Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya


Xaçabənzər və ya səkkizəbənzər sarğı



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Xaçabənzər və ya səkkizəbənzər sarğı. 
Sarğının bu tipi xarici görünüşünə 
görə bədənin mürəkkəb hissələrinə bint sarımaq üçün münasibdir. 


Sünbülşəkilli sarğı. 
Bu, səkkizəbənzər sarğının bir növüdür. 
Bütün barmaqlar üçün sarğı («cəngavər əlcəyi»). 
Bir neçə barmağa ayrı-
ayrılıqda bint sarımaq lazım gəldikdə binti barmağa spiral şəklində sarıyıb sonra 
onu biləyin xarici səthi üzrə aparır və bu üsulla ayrı-ayrılıqda digər barmaqları da 
sarıyırlar. Sol əldə sarğı çeçələ barmaqdan, sağda isə baş barmaqdan başlanır. 
Sarğını girdə dövrələrlə biləyin ətrafında tamamlayırlar. 
Başın sadə sarğısı (papaqcıq). 
Kəllənin təpəsi papaq şəklində qayıdan sarğı 
ilə örtülə bilər. Binti başın ətrafına iki dövrə sarıyaraq, burunun üst hissəsini və 
ənsə qabarı nahiyəsini əhatə edirlər. Sonra binti öndə büküb onu başın yan səthi 
üzrə dairəvi dövrədən bir qədər yuxarı çəpinə aparırlar. Bu sarğını iki bintlə etmək 
daha rahatdır. 
Yüyən tipli sarğı. 
Bunu aşağı çənənin yaralanmaları və ya sınıqları zamanı, 
çıxıqları yerinə saldıqdan sonra və s. müvəffəqiyyətlə tətbiq etmək olar. 
Bir göz üçün sarğı. 
Sarğı başın ətrafında girdə dövrələrlə başlanır, belə ki, 
sağ göz üçün binti soldan sağa, sol göz üçün isə əksinə, sağdan sola aparırlar. Binti 
üfüqi dövrələrlə bərkidib, onu arxadan aşağı, ənsəyə salladır və xəstə tərəfdən 
qulağın altından, yanaqdan yuxarı çəpinə aparıb, onunla xəstə gözü bağlayırlar. 
Çəp dövrəni dairəvi dövrə ilə bərkidir, sonra yenidən çəp dövrə edərək əvvəlki 
dövrənin yarısını örtürlər. Beləliklə, növbə ilə çəp və dairəvi dövrələr edilərək 
gözün bütün sahəsi örtülür. 
Qulaq nahiyəsi üçün sarğı. 
Bir qulağa və məməyəbənzər çıxıntıya 
neopolitan sarğısı adlanan sarğı qoymaq rahat olur. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə