Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   114

YEGANU S.T.. HACIYEV ELM. 
da  Eskadro  Kalikuta  şəhərinə  çatdı.  Burada  portuqaliyalıları  ticarət  rəqibi 
kimi qəbul etdilər və onlara mal satmadılar. Nəhayət, böyük çətinliklə onlar 
başqa  şəhərdə  -  Kannanore  şəhərində  ticarət  edə  bildilər.  İki  ildən  sonra, 
orada  olan  çətinliklər  nəticəsində  ekipajın  yansım  itirən  Vasko  da  Qama 
çoxlu  qızıl  və  ədviyyatla  vətənə  qayıtdı.  Portuqaliya kralına  ağırlığı  30  kq 
olan  ilahəni  hədiyyə  kimi  gətirmişdilər.  İlahənin  gözləri  zümrüddən  idi, 
döşündə  isə  qoz  boyda  rubin  asılmışdır.  Bu  dövrdən  başlayaraq,  Sü-  veyş 
kanalı tikilənə qədər (XIX əsrin 60-cı illəri) Avropanın Asiya ilə əsas ticarət 
yolu Afrikanın cənub ətrafından keçirdi. 
Portuqaliya  XVI  əsrdə  strateji  əhəmiyyəti  olan  ticarət  şəhərlərini  və 
yollannı ələ keçirdir, qüvvətlənir və geniş bir sahədə imperiya yaradır. Belə 
strateji  əhəmiyyəti  olan  şəhərlərdən  biri  Qırmızı  dənizdən  Hind  okeanına 
girişdə  yerləşən  Aden  fars  körfəzindəki  Ormiz  idi.  Beləliklə,  onlar  Yaxın 
Şərqdən Qırmızı dəniz vasitəsilə Hindistana gedən yollara nəzarət edirdilər. 
O zamanlar Avropanın ən böyük ticarət mərkəzi Lissabon olmuşdur. 
Xristofor  Kolumbun,  Vasko  da  Qama  və  Ameriqo  Vespuççinin  və 
başqalarının  Amerikaya  səyahətləri  çoxlarının  səyahətə  və  varlanmağa 
həvəsini artırdı. Qızıl, gümüş, daş-qaş, var-dövlət və sərvət toplamaq hərisliyi 
minlərlə adamları öz bəxtlərini yoxlamaq üçün bu uzaq ölkələrə səfər etməyə 
sövq edirdi. 
6.3.
 
FERNAN MAGELLANIN İLK DÜNYA SƏYAHƏTİ 
Böyük  coğrafi  ixtiralar  Qərbi  Avropa  ölkələrinin  iqtisadi  inkişafı 
nəticəsində mümkün ölmüşdür. Beynəlxalq arenada iki ölkə - Portuqaliya və 
İspaniya kəşf etdikləri ölkələri talan edir və həddən artıq varlanırdılar. Bu iki 
ölkə biri-birilə rəqabət apararaq işğalçılıq siyasətini genişləndirirdi. 
Portuqaliyada  gəmiqayırma  sürətlə  inkişaf  edirdi.  Yeni  gəmi  növləri  - 
karavella hazırlanırdı. Bu gəmilər mürəkkəb yelkən  sisteminə malik idilər, 
hətta  küləyin  əks  istiqamətində  belə  sürətlə  üzə  bilirdilər.  Onların  sürəti 
saatda 12 milə çatırdı. Çox da böyük ölçüləri olmayan bu gəmilərin böyük, 
yük götürmək (100-120 ton) qabiliyyəti var idi. O dövrdə Avropada kompas 
hazırlanırdı. Bucaq ölçənlər və başqa cihazlar gəminin koordinatlarını təyin 
edib onun olduğu yeri aydınlaşdıra bilirdi. Odlu silah təkmilləşdirilirdi. Ət 
məhsulunu  duzlamaq  yolu  ilə  saxlamaq  olurdu.  Bunlar  hamısı  uzun  sürən 
səyahətlərin təhlükəsini azaldırdı. 
Dünya  Okeanının  vahid  olması  ideyasını  hələ  antik  dövrün  alimləri 
müdafiə edirdilər. Miletskiy e.ə. VI-V əsrlərdə, bir əsr sonra Herodot bu 
Di 


T U R İ Z M  
İdeyanın tərəfdan idilər. Strabon Eratosvenə əsaslanaraq yazırdı ki, «Pri- ney 
yarımadasından  dəniz  yolu  ilə  Hindistana  çatmaq  ideyası  realdır».  Rodjer 
Bekon  və  Böyük  Albert  orta  əsrlər  Avropasının  görkəmli  alimləri  idilər. 
Onlar  hesab  edirdilər  ki,  qərb  istiqamətində  üzə-üzə  Avropadan  Asiyaya 
çatmaq olar. 
Kartoqrafıya inkişaf edirdi. Florensiyalı Paolo Qoskanellinin XV əsrdə 
tərtib etdiyi xəritədə Atlantika okeanı bir tərəfdən Avropa sahillərini, o biri 
tərəfdən  isə  Yaponiya  və  Çinin  sahillərini  əhatə  edirdi.  Bu  da  Yerin  şar 
formasında olmasına işarə idi. 
İlk dünya səyahətinə Portuqaliya dövləti də maraq göstərirdi. Bu heç də 
təsadüfi deyildi. Şahzadə Qenrixin böyük dəniz donanması var idi. 1438-ci 
ildə o, Saqris şəhərində dəniz məktəbi, okeanda ulduzlarla dəniz yolunu təyin 
etmək  üçün  observatoriya  təşkil  etmişdir.  Bu  şəhərdə  dəniz  səyahətlərinə 
həsr olunmuş kitablar və xəritələr toplusu yaratmışdır. 
Dünya  səyahətinə  hazırlanmış  gəmilərə  rəhbərlik  Portuqaliyamn  uzaq 
əyalətlərinin  birindən  olan  Fernan  Magellana  tapşınldı.  O,  əvvəllər  də 
müxtəlif  səyahətlərdə  iştirak  etmişdir.  Bu  səyahətlər  zamanı  o,  quldurluq 
etməkdən  də  çəkinmirdi.  Asiyaya  qərb  istiqamətində  üzərək  yol  açmaq 
planını Magellan ilk dəfə Portuqaliya kralı Manuelə təklif edir. Lakin Manuel 
qəti  rədd  cavabı  verir.  Magellan  yaşamaq  üçün  İspaniyaya  köçür  və  öz 
təklifini İspaniya kralına təkrar edir. İki ildən sonra V Karlın razılığını alır. 
1519-cu  ilin  20  sentyabrında  Magellanın  rəhbərliyi  altında  tərkibində 
beş gəmi olan donanma İspaniya sahillərini tərk edir. Portuqaliya hər vasitə 
ilə bu səyahətə maneçilik törədirdi. Hətta Magellana qarşı sui-qəsd də təşkil 
olunmuşdur. 
Qibraltar boğazını keçdikdən sonra donanma Kanar adalarına istiqamət 
götürür.  Daha  sonra  isə  cənubi-qərbə  dönür.  Noyabnn  axırları  Braziliya 
sahillərinə yaxınlaşır. Dekabrın ortaları isə Santa-Lyuçiyaya çatır. Orada indi 
Rio-de-Janeyro  yerləşir.  Aprelin  əvvəllərində  donanmada  üsyan  baş  verir. 
Üsyançılar gəmilərin üçünü ələ keçirdirlər. Gəmilər arası müharibə başlayır. 
Böyük  çətinliklə  Magellan  üsyanı  yatırdır.  Ən  balaca  «Santyaqo»  gəmisi 
məhv  olur.  Santa-Krus  çayının  aşağı  axınında  içməli  su  və  ərzaq  ehtiyatı 
götürərək donanma yola düşür. 1520-ci ilin 21 dekabrında donanma körfəzə 
daxil olur. Sonralar bu körfəzə Magellanın adını qoyurlar. 
Magellanın yanında gündəlik yazan Piqofetta qeyd edir: «Bu  körfəzin 
uzunluğu 40 mil. eni isə 0..^ mildir. O. hər tərəfdən başı qarla örtülü hündür 
dağlarla əhatə olunub və başqa bir dənizə axırdı. O. sakit dəniz adını almışdır. 
Biz körfəzin dərinliyini ölçə bilmədik. Birdən bərk tufan qalxdı. 
 


YEGANLI S. T.. HACIYEV E. M. 
BİZİ ölüm gözləyirdi. Qəflətən bir döngəyə rast gəldik, bu döngədən sonra keçid 
başlayırdı. Gəmilər bu döngə ilə hərəkət edərək boğaza girdilər». 
Körfəzdə  «San-Antonio»  gəmisi  öz  başına  geri  qayıtdı.  Bu  gəminin 
bosmanı İ. Qomis imperatora Magellana qarşı ciddi ittihamlar söylədi. 
Noyabnn 28-i tərkibində üç gəmi olan donanma Sakit okeana daxil oldu. 
Onu  bu  cür  Magellanın  dənizçiləri  adlandırırdılar.  Ona  görə  ki,  üç  ay 
müddətində  dənizdə  bir  dəfə  də  olsun  nə  tufan,  nə  dalğa  olmadı.  Buna 
baxmayaraq, səyahət çox ağır keçirdi. Ərzaq qurtarmışdı, dənizçilərin çoxu 
sinqa xəstəliyinə tutulmuşdu. 19 nəfər bu xəstəlikdən dünyasını dəyişdi. 
Nəhayət  ki,  1521-ci  il  martın  əvvəllərində  gəmilər  əhalisi  çox  olan 
adalara  çatdılar.  Sonra  Filippin  adalarına  yaxınlaşdılar,  istiqaməti 
dəyişmədən  qərbə  üzərək  Sumatra  adasına  çatdılar.  Beləliklə,  Yerin  şar 
şəklində olması sübuta yetdi. 
Sebu  adasında  Magellan  etnik  iğtişaşa  qarışdı,  nəticədə  yerli  sakinlər 
tərəfindən  öldürüldü.  Axırıncı  «Viktoriya»  gəmisi  Xuan  Sebastyanm 
rəhbərliyi  altında,  bir  çox  bəlalardan  sonra  8  sentyabr  1522-ci  ildə  vətənə 
qayıtdı. 243 nəfərdən 19 nəfər salamat qalmışdır. 
XVI əsrdə İspaniya və Portuqaliya səyahətçilərindən başqa, Hollandiya 
dənizçiləri də çox vacib kəşflər etmişlər. 
Qızıl dövrün coğrafi kəşfləri vahid dünya sivilizasiyasının yaranmasına 
səbəb oldu. Amerikanın kəşf olunması dünyada vahid iqtisadi məkan yaratdı. 
Ticarət  mərkəzləri  və  yollan  böyük  dəyişikliklərə  uğradı.  Aralıq  dənizi 
əvvəllər dünya tarixində əsas ticarət əhəmiyyətinə malik idisə, böyük coğrafi 
kəşflərdən  sonra  öz  əhəmiyyətini  itirmişdir.  Əsas  ticarət  yollan  Atlantik 
okeanında və Şimal dənizində əmələ gəlmişdir. 
Böyük  coğrafi  kəşflər  səyahətləri  beynəlmiləlləşdirmişdir.  İqtisaditə- 
sərrüfat  fəaliyyətinə  Amerikanın.  Avstraliyanın  və  Okeaniyanın  xalqları 
qoşulurdu.  Bu  dövrdə  dominionlar  yaranmağa  başladı.  Bu  dövlətlər 
(İspaniya,  Portuqaliya,  Hollandiya,  sonralar  İngiltərə)  dominionların  var- 
dövlətini talan edib varlanırdılar. Dəbdəbəli saraylar tikilir, yollar salınırdı. 
1503-1660-cı illər ərzində ispanlar Amerika dominionlarından 181 ton qızıl 
və  17000  ton  gümüş  daşımışdılar  (M.B.  Соколова.  История  туризма. 
М..2002,стр.140.). 
Böyük  coğrafi  kəşflərin  tarixi,  eyni  zamanda  sənayesi  inkişafda  olan 
Avropa  ölkələrinə  qarşı  ittihamnamədir.  Avropa  sivilizasiyası  yeni  kəşf 
olunan  ölkələrin  qarət  olunması,  quldarlığın  bərpası,  bəzən  də  quldarlığa 
qarşı müqavimət göstərən xalqların məhv olması nəticəsində yaranırdı. An- 
til adalarının əhalisinin bütövlüklə məhv edilməsi buna parlaq misaldır. 
5A 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə