Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə22/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

T U R İ Z M  
İKİNCİ HİSSƏ 
BEYNƏLXALQ TURİZMİN COĞRAFİYASI 
Vin FƏSİL 
8.1.
 
BEYNƏLXALQ TURİZMİN COĞRAFİYASI KURSUNUN 
MAHİYYƏTİ, OBYEKTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 
Ümumiyyətlə turizm nə deməkdir? Gəlin bu sözün mənasını hərtərəfli 
araşdıraq.  Turizm  -  çoxmənalı  bir  sözdür.  Bu  sözün  ilk  sadə  anlayışı  - 
istirahət  və  səyahət  deməkdir.  Turizm  -  fransız  sözüdür  və  onun  mənası 
gəzinti, istirahət və əyləncə deməkdir. 
Lakin bu sözün başqa mənaları da var. Məsələn)[^rizm - insanın istirahət 
etdiyi  zaman  bütün  mürəkkəb  prosesləri  öyrbnən  və  onları  müəyyən 
istiqamətə yönəldən və tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə 
iqtisadiyyatının bir sahəsi kimi də qiymətləndiriri^ Turizm sözünün törəməsi 
-  «turistika»  sözü  -  turizmin  inkişafını  6>rənən  yeni  meydana  gəlmiş  bir 
elmdir. Turizmin başqa bir mənası isə - turistlərə göstərilən xidmət sahəsidir. 
Turizmin  müxtəlif  və  rəngarəng  mənalarını  öyrənmədən,  onun 
mürəkkəbliyini və dərinliklərini başa düşmək çox çətindir. 
[İnsan  təbiəti  elə  qurulmuşdur  ki,  o  həyatı  boyu  işləyir,  yaradır  və 
yonolanda  istirahət  edir,  itirdiyi  enerjisini  istirahət  zamanı  bərpa  edir  (bu 
prosesə rekrasiya da deyilir). Deməli, istirahət insana su kimi, hava və qida 
kimi lazımdır. {Doğrudan da, istirahətsiz, müsbət emosiyalar olmadan heç bir 
insan yaşaya və işləyə bilməz. 
Belə çıxır ki, istirahət insan həyatının ayrılmaz bir hissəsidir. Turizm isə 
insan həyatının bu hissəsinin təşkilidir. Nəticədə, insan yaşadıqca - turizm də 
yaşayacaq və inkişaf edəcəkdir. Turizm ona görə inkişafa məhkumd^^’* ki, 
əgər  əvvəllər  ayrı-ayrı  adamlar  səyahət  edirdilərsə,  hal-  hazırda  turizm 
kütləvi  şəkil  almışdır.  Ona  görə  ki,  müasir  dövrdə,  elmi-  texniki  inkişaf 
nəticəsində insanların həyatı daha gərginləşmiş, onlar daha tez-tez yorulur və 
nəticədə  istirahətə  ehtiyacları  çoxalır.  Başqa  bir  tərəfdən.  həyatda  əmələ 
gələn ekoloji böhranlar insanların istirahətə olan ehtiyaclarını daha da artırır. 


YEGANLI S.T.. HACIYEV E. M. 
8.2.
 
TURİZMİN İNSAN HƏYATINDA ROLU 
İnsanlar  tarix  boyu  öz  yaşından,  cinsindən,  milliyyətindən  və  məns  - 
biyyətindən asılı olmayaraq, bütün dövrlərdə istirahət etmişlər, yəni fironlar, 
feodallar,  kapitalistlər,  faşistlər,  kommunistlər,  demokratlar  öz  dövründə 
istirahət  etmişlər,  səyahətə  çıxmışlar.  Bəs  onda  səyahətlə  turizmin  fərqi 
nədədir? 
Səyahət  daha  qədim  anlayışdır.  Lakin  bu  iki  anlayış  bir-birindən  ay- 
nlmaz anlayışlardır və bir-birini tamamlayırlar. 
Səyahət  və  turizm  (travel  and  turizm)  -  bu  anlayışların  ikisi  də  insan 
həyatını,  onun  aktivliyini  səciyyələndirən  anlayışlardır.  Bu  anlayışlara 
istirahət, əyləncə, idman, ətraf mühitin öyrənilməsi, elm, mədəniyyət, tarixi 
və  dini  abidələrlə,  müxtəlif  xalqların  həyatı  və  ənənələri  ilə  tanışlıq  kimi 
ünsürlər daxildir. Bu anlayışlar insanların öz yaşadıqları məkandan fərqlənən 
şəhər, ölkə, qitə dəyişmələri ilə sıx bağlıdır. Bu iki anlayışın fərqi ondadır ki, 
qədim  zamanlarda  geniş  yayılmış  səyahətlərdə  zaman  və  məkan 
məhdudiyyətləri  yox  idi.  Dəvələrlə  və  ya  piyada  səyahətlər  (sonralar 
gəmilərlə)  aylar  və  bəzən  illərlə  davam  edirdi.  Bu  cür  səyahətlər,  kəşflər 
olmasaydı, bəlkə də insan cəmiyyəti indiki inkişaf mərhələsinə çatmazdı. 
Turizmin tarixindən göründüyü kimi, əsrlərdən bəri insanlar yer üzərində 
daim belə səyahətlər etmişlər. İlk zamanlarda bu səyahətlərin məqsədi yeni 
torpaqlar, təbii sərvətlər axtarmaq, tapmaq, ticarət və dini məqsədlərlə bağlı 
olmuşdur. Məsələn, Massaliyadan çıxmış (indiki Fransamn Marseli şəhəri) 
Pifiey eramızdan əvvəl 320-ci ildə bütün Avropanı səyahət etmiş, Britaniya 
adalanna və Norveçə kimi çatmışdır. O zamanlar bu səyahət fantastik səyahət 
hesab olunurdu. O, okean haqqında kitab yazmışdır. Başqa bir misal: Qədim 
Romalılar imperatorun icazəsi ilə Misirə və ya başqa Yaxın Şərq ölkələrinə 
istirahətə gedərdilər. 
İnsanlar  səyahət  etdiyi  zaman  onların  ətraf  mühit  haqqında  bilikləri 
zənginləşir,  təsəvvürləri  genişlənir  və  nəhayət,  onlar  özləri  də  dəyişirdilər. 
Aparılan ekspedisiyalar və səyahətlər yeni-yeni coğrafi ixtiralann açılmasına 
səbəb olur, elmə və praktikaya lazım olan həcmdə ümumiləşdirici materiallar 
toplamağa imkan verirdi. 
Beləliklə, səyahət və turizm qədim zamanlardan başlayaraq müasir dövrə 
qədər  çox  maraqlı  və  ziddiyyətli  bir  yol  keçmiş  və  luristika  elmini 
yaratmışdır.  Hal-hazırda  bu  elm  insanların  həyatında  mühüm  rol  oynayır. 
XIX-XX  əsrlərdə  bütün  sahələrdə  olan  elmi  və  texniki  ixtiralar,  xüsusilə 
nəqliyyat  və  informatika  sahələrində  baş  verən  yeniliklər  turizmin  yeni, 
kütləvi formasını yaratmışdır. Əgər qədim zamanlarda ayrı-ayrı varlı 
62 


T U R İ Z M  
adamlar,  yəni  tacirlər,  səfirlər,  məmurlar,  əyanlar  səyahətə  çıxırdılarsa, 
müasir dövrdə planetin əhalisinin Vs hissəsi turist səfərlərində iştirak edirlər. 
XX  əsrin  II  yarısından  başlayaraq  turizm  fenomenal  hadisəyə 
çevrilmişdir. Beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq 
əlaqələri möhkəmlədir. İqtisadi və mədəni əlaqələrin inkişafına təkan verir. 
Beynəlxalq turizm ölkələr arası iqtisadi inteqrasiya yaradır, valyutanın, işçi 
qüvvəsinin və kapitalın ölkələr arası sərbəst hərəkətinə zəmin yaradır. 
8.3.
 
TURİZMİN FORMASINA GÖRƏ NÖVLƏRİ 
Turizmin bir neçə müxtəlif növləri vardır. Bu müxtəliflik onun oynadığı 
roldan və məqsədlərindən doğur. Turizmin əsas iki müxtəlif forması - xarici 
və daxili turizm forması var. Xarici turizm ölkəni tərk edib başqa bir ölkəyə 
getməklə  bağlıdır.  Ona  görə  də  turizmin  bu  formasına  Beynəlxalq  turizm 
deyilir. Beynəlxalq turizm - başqa ölkəyə turizm səyahəti etmək deməkdir. 
Beynəlxalq  turizm  -  dövlətlərarası  müqavilələrə  əsasən  təşkil  olunan 
turizmdir.  Başqa  bir  ölkənin  sərhədini  keçmək  müəyyən  formal  amillərin 
yerinə  yetirilməsi  ilə  əlaqədardır.  Xarici  pasport,  viza,  gömrük  nəzarəti, 
deklorasiya kimi, dövlət rüsumu və s. Bu cür ünsürlərin hər biri ölkəni öz 
dövlət  sərhədlərini  terrorçulardan,  sərhədi  qanunsuz  keçənlərdən  və  s. 
qorumaqdan  ötrüdür.  Bu  formallıqların  bərkiməsi  və  ya  zəifləməsi  ölkəyə 
turist axınını azalda və ya çoxalda bilər. Məsələn, valyuta nəzarətinin sərt- 
ləşməsi, turistlərin alıcılıq qabiliy-yətini zəiflədir, bu isə qəbul edən ölkənin 
ziyanmadır. Məlumdur ki. xari-cə gedən turistlərin çoxu şopturizm məqsədi 
ilə gedir. Valyuta nəzarəti gəlmə turistlərin sayına təsir göstəriş' 
Ölkələrin çoxu bu cür formal tələbləri sadələşdirir, bu da turist axınını 
çoxaldır.  Məsələn,  Türkiyə  «torpaq  basdı»  vergisini  10$  qədər  aşağı 
salmışdır,  ölkəyə  daxil  olan  turistlərin  qeydiyyatını  birbaşa  uçuş  zamanı 
aparır. Ona görə də, Türkiyə 2001-ci ildə 14 mln. turist qəbul etmişdir. Bu cür 
rüsum  Azərbaycanda  da  l0$-dır.  buna  baxmayaraq  gəlmə  turistlərin  sayı 
müqayisə edilməz dərəcədə azdır (11,5 min nəfər. 2001-ci il). Bu onu göstərir 
ki,  dövlətimiz  bu  sahədə  çevik  siyasət  aparmır.  Xarici  turizmin  başqa  bir 
xüsusiyyəti, onun ölkə iqtisadiyyatına təsiridir. 
/  Əgər  ölkədən  xaricə  gedən  turistlərin  sayı  gələn  turistlərin  sayından 
çojcmırsa,  deməli  ölkədən  valyuta  xaricə  çıxarılır.  Gedən  turistlər  xarici 
ölkənin iqtisadiyyatına investisiya qoyur. Xarici ölkənin turizm infrastruk 
6.1 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə