Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

YEGANU S.T.. HACIYEV E. M. 
turu daha da inkişaf edir. Belə hallarda ölkədə mənfi turizm saldosu əmələ 
gəlir. 
Beynəlxalq  turizmin  ixracı  qeyri-adi  bir  formada  baş  verir.  Başqa 
məhsulların  ixracından  fərqlənərək  beynəlxalq  turizmdə  turist  özü  ölkəyə 
gəlir  və  onun  ölkədə  qəbul  olunması  və  ona  göstərilən  xidmət  turizm 
məhsulunun ixracı hesab olunur. Xarici turistin ölkəyə gəlməsi aktiv turizm 
adlanır, ölkədən getməsi isə passiv turizm adlanır. 
Beynəlxalq  turizm  beynəlxalq  iqtisadi  münasibətlərdə  mühüm  rol 
oynayır. Elmi-texniki inqilab, beynəlxalq əmək bölgüsü, elmi, mədəni, idman 
və digər sahələrdə xalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında 
başqa ölkələrin təcrübəsindən istifadə edirlər. 
Beynəlxalq turizmin inkişafı dünya iqtisadi sisteminin yaranmasında da 
mühüm rol oynayır. İnkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrə kömək 
edirlər.  Turizmin  «gediş-gəlişi»  nəticəsində  xalqlar  bir-birini  yaxşı  tamyır, 
insanlar  arasında  etibar  yaranır,  bu  isə  xalqlararası  konfliktlərin  yaranma 
ehtimalını azaldır. 
^Daxili  turizm  -  ölkə  daxilində  baş  verir.  Daxili  turizmin  inkişafı  ölkə 
iqtisadıyyatimn  artımında  mühüm  rol  oynayır.  Turizmin  ölkədə  inkişafı, 
başqa  sahələrin  də  inkişafına  təkan  verir.  Daxili  turizmin  inkişafı  xarici 
turizmin  inkişafına  zəmin  yaradır.  Ona  görə  ki,  daxili  turizm  ölkədə 
infrastruktur yaradır və həmin infrastrukturdan ölkəyə gələn xarici turistlər də 
istifadə edirlər. 
Bundan  başqa,  daxili  turizm  ölkə  daxilində  siyasi  və  iqtisadi  sabitlik 
yaradır.  Siyasi  sabitlik  ölkədə  ona  görə  möhkəmlənir  ki,  turizmdən  əldə 
olunan gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə və görülən əmək 
müqabilində paylanılır. Turizmdə isə bu qeyri-mümkündür. Turizm çoxlu iş 
yerləri yaradır. Turizm məhsulunu hasil etmək üçün çox adam iştirak edir. Bir 
nəfər  xarici  turistə  lazımi  səviyyədə  xidmət  göstərmək  üçün  9  iş  yeri 
yaratmaq gərəkdir. Eyni zamanda, bir nəfər xarici turistdən gələn gəlir bir ton 
xam neftin satışından əldə olunan gəlirdən çoxdur. 
Ümumiyyətlə  turizm  ümumi  turistlərin  80-90  %-ni  təşkil  edir.  Daxili 
turizmə sərf olunan xərclərin miqdarı xarici turizmdən 5-10 dəfə çox olur. 
Son zamanlar daxili və xarici turizm bir-biri ilə yaxınlaşır. Məsələn, Qərbi 
Avropada  bağlanan  Şenqen  müqaviləsi  ölkələr  arasındakı  sərhəd  formal- 
lıqlarım götürmüşdür. Turistlər maneəsiz bu ölkələri gəzə bilirlər. Bu ölkələr 
arası  sərbəst  turist,  işçi  qüvvəsi  və  kapital  axını  davam  etməkdədir.  Öl- 
kələrarası sərbəst turist zonası yaratmaqda Avropa digər regionlara nümunə 
göstərir. Avropa sərbəst turist məkanı yaratmağa can atır. 
64 


T U R İ Z M  
Turizmin  məqsədə  görə  başqa  növləri  də  vardır.  Lakin  belə  əlamətlərə 
görə  turizmin  növlərə  bölünməsi  çox  vaxt  mütəxəssislər  arası  mübahisəyə 
səbəb olur. Mübahisəsiz qəbul olunmuşdur ki, turizmin iki növü - əyləncə və 
istirahət, işgüzar turizm ən çox yayılmış növlərdəndir.  İstirahət və əyləncə 
məqsədi daşıyan turistlər ümumi türistlərin 70 %-ni təşkil edirlər. Bu növə 
sağlamlıq, idman, tarixi abidələrlə tanışlıq, ekoloji, sosial və bir çox turizmin 
başqa növləri də aiddir. 
^İşgüzar turizm çox vaxtı ezamiyyətlərlə bağlı olurlar. Turizmin bu növü 
rhükäfätfahmä ilə, konfransların, sərgilərin, qurultayların və başqa tədbirlərin 
keçirilməsi ilə əlaqədardır. İşgüzar turizm ümumi turizmin 10%- dən 20%-ə 
qədərini təşkil edir. 
Ədəbiyyatda turizmin başqa növləri də göstərilir. Məsələn: fərdi və ya 
qrup  tərkibində,  sosial  turist,  inklüzivtur,  etnik  və  ya  nastalji  tur,  macəra, 
kəndli-fermer turizmi, dini turizm və s. Turistlər nəqliyyatın növündən asılı 
olaraq da qruplara bölünürlər. 
6
.^ 


YEGANLI S.T.. HACIYEV E. M. 
IX
 FƏSIL
 
9.1.
 
KÜTLƏVİ TURİST TƏŞKİLATLARININ YARANMASI 
Dünyada  ilk  dəfə  qrup  şəklində  kütləvi  səyahətin  təşəbbüskan  və 
təşkilatçısı yazıçı və səyyah D. Qalinyani olmuşdur. Bu səfər 1815-ci ildə 
İngiltərədən  Fransaya  təşkil  olunmuşdur.  Bu  dövrdə  beynəlxalq  turizm 
sürətlə  inkişaf  etməyə  başlayır.  Kütləvi  turizmin  belə  sürətlə  inkişafının 
səbəbi kapitalizmin inkişafı idi. Kapitalizm özü ilə texniki tərəqqi gətirmiş və 
çoxlu sərvət toplamağa səbəb olmuşdur. Şəhərlər, yollar salınır, infrastruktur 
əmələ  gəlirdi,  evlər  və  saraylar  göyə  qaldırılırdı.  Külli  miqdarda  varlı 
adamlar  peyda  olurdu.  Var.  sərvət  daim  şənlik  və  firavanlıq  yaradır. 
Kapitalizm feodalizm sisteminə nisbətən mütərəqqi sistem idi. O, elmin və 
texnikanın sürətlə inkişafına səbəb olurdu. 
Bu dövrdə buxar maşını, daxili yanacaq maşını, elektrik maşınları ixtira 
olunur.  Yeni-yeni  nəqliyyat  növləri  əmələ  gəlir.  Yeni  ixtiralar  əməyin 
formasını  dəyişir.  Əmək  intensivləşir.  Bunlar  hamısı  birlikdə  kütləvi 
turizmin  yaranmasına  gətirirdi.  7-ci  fəsildə  kütləvi  turizmin  yaranma 
səbəbləri göstərilmişdir. 
II Dünya müharibəsindən sonra turizmin kütləvi formaya çevrilməsinin 
səbəblərindən biri də dünyada ölkələr arası gərginliyin götürülməsi və baş 
verən  sosial-siyasi  və  iqtisadi  proseslər  olmuşdur.  II  Dünya  müha-ri- 
bəsindən  sonra  müstəmləkə  və  yarım  müstəmləkə  sistemləri  dağıldı.  Yer 
əhalisinin  hissəsi  müstəmləkə  sistemindən  azad  olub  müstəqil  dövlətlər 
yaradaraq  inkişaf  etməyə  başladı.  Planetin  əhalisi  sürətlə  artmağa  başladı. 
1930-cu ildə əhalinin sayı 2 mlrd idisə, 1975-ci ildə iki dəfə artaraq 4 mlrd- a 
çatır. 1975-1995-ci illərdə, yəni 20 ildə Yerin əhalisi əlavə 2 mlrd da artır və 
6 milyarda çatır. 
Əhalinin belə sürətlə artmasına səbəb Dünyada sabitliyin yaranması və 
iqtisadi  artım  olmuşdur.  Kapitalizm  ictimai  quruluşu  sənayedə  və  kənd 
təsərrüfatında yüksək məhsuldar qüvvələr yaradırdı. Elm və texnika sürətlə 
inkişaf  edirdi.  Nəticədə  kafi  dərəcədə  gəliri  olan  orta  təbəqə  yaranırdı. 
Əhalinin sürətlə artması və iqtisadi dəyişkənlik turizmin inkişafına və kütləvi 
formaya çevrilməsinə səbəb olurdu. 
Sənaye  inqilabı  ilə  əlaqədar  əhalinin  yaşayış  səviyyəsi  və  həyat  tərzi 
yaxşılaşırdı. Fəhlə sinfi XX əsrdə 8 saatlıq iş gününün təyin olunmasına nail 
oldu.  Beş  günlük  iş  həftəsi  qəbul  olundu.  Bununla  əlaqədar,  «istirahət 
günləri»  turizmi  dəbə  düşmüşdür.  Bu  günə  kimi  istirahətin  bu  növü 
genişlənmək üzrədir. 
66 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə