Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya


Sarğıların əsas qoyulma qaydaları, əhəmiyyəti



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Sarğıların əsas qoyulma qaydaları, əhəmiyyəti 
Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə 
ayırırlar. 
Möhkəmləndirici sarğılar. 
Yara nahiyəsində sarğı materiallarını bərkitmək 
üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabənzər, bintdən, yapışqanlı və 
plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq 
üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı 
qoyulduqda ona təzyiqedici sarğı deyilir. 
Hərəkətsiz və ya immobilizasiyaedici sarğılar 
ən çox sakitlik şəraiti 
yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədilə 
tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi, sümüklərin sınıqlarını, sümük-
oynaq vərəmini, bəzi kəskin iltihabi prosesləri müalicə etdikdə, sümüklərdə və 
oynaqlarda edilən operasiyalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya digər 
hissəsinin vəziyyətini düzəltmək məqsədilə qoyulduqda ona düzəldici sarğı deyilir. 
Hərəkətsiz sarğılar şinalı, nişastalı, yapışqanlı və gipsli ola bilər. 
Ləçək sarğıları. 
Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlik və 
zədələnmələrində, körpücük sümüyünün sınıqlarında və s. əli asmaq üçün tətbiq 
edilir. 
Yuxarı ətrafı dirsəkdən düz bucaq altında büküb, ləçəyi saidin altından 
keçirir, onun uzun uclarından birini (yuxarı) xəstə əl tərəfdən körpücük sümüyünün 
üstünə qoyurlar; ikinci ucu aşağı sallanır, ləçəyin zirvəsi isə dirsəyin altından 
xaricə çıxır. Ləçəyin aşağı ucunu xəstə əlin önündən yuxarı bükür, onu sağlam 
tərəfin çiyni üstündən arxada boyuna aparıb, ləçəyin digər ucu ilə bağlayırlar. 
Ləçəyin zirvəsini dirsəyin ətrafına dolayıb onun önündə sancaqla sarğıya 
bərkidirlər. 
Sapandabənzər sarğılar. 
15 - 20 sm uzunluqda orta hissəsi bütöv qalmaqla 
hər iki ucu boylama istiqamətdə kəsilmiş, 75 - 80 sm uzunluqda enli lent şəklində 
tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Buruna, çənəyə, ənsəyə, təpəyə 
kiçik sarğılar qoymaq üçün sapand qolay olur. 



Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə