: geofiziki, hidrometerolo-
ji, geoloji təhliükəli hadisələr, infeksion (yoluxucu) xəstəliklər və təbii yangınlar. 
Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir. 
Azərbaycan Respublikasnın 20-dən artıq şəhəri və bir neçə yüz digər yaşayış 
məntəqələrində daşqın təhlükəsi mövcuddur. Belə təhlükənin əsas mənbəyi leysan 
yağışları, qarın sürətlə əriməsi, bəndlərin, su sədlərinin dağilması, uçqun və sürüş-
mələrdir. Daşqınlar nəticəsində respublikaya dəyən illik orta statistik zərər 250-600 
min manat hüdudlarında dəyişir. 
Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, fəlakətli subasma 
(daşqın), sürüşmə və uçqunlar, təbii yanğınlar, epidemiyalar, epizotiyalar, marxal 
kimi təbii fəlakətlər daha tez-tez baş verə bilər. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə