Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Bint sarğıları. 
Eni 5 sm-dən 10-20 sm-dək olan lent şəklində tənzif parçasına 
(nadir hallarda başqa parçaya) bint deyilir. Bintin enini bədənin hansı hissəsinə 
sarğı qoyulmasından asılı olaraq seçirlər. 5 sm enində ensiz bint barmaqları 
sanmaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər saidi, çiyini, baldırı və başı 
sarımaq üçün tətbiq edilir. Enli bintlərlə (9-18 sm) buda və gövdəyə sarğı qoymaq 
rahat olur. Bintin uzunluğu, adətən, 5-7 m-dən artıq olmur. Yumşaq, 
yağsızlaşdırılmış, yüksək hiqroskopikliyə malik tənzifdən hazırlanmış bintlər daha 
çox işlədilir. Tənzif bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı 
modelləşir. 
Bint sarımağın qaydaları. 
Sarğını yaxşı qoymaq üçün praktikada 
təkmilləşmiş 
bintsarıma 
qaydalarına 
ciddi 
riayət 
etmək 
lazımdır. 
Binti sarıyarkən xəstənin vəziyyəti rahat olmalıdır. Bədənin bint sarınan hissəsi 
tamamilə hərəkətsiz olmalı və ona bint sarğısından sonra gözlənilən vəziyyət 
verilməlidir. 
Bintin möhkəm sarınması üçün onun başcığı bədənin bintlə sarınan hissəsindən 
kənarda olmamalı, bint bunun üstündən sarınmalıdır. Bintin hər dövrəsi əvvəlki 
dövrənin yarısını və ya üçdə iki hissəsini örtməlidir. Bint sarğısını binti 
bərkitməklə tamamlayırlar. Bintin ucunu uzununa iki «quyruğa» cırıb və ya kəsib 
bint sarınmış ətrafa dolayaraq, yaranın qarşı tərəfində bağlamaq olar. Bintin lap 
ucundan yox, 5-7 sm uzaqda cırmağa başlamaq və sonra axıra qədər parçalamaq 
yaxşıdır. Binti tikmək və ya onun ucunu sarğıya sancaqlayıb bərkitmək də olar. 
Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olmamalı, bintin dövrələri sarğıdan 
ayrılmamalıdır. 
Dairəvi sarğı. 
Biləyi, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat 
olur. Binti dairəvi sarıyaraq hər bir qabaqkı dövrəni tamamilə örtürlər. 
Spiral sarğı. 
Sarğını 2-3 dəfə dairəvi, sonra isə spiral şəklində sarıyır və 
əvvəlki dövrəni qismən (üçdə iki hissəsini) örtürlər. Bint sarımağın istiqamətindən 
asılı olaraq sarğı qalxan və ya enən ola bilər. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə