Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

Boyun üçün sarğılar. 
Boyunun yuxarı hissəsində ənsənin xaçabənzər 
sarğısını qoymaq olar. Onun dövrələrini dairəvi dövrələrlə növbələşdirmək 
lazımdır. 
Boyunun aşağı hissəsini və bütün boyunu bintlə sarıdıqda, dairəvi dövrələri qoltuq 
nahiyəsinin üzərindən gələn ənsənin xaçabənzər və kürəyin sünbülşəkilli 
sarğılarının dövrələri ilə tamamlayırlar. 
Sadələşdirilmiş sarğılar. 
Sadələşdirilmiş sarğılar çox müxtəlif olub, rahat 
qoyulur. Onları bədənin ayrı-ayrı hissələri üçün xüsusi olaraq, parçalardan biçib 


düzəldirlər. Məsələn, əl üçün sarğı dördbucaq parçadan biçilib düzəldilə bilər. 
Burada barmaqlardan ötrü dəliklər açırlar.Yapışqanlı maddələrlə (leykoplastır, 
kleol və s.) bərkidilən sarğıların bint sarğılarına nisbətən bir sıra üstünlüyü vardır. 
Onlar sarğı materiallarının sərf edilməsi baxımından sərfəli, texniki cəhətdən 
sadədir. Sarğı qoymaq üçün çox vaxt tələb olunmur, xəstəni sıxıb ona əziyyət 
vermir. Hazırda bu sarğılar geniş tətbiq edilir. 
Leykoplastırla sarğı. 
Leykoplastır lentinin eni müxtəlif olaraq rulonlar 
(makaralar) şəklində buraxılır. O quru dəriyə yaxşı yapışır, lakin uzun müddət 
işlətdikdə plastırın altındakı dəri qıcıqlanır, sarğı islandıqda isə (irinlə və s.) 
dəridən qopur. Kiçik yaranın üstündə sarğı materialını saxlamaq üçün 
leykoplastırın parçasını sarğının üzərinə qoyub plastırın sərbəst kənarlarını dəriyə 
yapışdırırlar. 
 


Dərmanların parenteral yeridilməsi 
Dərmanların parenteral ( həzm yollarına düşmədən) yeridilməsi inyeksiya 
(iynə ilə yeritmək) vasitəsi ilə həyata keçirilir: 1) dəri daxilinə; 2) dəri altına; 3) 
əzələ daxilinə; 4) vena daxilinə; 5) arteriya daxilinə; 6) qarın və plevra 
boşluqlarına; 7) ürəyə; 8) döş sümüyü iliyinə; 9) onurğa beyni kanalına; 10) hər 
hansı xəstə ocağa. Dərmanın tez və dəqiq dozada yeridilməsi bu üsulun əsas və 
yaxşı cəhətlərindən biridir( dərman dəyişikliyə uğramadan bilavasitə qana 
keçir). İnyeksiyanı şpris və iynə ilə edirlər. Şpris mayeni yeritmək və sormaq 
üçün sadə nasosdur. Şprisin əsas hissələri: iki deşiyi olan içiboş silindr (böyük 
deşik porşen, kiçik deşik isə konusvari olub, iynə taxmaq üçündür) və oxlu 
porşen, habelə dəstəkdən ibarətdir. Silindrin üzərində bölgülər vardır. Porşen 
silindrin divarlarına kip toxunaraq, onda sərbəst hərəkət etməlidir. Şprisin 
aşağıdakı növləri vardır: “Rekord”, “Lu Lyuer”, kombinə olunmuş şpris, birdəfə 
vurulan şpris. İnyeksiya iynələri bir başı çəp kəsilmiş, digər başında şprisin 
konusuna taxmaq üçün kanula, yaxud muftası olan metal borucuqdan ibarətdir. 
İynələr xrom-nikelli poladdan hazırlanıb. 
Dəri daxilinə inyeksiya – ən səthi inyeksiya sayılır. Dəri daxilinə 
inyeksiyaları diaqnostika məqsədi ilə ( vərəmi Mantu sınağı, brüsellozu – burne 
sınağı) dərmana həssaslığı müəyyən etmək və yerli anesteziya (keyitmə) üçün 
tətbiq edirlər. 
Diaqnostika məqsədi ilə yeridilən mayenin miqdarı 0,01-1 ml-dir. İynənin 
uzunluğu 15 mm, en kəsiyi - 0,4 mm. İynənin 40-45 olan ən nazik və qısa iynə 
və bir qramlıq yaxşı kip şpris götürülür. Diaqnostik allergiya sınaqları və 
dərmanlara həssaslığı müəyyən etmək üçün sınağa saidin içəri səthinin dərisinə 
edirlər. İnyeksiya yerini spirtlə silir və dəri quruyana qədər bir az gözləyirlər. 
İynənin kəsiyini yuxarı və iti bucaq altında, demək olar ki, dəriyə parallel 
vəziyyətdə saxlayaraq, ucunu azca dəriyə elə batırırlar ki, onun yalnız deşiyi 
dəriyə verir və təyin olunmuş miqdarda maye yeridilir. 
Dəri altına inyeksiya – daha dərin inyeksiyadır. Onun dərinliyi 15 mm-dir. 
İynənin uzunluğu 20 mm, en kəsiyi 0,4 mm. Dərialtı inyeksiya çox vaxt 


bazunun və budun xarici səthinə, nadir hallarda kürək və qarın nahiyyələrinə 
vurulur. Sol əllə inyeksiya yerində dərini büküb tuturlar və iti hərəkətlə 45 
bucaq altında iynəni kəsik yeri ilə yuxarı tutaraq iynəni 15 mm dərinliyə onun 
əsasına yeridirlər. 
Əzələ daxilinə inyeksiya – Əzələ daxilinə o dərmanları yeridirlər ki, onlar 
dəri 
altına 
vurulduqda 
ya 
güclü 
qıcıqlanma 
verir 
(akrixin 
məhlulları, maqnezium-sulfat, müalicə), yaxud yavaş sorulur( biyoxinol, 
bitsillin). Əzələ daxilinə inyeksiya üçün lazımi dərəcədə enli deşiyi 0,8-1 mm, 
uzunluğu 6-8 sm olan iynə götürülür. Əzələ daxilinə inyeksiyanı sarğı 
nahiyyəsinə edirlər. Sarğı əzələsi dörd kvadrata bölünür və iynə yuxarı xarici 
kvadrat nahiyyəsinə 90 bucaq altında vurulur. 
Vena daxilinə inyeksiya – çox vaxt təxirəsalınmaz yardımın göstərilməsi 
zamanı tətbiq olunur. Vena daxilinə inyeksiyalar dirsək nahiyyəsinin venasına, 
bəzi hallarda said nahiyyəsinin, əlin xırda venalarına, uşaqlarda isə gicgah 
venalarına vurulur. Vena daxilinə inyeksiyanı vuran zaman mütləq aşağıdakıları 
yadda saxlamaq lazımdır ki, o, birbaşa qana keçir və aseptika qaydaları 
pozulduqda, dərmanın dozası normadan artıq olduqda, venaya havanın və yağlı 
məhlulun düşməsi ölümlə nəticələnə bilər. 
İynənin uzunluğu 40 mm, en kəsiyi isə 0,8 mm olmalıdır. Xəstə uzanmış və 
ya oturmuş olur. Xəstənin dirsək nahiyyəsinin altına yastıq qoyulur (ətrafın 
dirsək nahiyyəsində maksimal açılma üçün). Bazu nahiyyəsinin orta hissəsinə 
köynəyin və salfetin üstündən rezin turns qoyulur, lakin nəbz vurğuları mil 
arteriyasında dəyişməməlidir. Xəstədən bir neçə dəfə barmaqları yumub-açmaq 
təklif olunur. Bunun nəticəsində qan durğunluğu əmələ gəlir, vena qabarır. 
Spirtlə isladılmış pambıqla venanı periferiyadan mərkəzə doğru silmək. Şprisi 
əlimizə götürürkən şəhadət barmağımız iynənin konyulyasını, ya muftasını fiksə 
edir, qalan barmaqlar isə şprisin silindrini əhatə edir. Şprisdən hava köpükləri 
çıxardılır. Sol əlimizlə dirsək nahiyyəsində dəri periferiya tərəf dartılır, vena 
fiksə olunur.



Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə