Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə24/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

T U R İ Z M  
Bundan  başqa,  zəhmətkeşlər  və  qulluqçular  2-3  həftəlik,  əmək  haqqı 
ödənilmək  şərti  ilə  məzuniyyətə  çıxmaq  hüququ  əldə  etmişlər  ki.  bu  da 
turizmin kütləvi formaya çevrilməsinə və turist bazarının yaranmasına təsir 
göstərmişdir. 
Turizmə  yeni  kütlələrin  qoşulması  onun  təşkilatlarının  yaranmasına 
səbəb  olurdu.  I  Dünya  müharibəsindən  sonra  turizm  elə  bir  sürətlə inkişaf 
edirdi ki, turizm sahəsində ölkələr arası inteqrasiyaya səbəb oldu. 1919-cu 
ildə Aralıq dənizi ölkələrinin turizm agentlikləri Paris şəhərində beynəlxalq 
turist  təşkilatının  birliyini  yaratdılar.  Bu  birliyi  belə  adlandırdılar  - 
Beynəlxalq Turist Agentlikləri Federasiyası (FİAB). 
1920-ci  ildə  Millətlər  Birliyinin  beynəlxalq  pasportları  haqqında 
Konfrans  çağrıldı.  Konfrans  vahid  xarici  pasport  hazırlamaq  üçün  qərar 
çıxardı.  Bu  təşəbbüsü  o  vaxt  həyata  keçirtmək  mümkün  olmadı.  Ondan 
sonrakı illərdə də beynəlxalq turist təşkilatı yaratmaq mümkün olmadı. 
1945-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatı  (BMT)  yarandı  və  o, 
beynəlxalq turizmin problemləri ilə ciddi məşğul olmağa başladı. O, 1946-cı 
ildə  elm.  mədəniyyət  və  təhsil  sahəsində  dövlətlər  arası  birlik  yaratdı.  Bu 
Birliyin adı YUNESKO idi. Bu təşkilat (YUNESKO) 1950-ci ildə beynəlxalq 
turizmin  inkişaf  proqramını  tərtib  etdi.  Bundan  sonra,  beynəlxalq  turizm 
sürətlə inkişaf etməyə başladı. 
BMT  turizm  sahəsində  regionlar  üzrə  İqtisadi  və  Sosial  Komissiyalar 
(BMT İSK) yaratdı. 1963-cü ildə Romada turizmə həsr olunmuş BMT- nin 
ilk  Konfransı  çağırıldı.  Bu  Konfransın  tövsiyəsi  ilə  1968-ci  ildə  Bern 
şəhərində BMT-nin İqtisadi və Sosial Komissiyalarının birgə seminarı oldu. 
Bu seminar inkişaf etməkdə olan ölkələrin turizm sahəsindəki hüquq təminatı 
məsələlərinə həsr olunmuşdur. İSK-lar tez-tez yığışaraq regionlarda turizmin 
vəziyyəti ilə tanış olur və onun problemlərini həll edirdilər. 
Dünya üzrə 6 belə komissiya yaradılmışdır. Bu komissiyalar regionlarda 
turizmin tənzimlənməsi ilə məşğul olurlar. Məsələn. BMT Avropa İqtisadi 
Komissiyası 1975-ci ildə Dubrovnik şəhərində Avropada turizmin inkişafına 
həsr olunmuş Konfrans təşkil etmişdir. Konfrans turizmin inkişaf üsullanna 
və strategiyasına, turist infrastrukturunun rasional istifadəsinə, milli parkların 
yaradılması və ətraf mühitin qorunması məsələlərinə həsr olunmuşdur. 
Asiya  və  Sakit  Okean  İqtisadi-Sosial  Komissiyası  region  ölkələrinə 
turizm sahəsində proqramların tərtib olunmasında, gömrük formallıqlarinin 
təkmilləşməsi barədə və texnologiya sahəsində yardım göstərir. 
BMT-nin  Afrika  İqtisadi-Sosial  Komissiyası  regionun  ölkələrində 
turizmin statistikası, maliyyəsi, maddi və hüquqi bazalarının yaradılmasına 
6 7  


YEGANLI S.T.. HACIYEV E. M. 
həsr  olunmuş  elmi-tədqiqat  işləri  aparır,  turizm  sahəsində  kadrların 
hazırlanmasına  kömək  edir.  Başqa  regionların  komissiyaları  da  turizm 
sahəsinin inkişafına həsr olunmuş çoxlu işlər görürlər. 
Ümumiyyətlə, beynəlxalq turizmin məsələləri ilə  çox təşkilatlar məşğul 
olurlar.  Onlardan  ən  sanballısı  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Müşavirəsidir.  Müşavirənin  qərarlannın  xüsusi  bölməsi  turizmə  həsr 
olunmuşdur.  Bu  qərarlarda  qeyd  olunur  ki,  xalqların  bir-birinə 
yaxınlaşmasında,  iqtisadi  və  mədəni  əlaqələrin  yaradılmasında  və  qarşılıqlı 
anlaşmada  turizmin  əvəzsiz  rolu  vardır.  Ona  görə  də,  turizmin  inkişafı 
zəmanəmizin vacib məsələlərindən biridir. Helsinki Müşavirəsi turizmi inkişaf 
etdirmək üçün konkret tədbirlər tövsiyə etmişdir
1975-ci ildə BMT-nin təşəbbüsü ilə Ümumdünya Turist Təşkilatı (ÜTT) 
yaradıldı.  Bu  təşkilat  dövlətlər  arasında  tanınmış  beynəlxalq  turizm 
təşkilatıdır. Onun Nizamnaməsinin III maddəsinin I bəndində deyilir; «iqtisadi 
inkişafa səbəb olan turizmin inkişafı UTT-nin əsas məqsədidir». 2001-ci ildən 
Azərbaycan Respublikası ÜTT-nın üzvüdür. 
ÜTT  hər  iki  ildən  bir  öz  iclasını  çağırır.  İclaslar  arası  İcarə  Komitəsi 
fəaliyyət  göstərir.  Onun  qərargahı  İspaniyanın  Madrid  şəhərində  yerləşir. 
ÜTT-nın  bütün  materialları  4  dildə;  ingilis,  fransız,  ispan  və  rus  dillərində 
aparılır. 
ÜTT-nin  fəaliyyətində  vacib  hadisələrdən  biri  də  1980-ci  ildə  Manil 
şəhərində  ÜTT-nin  Konfransının  təşkilidir.  Konfransda  100  ölkənin  və 
beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdilər. Bu Konfrans turizm 
tarixində  mühüm  rol  oynayır.  Ona  görə  ki,  1980-ci  ilə  qədər  turizmə  gəlir 
mənbəyi  kimi  yanaırdılar.  Manil  Kon-fransı  turizmin  yeni  müasir 
konsepsiyasını  bəyan  etdi  və  izah  etdi  ki,  turizmin  mənəvi  və  tərbiyəvi 
dəyərləri iqtisadi dəyərlərindən yüksəkdir. Konfrans qeyd etdi ki. azad turist 
səfərləri o zaman mümkündür ki, dünyada sülh, əmin-amanlıq və sabit iqtisadi 
inkişaf olsun. 
Manil  Bəyannaməsi  bütün  dövlətlərə  turistləri  xoş  məramla,  hörmətlə 
qəbul  etməyi  təklif  etmişdir.  «Beynəlxalq  turizm  bütün  dünyada  sülhün  və 
qarşılıqlı anlaşmanın mənəvi və intellektual əsası olmalıdır». O. dünyada yeni 
iqtisadi  qanunların  tətbiq  olunmasında  vasitə  olmalıdır.  Bu  yeni  iqtisadi 
qanunların  həyata  keçirilməsi  inkişaf  etmiş  ölkələrlə  inkişafda  olan  ölkələr 
arasında  fərqi  azaltmalıdır.  Bütün  dövlətlər  öz  vətəndaşlarının  əyləncə  və 
istirahətə olan hüquqlarını gerçəkləşdirməyə çalışmalıdırlar. 
1988-ci  ildə  Kanadanın  Bankuver  şəhərində  turizmin  sülhün 
qorunmasında  roluna  həsr  olunmuş  beynəlxalq  konfrans  təşkil  olunmuşdur. 
Konfransın məruzələri turizmin qarşılıqlı anlaşmaya, ölkələr və xalqlar 
68 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə