Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya


Dəm qazı, xlor və amonyak ilə zəhərlənmələr, əlamətləri, ilk tibbi



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Dəm qazı, xlor və amonyak ilə zəhərlənmələr, əlamətləri, ilk tibbi 
yardım 
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə 
görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. 
Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu 
qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun 
yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam 
getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm 
qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. 
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik 
törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində 
qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. 
Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında 
(alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) 
dördüncü yeri tutur. 
Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik 
göstərilmədikdə 
sonluq 
arzuolunmaz 
hadisələrlə 
nəticələnə 
bilər. 
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. 
Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin 
əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan 
birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara 
daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) 
başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və 
toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, 
həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır. 
İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda 
zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından 
zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda 
avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 
dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı 


ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, 
başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 
0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs 
almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs 
mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır. 
Atmosfer havasına dəm qazı əsasən 2 yolla daxil olur: 
1. Təbii mənbələrdən daxil olan dəm qazı. 
2. Antropogen mənbələrdən daxil olan dəm qazı. 
Təbii yolla dəm qazı əsasən metanın və digər karbohidrogenlərin iştirakı ilə 
zəncirvari 
reaksiya 
şəklində 
atmosfer 
havasına 
daxil 
olur. 
Antropogen mənşəli dəm qazı isə insanların qızdırıcı cihazlardan düzgün istifadə 
etməməsi nəticəsində əmələ gəlir. Eyni zamanda daxili yanma mühərriklərinin 
işləməsi nəticəsində əmələ gələn dəm qazı da bu qrupa aiddir. 
Dəm qazı ilə zəhərlənmənin səbəbləri: 
– suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş 
qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir); 
– soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması; 
– standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan 
istifadə edilməsi; 
– sobanın qapağının vaxtında bağlanmaması; 
– yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması; 
– tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi; 
– sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması; 
– sobada və borularda çatların və nasazlıqların olması; 
– insanların yanğın ocaqlarında olmaları; 
– qarajda avtomobilin işlək vəziyyətdə olması; 
– qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis 
olması; 
İlk tibbi yardım: 
– təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək; 


– əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya 
oksigenlə təmin etmək mümkün deyilsə, onda “CO” markalı əleyhqazlardan 
istifadə etmək olar; 
– əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu 
qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu 
özünə gəlsin; 
– otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı 
tərk etmək; 
– 
dəm 
qazının 
otağa 
daxil 
olmasının 
qarşısını 
almaq; 
Dəm qazından zəhərlənmənin profilaktikası: 
– dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar 
mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim 
ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, 
otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə 
təmizlənməlidir. 
– adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki 
dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə 
xüsusi əleyhqazlardan istifadə edilir. 
Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından 
ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. 
Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator 
vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə 
zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə 
əleyhqazlarla dəm qazının konsentrasiyası 10% -ə qədər olan şəraitdə də nəfəs 
almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen 
və s. kimyəvi maddələrdən də qorunmaq olur. 


ƏDƏBİYYAT SİYAHISI 
1.
H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (dərs 
vəsaiti). Bakı – 2010. 
2.
H.O.Ocaqov Zəhərli maddələr və onlardan mühafizə (dərs vəsaiti) Bakı – 
1998 
3.
H.О.Оcаqov «Мülki müdafiə (Fövqəladə hallarda həyat fəaliyyətinin 
təhlükəsizliyi). Bakı-2010. 
4.
H.О.Оcаqov, А.İ.Hacıyev. Sabitliyi pozan amillər və onların nəticələrinin 
xarakteristikası. Bakı-2003. 
5.
“Daxili işlər orqanlarında mülki müdafiənin təşkili və həyata keçirilən 
tədbirlər”. (tədris-metodiki vəsait ) Bakı – 2005. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə