Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ Tələbə: Səidə Hümbətova Fakültə: Filologiya



Yüklə 407,51 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix29.11.2023
ölçüsü407,51 Kb.
#142902
1   2   3   4   5   6   7   8   9
Hümbətova Səidə, 2301B. Mülki Müdafiə və tibbi biliklərin əsası

 Zəlzələ
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Geologiya institutu 
tərəfindən tərtib edilmiş, respublikanın seysmik rayonlaşdırma xəritəsinə görə
bütün ərazisi 12 ballıq şkala üzrə, əsasən 8 (dağıdıcı) baladək, bəzi zonaları isə, 9 
(viranedici) bal gücündə zəlzələ ehtimallı region hesab olunur. Bu da, zonalarla 
ərazinin 1/4-ni əhalinin isə, 20 %-ni təşkil edir. 
Qeyd olunanları nəzərə alaraq, respublikamızın ərazisi aşağıdakı 
zonalarla müəyyən olunur:

Abşeron yarımadasında 100 ildə bir dəfə ehtimal edilən 8 bal güclü zəlzələ 
zonası; 

Respublikanın şimal Xəzəryanı sahilində, Dərbənd seysmik zonasının 
davamı sayılan və 1000 ildə bir dəfə ehtimal edilən 9 bal güclü zəlzələ zonası. Bu 
sahənin dəniz akvatoriyasında 7-8 bal güclü zəlzələlər daha tez-tez baş verir, lakin 
bunlar sahilə 5-7 bal gücündə çatır; 



Böyük Qafqazın cənub yamajlarında yerləşən 9 bal güclü Şamaxı, İsmayıllı- 
Balakən zəlzələ zonası. Burada belə zəlzələ 1000 ildən bir, zonanın mərkəzi 
hissəsində isə, 100 ildən bir baş verməsi ehtimal edilir; 

Kiçik Qafqaz dağlarının 9 baladək gücü olan Gəncə-Göygöl zonası. Burada 
8-9 bal gücündə zəlzələ 1000 ildən bir, onun mərkəzi hissəsində isə, hər 100 ildən 
bir ehtimal olunur; 

Naxçıvan Muxtar Respublikasının bütün ərazisini, 9 bal ehtimallı zəlzələ 
zonası əhatə edir; 

Talış zonası da, yüksək seysmik təhlükəli rayon hesab edilir. 
Vulkan
Azərbaycan Respublikası ərazisində fəaliyyətdə olan maqmatik vulkanlar 
olmasa da, palçıq vulkanları geniş yayılmışdır. Yer kürəsində 26 ölkə ərazisində 
qeydə alınmış 850-yə yaxın palçıq vulkanının 300-dən çoxu ölkəmizin Orta və 
Aşağı Kür çökəkliyi, Şamaxı-Qobustan regionu, Abşeron yarımadası, Bakı 
arxipelağı, Xəzər dənizi akvatoriyası ərazilərində yerləşir. Quruda 190, Xəzərin 
Azərbaycan sektorunda 120 palçıq vulkanı və vulkan təzahürü öyrənilmişdir. 
Hündürlüyünə görə ən yüksək palçıq vulkanı Şamaxı-Qobustan vilayətinin cənub-
şərqində Böyük Hərami silsiləsində Babiküm dağı ətrafında yerləşən vulkan 
təzahürləri və Torağay vulkanı sayılır. 

Yüklə 407,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə