Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya


Fəlakətli daşqınlar və subasmalar



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Fəlakətli daşqınlar və subasmalar
Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Mingəçevir, 
Araz, Şəmkir, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, Ağstafaçay, Vayxir, 
Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nəticəsində
yaxud digər səbəblərdən yarılarsa və ya yuyularsa geniş sahələrdə fəlakətli 
daşqın və ya, subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, 
respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin 
əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik 
xətləri, buradakı bina və qurğular müxtəlif dərəcədə dağılar və ya su altında 
qalar.


Sığınacaqlar, quruluşu, əhəmiyyəti və onlara verilən tələblər 
Mülkü müdafiənin əsas üsullarından biri mühafizə qurğularından istifadə 
edilməsidir. Sülh və müharibə dövrlərində baş vermiş fövqəladə hadisələr zamanı 
əhalinin sığınacaqlarda yerləşdirilməsi xüsusən böyük şəhərlərdə əhalinin 
evakuasiya edilməsi mümkün olmadıqda çox böyük əhəmiyyətə malikdir. Təkcə 
müharibə dövründə deyil, sülh şəraitində də baş verən fövqəladə hadisələrdə 
əhalinin sağlamlığı və həyatının qorunmasında mülki müdafiənin sığınacaq və 
qurğularından istifadə olunur. 
Mühafizə qurğuları fondunun daha da mükəmməlləşdirilməsi, gücləndirilməsi 
aşağıdakı yollarla həyata keçirilir. 
• Sosial məişət obyektlərinin yerləşdirilməsi üçün şəhərin yeraltı ərazisinin 
istehsal, təsərrüfat məqsədi ilə və əhalinin mühafizəsi üçün istifadə edilməsi. 
• Zirzəmi və digər yeraltı ərazilərdəki sığınacaqların daha da yararlı olması 
məqsədilə mükəmməlləşdirilməsi üçün qeydiyyata alınmalı, insanların mühafizəsi 
üçün metropolitenlərdən də istifadə edilməlidir. 
• Təhlükəli dövrlərdə çatışmayan qurğular daha sadələri ilə əvəz edilməlidir. 
Son dövrlərdə əhalinin mühafizəsi üçün mülki müdafiə vasitələrindən istifadə 
edilməsi qaydası yaradılmışdır. Sülh dövrlərində bunlardan təşkilatların, 
müəssisələrin, idarələrin ehtiyacları üçün istifadə edilir. Kimin hansı 
mülkiyyətində olmasından asılı olmayaraq onların balansında mülki müdafiə 
vasitələri varsa onları qorumalı və lazım olduğu zaman 12 saat müddətində yararlı 
vəziyyətə gətirməlidirlər. 
Mühafizə qurğularının təsnifatı aşağıdakı xüsusiyyətlər üzrə aparılır: 
• Təyinatına görə – texnika və mülkiyyətin qorunması, əhalinin mühafizəsi 
(sığınacaqlar, radiasiya əleyhinə sığınacaqlar və sadə sığınacaqlar) 
• Konstruksiyasına görə – açıq tipli ( xəndək, boşluq), qapalı tipli 
(sığınacaqlar və radiasiya əleyhinə sığınacaqlar ). 
Əhalinin müharibə və sülh dövründə fövqəladə hallar zamanı baş verən 
təhlükələrdən qorumaq üçün kollektiv mühafizə üsullarından istifadə olunur (mülki 


müdafiənin mühəndis qurğuları). Əhalinin müharibə və sülh dövründə ən etibarlı 
mühafizə vasitəsi sığınacaqlar hesab olunur. 
Sığınacaqlar insanların qəzalardan, sülh şəraitində baş verən təbii 
fəlakətlərdən, həmçinin müharibə dövrü üçün xarakter fövqəladə hadisələrin—
kütləvi qırğın silahlarının və müasir adi qırğın vasitələrinin zədələyici amillərinin 
təsirindən qorunmaq üçün nəzərdə tutulub. Sığınacaqlar zəhərləyici maddələrdən 
bakterial vasitələrdən, yanğın zamanı alovun, yüksək hərarətin və zərərli 
qazların təsirindən, partlayışlar zamanı dağıntılardan mühafizə edir. Bir sözlə 
mühafizə qurğuları insanları FH bütün zədələyici amillərindən qoruyur. 
Sığınacaqlarda həyai fəaliyyətini təmin edən qəza-xilasetmə dəstələri və əhalini 
mühafizə edən məntəqələr yaradılır: ərzaq, ilkin tibbi yardım, zədələnmiş insanları 
toplayan, isidici və s. 
Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə təchiz olunur. 
Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və kənarda quraşdırıla bilər. 
Daxili sığınacaqlara binaların tərkibində olan zirzəmilər, xaricdə quraşdırılanlara 
isə binadan kənarda quraşdırılmış sığınacaqlar aiddir. 
Sığınacaqların təsnifatı 
Sığınacaqlar aşağıda sadalanan xüsusiyyətlərə görə təsnif olunur: 
• mühazə xüsusiyyətlərinə görə; 
• yerləşdiyi əraziyə görə; 
• həcminə görə; 
• tikilmə tarixinə görə; 
• konstruksiya materiallarına görə; 
• elektrik enerjisi ilə təminatına görə; 
• filtr-ventilyasiyaların quraşdırılmasına görə; 
• sülh şəraitində istifadə məqsədinə görə. 
Həcminə görə sığınacaqlar: 
• kiçik – 150 insan yerləşən; 
• orta ölçülü – 150 – 600 insan yerləşən və 
• böyük həcmli – 600-dən çox insan yerləşə bilən növlərə. 


150 nəfərdən az tutumu olan sığınacaqlar o halda inşa edilir ki, həm yerli 
şərait, həm də iqtisadi nöqteyi-nəzərdən sərfəli olsun. 1000-2000 nəfərlik tutumu 
olan sığınacaqlar inşa edilərkən tikintinin adambaşına maya dəyəri aşağı düşür. 
Yerləşdiyi əraziyə görə: 
• Tikililərdə (binanın zirzəmi və baza hissələrində) 
• Metropolitendə və dağ oyuqlarında 
• 
Kənarda 
yaradılanlar 
(bina 
tərkibində 
olmayanlar) 
Tikildiyi yerinə görə:: 
• binanın tərkibində tikilənlər və 
• binanın xaricində tikilənlər. 
Binanın tərkibində tikilənlərə zirzəmiləri, dağ şaxtalarını aid etmək olar. 
Tikilmə vaxtına görə: 
• sülh dövründə əvvəlcədən tikilənlər və 
• 
boş 
meydançalarda 
yaradılan 
tez 
tikilən 
sığınacaqlar. 
Tikilmə materiallarına görə: 
• meşə materiallarından tikilənlər, 
• daş divarlılar, 
• dəmir-betonlu (dəmir – betonlular tikiliş növünə görə bir neçə növə bölünür: 
dəmir – monolit, monolit və dəmir. Geniş yayılan dəmir – monolitlilərdir) və 
• parçadan tikilənlər. 
Enerji təminatına görə: 
• şəhərin elektrik xəttlərilə təmin olunanlar və 
• şəhərin elektrik xəttləri ilə yanaşı həm də qoruyucu mənbə ilə təmin olunan. 
Filtro-ventilyasiyaların quruluşuna görə: 
• sənaye istehsallı ventilyasiya qurğuları və 
• sənaye istehsalına uyğunlaşdırılmış sadələşdirilmiş ventilyasiya qurğuları 
Sığınacaqların hava təminatı adətən 2 rejimdə həyata keçirilir: 
• təmiz vertilyasiya (1-ci rejim), 
• süzücü vertilyasiya (2-ci rejim). 


• Atom stansiyaları yerləşən rayonlarda, kimyəvi təhlükəli obyektlərdə, 
mümkün subasma və yanğın zonalarındakı sığınacaqlarda tam və ya hissəvi təcrid 
rejimi (3-cü rejim) tətbiq edilir. 
Sülh dövründə istifadəsinə görə sığınacaqlar bir neçə məqsədlə istifadə 
olunur: 
• istehsalat müəssisəsi kimi; 
• anbar kimi; 
• təmir briqaların və növbətçi personalın istifadəsi üçün, 
• müalicə müəssisələrinin yardımçı məntəqəsi kimi; 
• idman, qarajlar, dayanacaqlar, nəqliyyat və piyada tunelləri kimi; 
kollektorlar kimi. 
Yerin altında quraşdırılmış (zirzəmi) sığınacaqlar ona görə etibarlıdır ki, onlar 
yerin alt qatına davamlı materiallarla tikilir, giriş və qəza çıxışı olur. Çirklənmiş 
havanın içəri daxil olmaması üçün sığınacaqlar hermetikləşdirilir və filtr-
ventilyasiya qurğuları quraşdırılır və hava orada təmizlənir. Insanlar sığınacaqda 
bir neçə müddət qalırlar, hətta dağılmış sığınacaqlarda belə insanlar bir neçə sutka 
qala bilərlər. Yanğınlardan, kimyəvi maddələrdən sığınacaqda etibarlı mühafizə 
sığınacaqları əhatə edən bölgədən, sanitar-gigiyenik qaydalara əməl etməkdən və 
insanların sığınacaqda rahat yaşamasını təmin edəcək şəraitdən asılıdır. 
Ən geniş yayılmış sığınacaqlar istehsal, ictimai və yaşayış binalarının zirzəmi və 
yarımzirzəmində quraşdırılmış sığınacaqlardır. Həmçinin binalardan kənarda da 
sığınacaqlar quraşdırılır. Belə sığınacaqlar üstdən və yanlardan torpaqla örtülür. 
Onlara yeraltı keçidlər və qalereyalar, metropoliten və dağ oyuqları daxildir. 
Sığınacaqlar əhalinin çox yerləşdiyi yerlərdə quraşdırılmalıdır. Bütün sığınacaqlar 
giriş və çöl qapının yanında işarəylə bildirilir. İnsanların daldalanmasının təşkili, 
planlaşdırılması və təminati müvafiq Mülki müdafiə xidmətlərinə həvalə edilir. 
Onlar əsas planlaşdırma sənədlərini hazırlayır, sığınacaq və daladalanacaqlara 
gedən yolları müəyyənləşdirir və yerləşdiriləcək insanlara bu barədə məlumat 
veririlər. Sənədləri tərtib etməzdən əvvəl qurğuların yerləşdirilməsi və müdafiə 
sistemləri dəqiqləşdirilir.



Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə