Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

T U R İ Z M  
arası hörmət və etibann yaranmasına təsirinə həsr olunmuşdur. Konfransın 
yekun  sənədi  «Sülhsevər  səyyahın  əsasnaməsi»  adlandırılmışdır.  Sonrakı 
konfransların  hamısında  turizm  sülhün  aləti  kimi  qəbul  olunmuş  və  onun 
humanist xüsusiyyətləri qeyd olunmuşdur. 
Turizmin  elm  kimi  formalaşması  XX  əsrin  axırlarında  qəbul  olum 
muşdur.  Müxtəlif  ölkələrdə  elmi  Mərkəzlər,  universitetlər  və  tədris 
müəssisələri  yaranırdı.  Məsələn,  Monakoda  Prinsin  himayəsi  altında 
turizmin  Beynəlxalq  Akademiyası  yaradılmışdır.  Akademiya  turizm 
sahəsində  terminlərin  mənasını  araşdırır.  Yeni  turist  lüğəti  Akademiya 
tərəfindən fransız dilində tərtib edilmişdir. Sonra tərtib olunmuş lüğət ingilis, 
ispan, italyan və alman dillərinə tərcümə olundu. 
1981-ci ildə Rusiyada qeyri-hökumət təşkilatı olan Beynəlxalq Turizmin 
Akademiyası - (RMAT) yaranmışdır. Akademiyanın dörd fakültəsi fəaliyyət 
göstərir: 
1.
 
Turizmin menecmenti fakültəsi: 
2.
 
Ekoloji turizm fakültəsi; 
3.
 
İxtisas biliklərinin artırılması fakültəsi; 
4.
 
Qiyabi fakültə. 
Akademiya öz məzunlannı xaricə təcrübə keçmək üçün göndərir və 
Akademiyam bitirdikdən sonra onlara işlə təmin olunmaqda kömək edir. 
9.2.
 
BEYNƏLXALQ TURİZMİN STATİSTİKASI 
Beynəlxalq turizmin statistikasında əsas 2 bölmə çox vacibdir: ölkələrə 
daxil olan turistlərin sayı, onlara göstərilən xidmət nəticəsində əldə olunan 
gəlirin miqdarı və turizmə sərf olunan xərclər. Bu bölmələrin hər biri üçün 
ÜTT,  hesablanması  asan  mümkün  olan  üsullar  təklif  etmişdir.  Beynəlxalq 
turizmin statistikasının əsas məqsədi: 
1.
 
Turizm sənayesinin inkişafının planlaşdırılması; 
2.
 
Turizmin ölkə iqtisadiyyatında rolunun təyin olunması; 
3.
 
Turizm sahəsində tədqiqat işlərinin aparılması və onun inkişaf 
istiqamətlərinin təyinidir. 
Turizmin yaranması və inkişafı tarixi köklərlə bağlıdır. Lakin beynəlxalq 
turizmin  statistikası  XX  əsrin  1  yarısından  başlanmışdır.  1929-cu  ildə 
Avstriya  2  milyon  turist  qəbul  etmişdir.  İsveçrə  -  1.5  milyon.  İtaliya  -  1 
milyon və s. Lakin bu vaxt aparılan turist hesabatı ölkədə təhlükəsizliyi tə 
60 


V EGANLI S. T.. HACIYEV E. M, 
min  etmək:  məqsədi  güdürdü.  Turistlərin  sayı  ilə  o  qədər  də 
maraqlanmırdılar.  Turizmin  iqtisadiyyata  təsiri  də  bir  o  qədər 
öyrənilməmişdir. 
Müharibədən  sonra  (1950-ci  ildən)  turist  statistikası  yenidən 
öyrənilməyə başlandı. Lakin bu dəfə məqsəd başqa idi. 
Müharibə  çoxlu  dağıntı  və  səfalət  gətirmişdir.  Xalqların  iqtisadi 
vəziyyəti çox ağır idi. Belə vəziyyətdən çıxmaq üçün xalqlar turizmə çoxlu 
ümid bağlayırdılar. Dağıdıcı və dəhşətli II Dünya müharibəsindən sonra, bu 
ağır böhrandan çıxmaq üçün xalqların səylərini birləşdirməyə böyük ehtiyac 
var  idi.  Elə  bu  məqsədlə  1946-cı  ildə  BMT  yarandı.  II  Dünya  müharibəsi 
planetin iqtisadi və siyasi simasını kökündən dəyişdi. Vahid ictimai quruluş 2 
lagerə:  sosializm  və  kapitalizm  lagerlərinə  bölündü.  Bu  sistemlərə  birgə 
yaşamaq və rəqabət aparmaq imkanı yarandı. 
1960-cı  ildə  BMT  kolonial  ölkələrə  azadlıq  deklorasiyasını  qəbul etdi. 
İqtisadi cəhətdən geridə qalmış ölkələr müstəqilliyə qədəm qoydular. Lakin 
bu ölkələr həddindən artıq geridə qalmışdılar. Bu ölkələrdə iqtisadi və sosial 
inkişaf proqramları tərtib olundu. Bu proqramların həyata tətbiqində turizmin 
rolu çox böyük idi. Ona görə ki. turizmdə az sərmayələrlə qısa müddətə yaxşı 
iqtisadi nailiyyətlər əldə etmək mümkün olurdu. 
1963-cü  ildə  Roma  şəhərində  BMT  turizmə  həsr  olunmuş  özünün  I 
konfransını keçirdi. Konfrans turizmin hüquq məsələlərinə toxundu: «Hər bir 
şəxsin istədiyi ölkəyə sərbəst səfər etməyə ixtiyan var». Kon-frans bu şüar 
altında keçirildi. 
87 ölkənin nümayəndəsi, o cümlədən SSRİ konfransın yekun qərarlarını 
imzaladı.  Qəbul  olunan  qərarlar  turizmin  inkişafına  yeni  bir  təkan  verdi. 
Konfrans  beynəlxalq  turizmin  statistika  məsələsini  nizama  salmaq  üçün 
Regionlar üzrə Nəzarət Şuraları yaratdı. Bu Şuralar aşağıdakılardı: 
1.
 
Afrika Regional Turizm Şurası: 
2.
 
Amerika Regional Turizm Şurası; 
3.
 
Avropa Regional Turizm Şurası; 
4.
 
Yaxın Şərq Regional Turizm Şurası: 
5.
 
Cənubi Asiya Regional Turizm Şurası: 
6.
 
Şərqi Asiya və Sakit Okean Regional Turizm Şurası. 
Avqustun  1-i  1975-ci  ildə  Helsinki  şəhərində  33  Avropa  ölkəsinin,  o 
cümlədən ABŞ və Kanadanın iştirakı ilə Avropa təhlükəsizlik və əməkdaşlıq 
Şurası yarandı. Bu Şura turizmin inkişafını xalqlar arası əməkdaşlığın vacib 
bir hissəsi kimi qəbul edir və Avropada vahid turizm məkanının yaranması 
üçün çox işlər görür. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Şurası 
70 


T U R İ Z M  
(ATƏŞ) təklif edir ki, turizmin sərbəst gediş və gəlişinə mane olan bütün 
maneələr aradan götürülsün. 
1982-ci ilds Meksikanın Akapulka şəhərində ÜTT konfransı olmuşdur. 
Konfransın əsas iddiaları aşağıdakılardır: 
-
 
hər  bir hökumət  və  hər  bir  dövlət  öz  vətəndaşlarının istirahətə  və 
əməyə olan tələblərini yerinə yetirməlidir. Bu qərar ölkə konstitusiyasında öz 
əksini tapmalı və yerinə yetirilməlidir
-
 
beynəlxalq turizm bütün dünyada sülhün bərqərar olması üçün ən 
vacib ünsürlərdən biridir. 
Hər iki ildən bir ÜTT (Ümumdünya Turist Təşkilatı) konfrans təşkil edir 
və  turizm  inkişafının  ən  aktual  problemlərini  müzakirə  edir.  ÜTT-nin 
katibliyi Madriddə yerləşir. Katiblik müntəzəm olaraq regionlardan turizmin 
statistikası haqqında məlumatlar alır, bu məlumatları analiz edir və regionlara 
konkret təkliflərini göndərir. 
Turizm  səfərlərinin  regionlara  bölünməsi  çoxdan  formalaşmışdır. 
Regionlar arasında Avropa qabağa gedir. 1999-cu ildə Avropaya 386 milyon 
turist gəlmişdir. Bu da dünya üzrə gələn xarici turistlərin yarısından çoxdur. 
Gəlmə turistlər üzrə II yeri Amerika regionu tutur (127 milyon. 1999- cu il). 
Bu 2 region dünya gəlmə turistlərinin hissəsini təşkil edir. Buna baxmayaraq, 
axırıncı  45  ildə  xarici  gəlmə  turistlərin  dinamika-sı  kəskin  dəyişmişdir. 
Avropa və Amerikada orta illik artım 4.2 % olduğu halda, başqa regionlarda 
bu artım daha böyük sürətlə baş verir. Afrikada, Yaxın Şərqdə və Okeaniyada 
bu artım 12-dən 18 %-ə çatır. Beynəlxalq turizm zəif inkişaf etmiş ölkələrin 
inkişafında  mühüm  rol  oynayır.  Bəzi  ölkələrdə  dövlət  büdcəsinin  yarısı 
turizmin hesabına formalaşır. 
Şərqi  və  Cənubi  Şərqi  Asiya  və  Okeaniya  ölkələri  1997-98-ci  illərdə 
böhran  keçirmişdilər.  Lakin  1999-cu  ildə  region  iqtisadi  böhrandan  çıxa 
bilmiş və 94 milyon turist qəbul etmişdir. 
Baxmayaraq  ki.  Afrika  və  Yaxın  Şərq  ölkələrində  ümumi  turist  axını 
artmışdır,  lakin  bu  regionlar  dünya  turizm  hərəkatında  önəmli  yer  tuta 
bilməmişlər. 
XXI  əsrdə  beynəlxalq  turizmin  regional  strukturu  bir  qədər 
dəyişəcəkdir.  Lakin  Avropa  və  Amerikanın  turist  gəlmələrində  və  turizmə 
sərf  olunan  xərclərində  aparıcı  rolu  qalmaqda  davam  edəcəkdir.  ÜTT 
məlumatına görə 1994-cü ildə 8.2 milyard turist keçmələri hesaba alınmışdır. 
Bunun 70 %-i daxili turizmin hesabına olmuşdur. 
7 1  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə