Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya


SEL Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

 SEL
Respublikanın ərazisini aşağıdakı sel təhlükəli rayonlara ayırmaq 
mümkündür:

Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları; 

Kiçik Qafqaz dağlarının şimal-şərq yamcları; 

Naxçıvan Muxtar Respublikası; 

Talış dağları. 
Bunlardan, daha güclü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu 
Qaraçay (Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki 
rayonu), Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz 


rayonu), Qilqilçay, Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gəncəçay 
(Xanlar rayonu), Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası). 
Böyük və Kiçik Qafqazın yamaclarından axan digər çaylarda, sel törədə 
bilər. Belə sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, bağları 
məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik 
xətlərini, tikililəri və. s. dağıdır. Azərbaycan dünyanın selə ən çox məruz qalan 
ölkələrindən biridir; respublika əhalisinin beş faizindən çoxu sel qorxulu ərazilərdə 
yaşayır. Azərbaycan əhalisinin 1 milyon nəfəri daima sel təhlükəsi altında yaşayır. 
18 inzibati rayonun ərazisində yerləşən 100-dən çox şəhər və kəndlər fasilələrlə və 
ya müntəzəm olaraq sellərə məruz qalır. 
Sürüşmə və uçqunlar
Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə, yamacın aşağı sürüşməsi 
Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı
(Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay, Pirsaatçay
ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin 
Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da müşahidə edilir. Talış dağları 
zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir.
Sürüşmə və uçqun halları Şamaxı – Qobustan ərazisinin dağlıq hissəsini,
Qobustan-Qaradağ və şərqi Abşeronun qismən düzənlik hissəsini də əhatə edir. 
Bir çox hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə