Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
üçün  xalqlar  öz  səylərini  birləşdirməlidirlər.  Bu  məqsədlə  1946-cı  ildə 
Birləşmiş  Millətlər  Təşkilatı  yarandı.  Bu  təşkilat  sülhü  və  xalqlar  arası 
əməkdaşlığı  elan  etdi.  Sənaye  və  kənd  təsərrüfatı  inkişaf  etməyə  başladı. 
Cəmiyyət demokratlaşdı, kolonial ölkələr azadlığa çıxıb müstəqil dövlətlər 
yaratdılar, insanların güzəranı yaxşılaşmağa başladı. 
Bunlar  hamısı  beynəlxalq  turizmin  inkişafına  müsbət  təsir  göstərdi. 
1950-ci ildə artıq.beynəlxalq turistlərin miqdarı 25 mln nəfərə, yəni II Dünya 
müharibəsindən əvvəl olan səviyyəyə çatdı. II Dünya müharibəsinin sonu və 
Faşist  Almaniyasının  məğlubiyyəti  beynəlxalq  turizmin  tarixində  yeni 
imkanlar  yaratdı.  1950-ci  il  Beynəlxalq  turizmin  inkişafına  təkan  verdi. 
1960-cı ildə xaricə gedən turistlərin sayı 3 dəfə artdı və 71 mln nəfərə çatdı. 
Sonrakı  onillik  (1960-1971).  yenə  də  xarici  turist  axınının  artması  ilə 
müşahidə  olundu.  1971-ci  ildə  xarici  turistlərin  sayı  1684  mln  nəfər  oldu. 
Bunun əsas səbəbləri nə ola bilərdi? 
Hər  şeydən  əvvəl  beynəlxalq  vəziyyətdə  stabilləşmə  və  gərginliyin 
aradan götürülməsi idi. Soyuq müharibəyə son qoyuldu. Bu dövr kapitalist 
ölkələrində  istehsalın  artması  və  ümumi  iqtisadi  dirçəlişlə  müşahidə 
olunurdu.  Müharibədən  sonra  istehsalın  strukturası  dəyişmiş  və  əməyin 
məhsuldarlığı  artmışdır.  Texniki  tərəqqinin  nailiyyətləri  istehsala  tətbiq 
olunurdu  və  yeni  məhsuldar  qüvvələr  əmələ  gəlirdi.  Fəhlə  sinfinin  öz 
hüquqları uğründa uzun sürən mübarizəsi nəticəsində gəliri yüksək olan orta 
təbəqə  meydana  gəldi.  Əmək  haqqının  artması,  məzuniyyətlərin  uzanması 
turistlərin  sayının  kəskin  artmasına  səbəb  olmuşdur.  Ayrı  və  tək-tək  varlı 
səyahətçilərin yerini orta təbəqə, əmək haqqı yüksək olan fəhlələr, ziyalılar. 
sənətkarlar tutaraq səyahətlərə başladılar. 
Turizm  sahəsində  əmələ  gələn  şirkətlər  yeni  texnologiyaya  əsasla-.an 
kütləvi turizmin təşkilindən külli miqdarda gəlir götürürdülər. Yeni nəqliyyat 
formaları  meydana  gəlirdi,  yeni  mehmanxanalar  tikilirdi,  xidmət  sahələri 
müasirləşir və genişlənirdi. 
Nəqliyyat sahəsində də texniki tərəqqi nəticəsində inqilab oldu, reaktiv 
sərnişin təyyarələri meydana gəldi. Əgər orta əsrlərdə Avropadan Uzaq Şərqə 
getməyə  (dəvə  karvanı  ilə)  illərlə  vaxt  sərf  olunurdusa,  müasir  dövrdə  bu 
məsafəni bir neçə saata getmək olur. 50-ci illərdə Avropadan Amerikaya və 
geri  qayıtmaq  üçün  çəkilən  xərc  1000  S-dan  yuxan  olardısa,  indi  bu 
qiymətlər  2  dəfə  azalıb  və  bu  da  yenə  də  kütləvi  turistlərin  miqdarının 
artmasına səbəb olmuşdur. 
Rəqəmlərə  müraciət  etsək,  sadalanan  səbəblərin  nəticəsini  görərik. 
1950-1995-ci illər arasında xarici turistlərin .sayı 25 mln nəfərdən 567 mln 
.58 


T U R İ Z M  
nəfərə qədər artmışdır, yəni artım 22,5 dəfə olmuşdur. 1965-1995-ci illərdə, 
yəni  30  ilə,  beynəlxalq  turizmdən  gələn  gəlirin  miqdarı  52  dəfə  artmış  və 
371,5 mlrd $ olmuşdur. 
Beynəlxalq  turizmin  rolu  xarici  səyahətdə  və  iqtisadi  əlaqələrin 
möhkəmlənməsində son dərəcədə artdığına görə BMT öz I konfransını 1963- 
cü  il  Romada  turizmə  həsr  etmiş  və  turist  əlaqələrinin  genişlənməsi  üçün 
konkret tədbirlər təklif etmişdir. 
BMl'  ölkə  rəhbərlərindən  sərhəd  və  viza  məsələlərini  sadələşdirməyi 
tələb edirdi. 
BMT-nin turizm haqqında qərarında deyilir ki, hər bir vətəndaşın başqa 
ölkələrə səyahət etmək hüququ var. Bu hüququ heç kəs məhdudlaşdırmamalı. 
əksinə şərait yaratmalıdır ki, onu həyata tətbiq eləmək mümkün olsün. 
BMT  öz  iclaslarında  beynəlxalq  turizmin  inkişaf  yollarını  araşdırır  və 
tələb  edir  ki,  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələr  zəif  inkişaf  etmiş  ölkələrə 
yardım  göstərsinlər.  BMT-nin  baş  sesiyasında  Ümumdünya  Turist 
Təşkilatının  (ÜTT)  yaranması  haqqında  (1969-cu  ildə)  qərar  qəbul 
olunmuşdur. ÜTT-nin baş qərargahı İspaniyanın paytaxtı - Madrid şəhərində 
yerləşir. 
Regionlar  üzrə  ÜTT  komissiyaları  regionlarda  turizmin  inkişaf  təı^a- 
yüllərini  öyrənir  və  konkret  tədbirlər  təklif  edirlər,  onlar  görülən  işləri 
öyrənir, ümumiləşdirir və bütün regionlara yayırlar. 
80-ci illər yenə də turist səfərlərinin sayının artması ilə müşahidə olunur. 
Bu  səfərlərin  sayı  1950-ci  ilə  nisbətən  11  dəfə  artmışdır.  Lakin  bu  artım 
regionlar  üzrə  qeyri-bərabər  olmuşdur.  Avropada,  Afrikada,  Latın 
Amerikasında artım 11 dəfə olmuşsa. Yaxın Şərqdə 3 dəfə. Cənubi Asiyada 5 
dəfə.  Şərqi  Asiyada  isə  10  dəfə  olmuşdur.  80-ci  illərdə  Avropa  və  Şimali 
Amerika həm turistlərin qəbulunda və həm də göndərilməsində I yeri tutmuş 
və bu birinciliyi uzun vaxtdır ki, saxlayırlar. Sonrakı illərdə də turist axınları 
regionlar  üzrə  qeyri-bərabər  olmuş  və  gəlirlərin  miqdan  gələn  xarici 
turistlərin  sayından  tısılı  olaraq  paylanmışdır.  Beynəlxalq  turizmdən  əldə 
olunan gəlirlərin miqdarı, xarici turistlərin sayından daha sürətlə artır. 
Bu onunla izah olunur ki, xidmət sahələri genişlənir və komfortlu olur. 
5 9  


YEGANU S.T., HACIYEV E. M. 
ƏDƏBİYYAT: 
L Ахмедов A.И., Гаджиев Э.М., Заманов З.А. Международный туризм. 
У.П. Баку, Сада-2000. 
2.
 
Велиев С.В.. Древний, древний Азербайджан. Баку, 1987. 
3.
 
Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие 
туризма в Азербайджанской Республике. Баку, 2003. 
4.
 
Зорин И.В., В.А. Квартальнов. Энциклопедия туризма. М. «Фин. и 
Стат.», 2003. 
5.
 
Квартальнов В.А. Туризм. М. «Фин. и Стат.». РМАТ, 2000. 
6.
 
Квартальнов В.А., Романов А.А. Международный туризм; политика 
развития. У.П., М. «Советский спорт», 1998. 
7.
 
Соколова М.В. История туризма. «Мастерство». М. 2002. 
8.
 
Həsənov Т., Hacızadə Ə. Coğrafiyanın tarixi. «Çaşıoğlu», Bakı, 
2001.
 
9.
 
Шаповал Г.Ф. История туризма. Минск, 1999. 
10.
 
Yaqub Mahmudov. Səyyahlar Azərbaycana gəlir. Bakı. 1986. 
60 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə